4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında yeni qaydalar tətbiq olunacaq

AFFA Klublar Komitəsinin sədri Riad Rəfiyev futbolçu və məşqçilərin koronavirus testindən keçirilməsi barədə AFFA-nın tövsiyəsinə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, Rəfiyev "Report"a açıqlamasında proseduru bilmədiyi üçün nə isə deməyin tez olduğunu bildirib. O, məşq və çempionatların bərpası üçün qərar veriləcəyi təqdirdə, öncədən Peşəkar Futbol Liqası (PFL) və milli assosiasiya ilə danışacaqlarını söyləyib.

Eyni zamanda, "Sumqayıt" klubunun prezidenti postunu tutan Rəfiev deyib ki, çempionatın bərpasından sonra mütləq hansısa qaydalar tətbiq olunacaq: "Bu qaydalara bütün klublar riayət etməlidir. AFFA və PFL-lə danışdıqdan sonra daha ətraflı məlumat verə bilərəm".

Qeyd edək ki, AFFA klublara futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib. Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31