Ölkə futbolu
Kamran Ağayev: “Futboldan uzaq düşdükdən sonra çox insanın əsl üzünü gördüm”
Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev iki il fasilədən sonra ilk dəfə “Səbail”in əsas heyətində Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a qarşı oyunda iştirak edib.
Futbolxeber.az-ın məlumatına görə, aldığı zədə səbəbindən futbola fasilə verən Ağayev bu barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:
"Baş məşqçimiz Aftandil Hacıyevin qərarına görə, əsas heyətin tərkibində meydançada idim. Mən əgər bu klubun oyunçusuyamsa “hazır deyiləm”, “oynaya bilmərəm” sözünü işlədə bilmərəm. Baş məşqçi deyirsə “oynamalısan” sən də oynamalısan. Yenidən meydanda olmaq və qələbə qazanmaq sevindirici haldır. Oyunda əsas məsuliyyət o idi ki, komandanın əziyyətini yerə vurmamalı idim. Çünki meydanda məndən başqa daha 10 nəfər var idi. Qələbə də, məğlubiyyət də hamımızındır. Kiçik bir səhvlə məğlub ola bilərdik. Lakin qələbə ilə qayıtdıq.
İlk olaraq Aftandil müəllimə çox sağol deyirəm. Əlim gipsdə ola-ola “Səbail”dən zəng gəldi və məni dəvət etdilər. Açıq dedim ki, mən hələ 6-7 ay komandaya xeyir verə bilməyəcəm. Sağalma dövrü, adaptasiya və əvvəlki formama geri qayıtmaq zaman alacaq. Buna baxmayaq, mənə inanıb, güvəndiyinə görə təşəkkür edirəm. Klubun uğurları üçün əlimdən gələni edəcəm. Həmin vaxt bir çoxları inanmırdı ki, futbola geri qayıdım. Zədədən sonra karyeramın sonu olduğunu düşünürdülər. İndi isə təbii ki, əvvəlki formamda deyiləm. Lakin buna zaman və güc lazımdır!”
34 yaşlı qolkiper zədəsinin tam sağalmadığını, "Sumqayıt"la görüşdə ağrılarının çox olduğunu qeyd edib: “Bu dövrdə məşqçilər də, komanda yoldaşlarım da mənə dəstək oldular. Aftandil müəllim zədə almağımdan, qırılmağımdan qorxurdu. Hələ də tam formaya düşməmişəm, artıq çəkim var. Hamısını bir vaxtda atmaq da olmur, bədən zəifləyə bilər. Ona görə də zaman lazımdır. Komandanı motivasiya edirdim ki, narahat olmayın, hər şey yaxşı olacaq, mən rahat oynayacam. İki ildən sonra ilk dəfə meydanda idim və ağrılarım çox idi. Oyun ümumi baxanda yaxşı keçdi və uğur qazandıq. Normal həyatımda zarafatcıl, gülən-danışan biriyəm. Sadəcə iş başında olanda 90 dəqiqə başqa adam oluram. Qışqırıram, əsəbi oluram və s. Komanda yoldaşlarım bundan incimirlər, artıq öyrəşiblər".
K.Ağayev milli komandaya qayıtmaq üçün yox, futbola qayıtmaq üçün forma yığdını deyib: "Milliyə qayıtmağımla bağlı mənə çoxlu suallar gəlir. Bu günə kimi yada düşmürdüm. 90 dəqiqə meydanda olmuşam deyə indi mətbuatda müzakirə olunuram. Hazırda mən yığmaya qayıtmaq üçün yox, futbola qayıtmaq üçün forma yığıram. Əgər mənim yığma komandada oynamaq üçün çalışdığımı düşünənlər varsa, bu, yanlış fikirdir. Futbolçu sadəcə milli yığmada oynamaq yox, xeyir vermək üçün çalışmalıdır. Hazırda millidə yaxşı qapıçılarımız var və yetişirlər. Haqqımda çox şey yazırlar. Mənfi yazılanlara isə fikir vermir, həmin yazı ilə bağlı heç kimə geri zəng də etmirəm. Məni tanıyan və vicdanı olan şəxs düzgün yazar. Zədə aldıqdan və futboldan uzaq düşdükdən sonra çox insanın üzünü gördüm. Bir də qeyd etmək istəyirəm ki, meyxana demək mənim hobbimdir. Bunun oyunuma heç bir aidiyyatı yoxdur. Bu mövzunu qabardıb, zarafata çevirmək isə heç xoş deyil".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
05.11.2026
04.11.2026
03.11.2026
























