4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

Millimizin baş məşqçisi: “Oyundan əvvəl verdiyimiz sözümüzü tutduq”

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsində Moldovaya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, o, 1:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları söyləyib:

“İspaniya ilə oyundan sonra bu qarşılaşmaya köklənmək bir qədər çətin oldu. Komandam 90 dəqiqə xarakter, mübarizə, istək nümayiş etdirdi. Düzdür, oyun ərzində bəzi tapşırıqları daha dəqiq yerinə yetirə bilərdik. Misal üçün, əlavə qollar vura bilərdik. Bu çatışmazlıq oyun təcrübəmizin az olması ilə əlaqədardır. Əsas o idi ki, oyundan əvvəl verdiyimiz sözümüzü tutduq və qələbə qazandıq. Qələbə münasibətilə komandamı təbrik və təşəkkür edirəm. Ümid edirəm, əldə etdiyimiz qələbə ilə əvvəlki məğlubiyyəti unutdura bildik”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31