Ölkə futbolu
“Qarabağ”ın növbəti “qurban”ı kim olacaq: Emil, yoxsa Şahruddin?
Koronavirusun Azərbaycanda ən böyük zərbə vurduğu sahələrdən biri də futboldu. Pandemiya səbəbindən ölkə çempionatı yarımçıq dayandırıldı. Üstəlik, karantin rejimi nəinki oyunların keçirilməsinə, hətta klubların məşqlərinə də mane olur. Halbuki tezliklə ölkəmizi avrokuboklarda təmsil edəcək klublar hazırlıqlara start verməlidirlər. Operativ Qərargahın qəbul etdiyi qərarlar isə buna imkan vermir. Hazırlıq baxımından vəziyyətin necə olacağını bilməyən klublar hazırda heyətlərini gücləndirməyə çalışırlar.
Düzdü, COVİD-19 bu sahədə də klublarımıza çətinlik yaradır. Beynəlxalq uçuşların olmaması (İstanbul xaric) əcnəbi futbolçuların ölkəmizə gəlişini əngəlləyir. Hazırda klublar əsas gücü “yerli bazar”a veriblər.
Bu baxımdan ən aktiv klublar yerli oyunçu transferi üçün əcnəbi skaut dəvət etməklə unikal addım atan “Sabah” və Avroliqada mübarizə aparacaq “Keşlə”di. “Keşlə” son 1 həftə ərzində 8 futbolçu ilə vidalaşıb, əvəzində 3 yeni transfer reallaşdırıb, üstəlik, 6 futbolçu ilə də müqavilənin müddəti artırılıb.
“Keşlə”dən fərqli olaraq digər avrokuboklar iştirakçılarımızın düşərgəsində nisbətən sakitlikdi. Bir neçə aparıcı futbolçu ilə müqavilə yeniləyən “Neftçi” Dabo, Gerye, Tural Axundov, Platellas kimi futbolçularla vidalaşıb. “Sumqayıt”ın düşərgəsində də qeyri-müəyyənlikdir. Mətbuatda bir çox futbolçunun komandadan gedəcəyi yazılsa da, hələlik yalnız Şəhriyar Əliyev və Mehdi Şərifi rəsmən ayrılıb. Maliyyə azlığından hər mövsüm olduğu kimi, aparıcı futbolçularını saxlamaqda çətinlik çəkən “Sumqayıt”ın taleyinə nə qədər tez aydınlıq gəlsə, bir o qədər yaxşı olar. Çünki komanda artıq gələn ay tarixində ilk dəfə olaraq ölkəmizi Avroliqada təmsil etməlidir.
Ardıcıl 7-ci dəfə çempion olan “Qarabağ”ın düşərgəsində də sakitçilikdir. 1 ildir rəsmi oyunlarda meydana çıxmayan Vaqner da Silva, eləcə də Ailton Silva və Faysal Rerrasla yollarını ayıran Ağdam klubunun ən böyük itkisi şübhəsiz ki, Rəşad Sadıqovdur. Son illər komandanın əvəzsiz lideri olan təcrübəli müdafiəçinin yerinə artıq legioner transferi razılaşdırılıb. Lakin yeni transferin gəlişi məlum səbəblərdən yubanır. Əvəzində “Qarabağ” Donald Geryeni geri qaytarıb.
Hazırda “Qarabağ”da ən çox güclənməyə ehtiyacı olan mövqe qapı xəttidir. Qışda Beqoviç, yayda isə Vaqner komandadan ayrıldı. III dövrədən etibarən adı iştirak ərizəsinə düşən üçüncü qapıçı, “Bakı”nın yetirməsi Nicat Mehbalıyev isə “Sabah”a transfer olundu. 3 qapıçının gedişindən sonra hazırda Ağdam klubunun ümidi “çərçivə”də yalnız Şahruddin Məhəmmədəliyevə qalıb. Təbii ki, bu halda komandanın ən azı əlavə 2 qapıçıya ehtiyacı var.
Son günlər Emil Balayevin adı “Qarabağ”la yanaşı hallanır. Milli komandamızın qapıçısının Ağdam klubu ilə artıq razılıq əldə etdiyi bildirilir. Keçid baş tutarsa, Gerye kimi Balayev də sabiq klubuna qayıtmış olacaq. Emil daha əvvəl də qısa müddət “Qarabağ”ın futbolçusu olub. Həmin vaxt heyətə düşə bilməyən Balayevin budəfəki aqibətinin necə olacağını zaman göstərəcək. Lakin bu keçidlə bağlı toxunulmalı məqamlar var.
