4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

Stankoviç: “Yarımfinala vəsiqə qazanmaq şansımız var”

“Neftçi”nin müdafiəçisi Voislav Stankoviç Azərbaycan kubokunun 1/4 finalında "Zirə” ilə oyundan (0:1) sonra klubun rəsmi saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, serb futbolçu növbəti mərhələyə adlayacaqlarına inandığını bildirib:

"İlk 20-25 dəqiqədə öz oyunumuzu heç cürə tapa bilmirdik. Duellərdə və təhlükəli vəziyyətlərdə uduzurduq. Digər tərəfdən, "Zirə” güclü komandadır, yaxşı müdafiə və yarımmüdafiə xətti var. Bununla belə, ikinci hissədə daha inamlı oynayıb bir neçə dəfə qol epizodu yarada bildik. Qol vurmağa layiq idik, sadəcə, alınmadı. Zirədəki cavab matçında yaxşı oyun göstərməliyik. Yarımfinala vəsiqə qazanmaq şansımız var. Bunun üçün bugünkü səhvlərimizi düzgün təhlil edib cavab oyununda bunları təkrarlamamaq lazımdır. İnanıram ki, belə olsa, növbəti mərhələyə adlayacağıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31