Ölkə futbolu
Aftandil Hacıyev: “Bu, yekun nəticə deyil”
"Maraqlı oyun oldu. "Sumqayıt"ın öz oyun üslubu var. Bilirdik ki, bizi çətin görüş gözləyir. Bundan əvvəl 1/8 finalda "Zaqatala" ilə matçımız da ağır keçmişdi. 10 günün içində 4-cü oyunumuzu keçiririk".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, belə sıx qrafik onlar üçün yenidir: "Şükürlər olsun ki, bu oyunlar futbolçular ciddi zədələr almadılar. Bu gün 1/4 final mərhələsinin ilk oyununu keçirdik. Bu, yekun nəticə deyil. Cavab görüşündə bundan da ağır oyun bizi gözləyir. Hazırda əsas işimiz futbolçuları tez zamanda bərpa edib növbəti oyuna hazırlaşmaqdır. Bilirik ki, rəqib də asan təslim olmayan komandadır. Cütün taleyinə cavab görüşündə aydınlıq gələcək. "Sumqayıt"a da uğurlar arzu edirəm".
Hacıyev uzun müddət sonra rəsmi görüşə çıxan qapıçı Kamran Ağayev haqqında bunları söyləyib: "Kamran bizim təcrübəli qapıçımızdır. Ona ölkə tarixində ən istedadlı qapıçı desək yanılmarıq. Uzun müddətdir ki, Kamranla çalışırıq. Çəkidən sonra tez bir zamanda bərpa olunmaq çətindir. Amma Kamran öz əziyyəti və çalışqanlığı ilə bu mərhələnin böyük hissəsini arxada qoyub. Bu gün vaxtı yetişmişdi, Kamranı əsas heyətdə meydana buraxdıq. Əslində bundan əvvəlki kubok matçında meydana buraxmağı düşünürdük. Sadəcə atasının yas mərasimi ilə bağlı evdə olmalı idi və bir neçə məşq buraxdı. Ondan sonra isə "Qarabağ"la oyuna az məşq etdiyi üçün risk etmədik. Bu gün artıq vaxtı yetişdi, artıq Kamran Ağayevi çalışacağıq ki, qapıda tez-tez görək. Hətta bu gün meydanda 90 dəqiqə qalmağı risk idi. İlk hissədə sonra az da olsa, ağrılar hiss edirdi. Amma Kamran xarakterli oyunçudur. Çətinlikləri geridə qoyub, onu yenidən futbolumuza qazandırmağı düşünürük. İnanıram ki, tezliklə formasını bərpa edəcək".
Baş məşqçi bu il qarşılarına başqa məqsədlər qoyduqlarını sözlərinə əlavə edib: "Çempionatda üçüncü yeri tutanda və bürünc medal qazananda sistem dəyişikliklərinə və ya bir sıra dəyişikliklərə əl atırdıq. Amma bu il daha çox oyunumuzu inkişaf etdirməyi düşünürük. Meydanda gənc futbolçuları daha çox görürsünüz. Onları milli komandaya qazandırmaq niyyətindəyik. Təcrübəli futbolçularımız da var, onların təcrübəsindən ən azı 2-3-4 il ölkə futbolunun faydalanmasını istəyirik".
Hacıyev "Sumqayıt"la cavab görüşünün cavab keçəcəyini vurğulayıb: "Rəqib asan məğlub olmur. Çempionatda turnir cədvəlinin üst pillələrindədirlər. Biz də rahat olmamalıyıq. Çalışacağıq ki, bundan da diqqətli olaq və istədiyimiz nəticəni qazanaq. Onlarla Premyer Liqada da qarşılaşacağıq. Bir-birimizi 3 oyunda görməkdən bezə bilərik. "Sumqayıt" bizə yaxın kollektivdir. Bundan sonra da onları görmək bizə xoşdur. Əsas odur ki, hamı maraqlı oyun izlədi" (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























