21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

Ramin Quliyev: “Hesab oyuna görə oldu”

"O qədər də maraqlı oyun olmadı. Amma hər iki komanda meydanda yaxşı mübarizə apardı. Hesab oyuna görə oldu. "Keşlə" komandasını yaxşı analiz etmişdik. Sonda meydanda 1 qol çatmadı. Uşaqlar yaxşı mübarizə apardı. Bu, məni çox sevindirir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqansının 23-cü turunda səfərdə "Keşlə" ilə 0:0 hesablı heç-heçə edən "Sabah"ın baş məşqçisi Ramin Quliyev mətbuat konfransında deyib.

- Komandanın dördüncü qapıçısını hansı səbəbə görə meydana buraxdınız?

- Nicat Mehbalıyev gəncdir. Onun ilk oyunu idi. Nicat eyni zamanda gənclərdən ibarət Azərbaycan yığmasının əsas qapıçısıdır. Sözsüz ki, hər dəfə yox, amma ara-sıra şans vermək olar. Klub olaraq biz gənc futbolçuları sınamalıyıq. Gələcək üçün lazım olacaq. Onu təbrik edirəm.

- Sizin digər belə gənc qapıçınız var. Bu məntiqlə ona da şans verəcəksiniz?

- Bəli, o da gözlənilir. Biz elə ona görə Alvaronun adını heyətə salmadıq ki, Nicata nəsə olsa, digər gənc qapıçımız Samiqulinə şans verək. Gələcək oyunlarda hər bir qapıçı iştirak edəcək.

- Komanda 2 oyundur qol vura bilmir. Bu çatışmazlığı necə aradan qaldırmaq mümkün olacaq?

- Razıyam sizinlə. Ötən oyunda da komanda şanslarından istifadə edə bilmədi. Qol vurmaq üçün vaxt lazımdır. Amma qol buraxmamağımız sevindirici haldır.





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30