20 Dekabr 2025, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
“Qarabağ” 10 min manat cərimələndi
XVl turun hakim təyinatları
UEFA reytinqində gerilədik

Ölkə futbolu

Füzuli Məmmədov: “Düşünmürəm ki, hücumda problem var”

“Uduzmağımız bizi üzür. Yaxşı oynadıq. Matça nəzarət bizdə idi. Kobud səhvlər bağışlanılmır. Futboldur, yaxşı mübarizə apardıq. Qalib gəlmək istəyirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 5-ci turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, səhv edən komanda məğlub olmalıdır: "3 xal qazanmaq istəyirdik, amma səhv həlledici oldu. Oyunçuların istəklərindən razıyam, deyiləsi çox söz yoxdur. Bu cür səhv Stankoviç səviyyəsindəki futbolçuya təsir edəcək. Belə şeylər olur. Mənim işim ona dəstək olmaqdır. Stankoviç keyfiyyətli futbolçudur".

Məmmədov Premyer Liqada 5 matçın 2-də uduzduqlarını xatırladıb: "Pis oyunumuz "Sumqayıt"la matçda idi. Bu gün də uduzduq. Çalışırdıq ki, qalib gələk. Qarşıdakı matçlarda qələbə qazanıb, xal fərqini azaltmağa çalışacağıq. Bu gün "Zirə" çox kompakt oynadı. Səhvlər etmirdi. Düşünmürəm ki, hücumda problem var. Sadəcə rəqib müdafiədə yaxşı idi" (sportnet.az).

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31