Ölkə futbolu
Rəşad Sadıqov: “Sona qədər mübarizə aparmadan uduzduq”
“Bilirdik ki, "Neftçi" ilk dəqiqələrdən hücuma köklənəcək. Dünən "Qarabağ" xal itirdiyi üçün onlar üçün əlavə motivasiya oldu”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi”yə 0:4 hesabı ilə məğlub olduqları görüşdən sonra mətbuat konfransında deyib.
O, mövsümün ən zəif oyununu keçirdiklərini bildirib: "İlk hissədə bəzi təhlükəli hücumları olurdu. İkinci hissədə dəyişikliklərlə oyunu dəyişmək istədik. İstədiyimiz alınmadı. Rəqib buraxılan boşluqlardan istifadə etdi. İlk oyunum idi ki, sona qədər mübarizə aparmadan uduzduq. Mövsümdə 2-3 zəif oyun olur ki, bu da onlardan biri idi. Futbolçuları da başa düşməyə çalışıram. Bəlkə də, bu mövsüm narazı qaldığım yeganə oyun oldu”.
R.Sadıqov fasilədən sonra etdiyi əvəzləmələrə belə aydınlıq gətirib: "Bəzi oyunçuları istirahətlə oynatmağı düşünürük. Nəzərə alaq ki, "Keşlə" ilə üç gün sonra kubok oyunumuz var. Risk etdik. Qarşıda bizi çətin marafon gözləyir. 3-4 gündən bir oyunlarımız olacaq. Nəyisə qurban verməyə məcburuq. Bu gün sırf bu matçı düşünmürdük. Qarşıdakı görüşləri də düşünməyə məcbur idik. Birinci hissədə qol buraxmamışdıq, ikinci hissədə rəqibi əks-hücumlarda yaxalamağı düşündük. Amma "Neftçi", "Qarabağ" kimi rəqiblərlə ucuz qol buraxmamalısan. İlk qol komandaya psixoloji cəhətdən təsir etdi. Ondan sonra "Neftçi" meydanda rahat dominantlıq etdi".
Baş məşqçi hər iki cəbhədə mübarizə aparmağa məcbur olduqlarını qeyd edib: "Ölkə kubokunda finala vəsiqə avrokuboklara vəsiqəni də təmin edə bilər. Həm rəhbərlik, həm də azarkeşlər hər iki cəbhədə uğurlu olmağımızı istəyir. Problemlərdən çox danışmağı xoşlamıram. Birdən-birə 11 oyunçu koronavirusa yoluxmuşdu. Komanda tam tərkibdə məşq keçə bilmirdi. Hələ zədəliləri saymıram. Bundan sonra hər matça ən yaxşı formada çıxmağa çalışacağıq. Bu gün isə "Neftçi" layiqli qələbə qazandı. Düşünürəm ki, çempionatda son illərin ən maraqlı sonluğu gözləyir".
R.Sadıqov qarşıdan gələn oyunlara görə var güclərini ortaya qoya bilmdəiklərini əlavə edib: "Bu mövsüm keçirdiyimiz ən uğursuz oyun idi. Burada müsbət məqam tapmaq çətindir. Klesio Bauk yaxşı oynadı, bu məni sevindirir. Son vaxtlar oyunu alınmırdı. "Neftçi"yə qarşı uğurlu olduğumuz sistemdən istifadə etmədim. 4 yarımmüdafiəçidən istifadə edirdik. Amma bu gün belə oynada bilməzdim. Çünki rotasiya etməsəydik, "Keşlə" önünə hazır olmayacaqdıq. Bu gün var gücümüzlə oynamadıq. Mənim də yetərincə səhvlərim var. Amma məşqçi kimi qarşıdakı oyunları da nəzərə almalı idik”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























