11 May 2026, Bazar ertəsi
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı
Sxadadze: “Vacib 1 xal qazandıq”
Qurbanov: “Nəticə oyuna görə idi”

Ölkə futbolu

UEFA-dan klublarımıza yaşıl işıq

AFFA İcraiyyə Komitəsinin 2020-ci il iyunun 18-də keçirilmiş iclasında qərar qəbul olunub ki, Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarış dayandırılsın, mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilsin.

Futbolxeber.az saytının məlumatına görə, bu qərar AFFA tərəfindən UEFA-ya göndərilib və aşağıda göstərilmiş klubların UEFA-nın müvafiq klub yarışlarında iştirakı ilə bağlı ilkin təsdiq cavabı AFFA-ya daxil olub:

"Qarabağ" - UEFA Çempionlar Liqası

"Neftçi" - UEFA Avropa Liqası

"Keşlə" - UEFA Avropa Liqası

"Sumqayıt" - UEFA Avropa Liqası

Qeyd olunmuş klubların UEFA-nın klub turnirlərində iştirakı ilə bağlı yekun təsdiq qərarı klubların müvafiq sifariş ərizələri UEFA-ya göndərildikdən sonra qəbul olunacaq (affa.az).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31