Birincisi, Balayev ötən il inamlı çıxışı ilə Kamran Ağayevin gedişindən sonra millinin yaralı yerinə çevrilən qapı xəttindəki problemi yoluna qoymuşdu ki, bunda legioner həyatı yaşamasının böyük rolu var idi. “Tobol”da inamlı çıxışı ilə yadda qalan Balayevin yenidən legioner həyatı yaşayacağına ümidimiz böyük idi. Bir müddət əvvəl Norveçə yollanan, lakin danışıq apardığı “Bodo-Qlimt”lə razılığa gələ bilməyən qapıçı vətənə qayıtdı və mövsümün sonuna kimi “Zirə”nin formasını geydi. Onun yenidən karyerasını ölkə daxilində davam etdirməsi karyerasında geri addım olacaq. Hər nə qədər “Qarabağ” son illər avrokubokların qrup mərhələsinin iştirakçısına çevrilsə də, Azərbaycan çempionatının gündən-günə aşağı düşən səviyyəsi hər kəsə məlumdur.
Üstəlik, Balayev “Qarabağ”da 1 nömrə ola biləcəkmi? Olmasa, öz karyerasına zərbə vurmuş olacaq. Çünki Emil indi elə yaşdadır ki, mütəmadi oynamalıdır. Balayevin ehtiyatda qalması həm də millinin qapıçı problemi yaşaması deməkdir.
Yox, Emil əsas heyət üzvünə çevrilməyi bacarsa, o zaman Şahruddin Məhəmmədliyevin karyerası təhlükədə olacaq. Şahruddin haqda hər nə qədər “legionerdi”, “boyu qapıçı üçün ideal deyil” və s. fikirlər səslənsə də, reallıq budur ki, o, aşağı yaş qrupları üzrə müxtəlif yaş qrupları üzrə milli komandalarımızda çıxış edib, 2017-ci ildə U-23-ün heyətində İslam Həmrəyliyi Oyunlarının qalibi olub, Yurçevinin vaxtında əsas yığmaya dəvət alıb. Hazırda milliyə potensial 5 qapıçıdan biridir. Üstəlik, son mövsümdə də “Qarabağ”ın heyətində az oyunun iştirakçısı olmayıb. Avrokuboklarda yalnız Avroliqanın qrup mərhələsinin son görüşündə meydana çıxan Məhəmmədəliyev cari mövsüm Premyer Liqada baş tutan 20 tur ərzində 10 dəfə meydana çıxıb və bu oyunlardan 9-da qapısını toxunulmaz saxlayıb.
Deməli, Balayevin “Qarabağ”a keçidi milliyə potensial 2 qapıçını üz-üzə qoyacaq və onlardan biri ehtiyatda qalmalıdı. Aydın məsələdir ki, 2 qapıçının ikisi də eyni vaxtda meydanda ola bilməz. Ona görə də bu transfer milliyə potensial namizəd olan 2 qapıçıdan birinin karyerasına zərbə ola bilər.
Daha əvvəl də bu haqda yazmışıq. Əksər potensiallı yerli oyunçular “Qarabağ”a keçdikdən sonra karyeralarında eniş yaşayırlar. 10 il ərzində Bəxtiyar Soltanov, Namiq Ələsgərov, Şəhriyar Əliyev, Hacı Əhmədov, Vüqar Mustafayev, Azər Salahlı, Tərlan Quliyev, Elvin Yunuszadə, Elşən Abdullayev, Nicat Süleymanov, Elgün Uluxanov və digərləri “Qarabağ”ın “qurban”ına çevriliblər. Qurban Qurbanov tərəfindən çox da oynamaq imkanı qazanmayan bu futbolçular karyeralarının parlaq dövründə Ağdam klubuna keçdikdən sonra ya ciddi eniş yaşayıblar, ya da özlərinə gəlmələri üçün uzun vaxta ehtiyac duyulub. İndi də bu təhlükə Emil Balayevlə Şahruddin Məhəmmədəliyev üçün mövcuddur. Hadisələri qabaqlamaq istəməzdik, lakin görünən odur ki, Emilin “Qarabağ”a keçidi ya onu, ya da Şahruddini geri salacaq. İtirən isə Azərbaycan futbolu olacaq. Onsuz da bu gün milliyə potensial cəmi 4-5 qapıçı var...
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
04.11.2026
03.11.2026
02.11.2026
























