Ölkə futbolu
"Neftçi"nin legioneri: "Mövsümün ləğv olunması düzgün qərar olmaz"
"Neftçi" klubunun serbiyalı futbolçusu Voyislav Stankoviçin müsahibəsi
- Karantin dövründə vaxtınızı necə keçirirsiniz, hansı işlərlə məşğul olursunuz?
- Evdə oturur, fərdi məşqlər edirəm. Fiziki hazırlıq üzrə məşqçimiz proqram göndərib, onun əsasında hazırlaşıram. Artıq 2 aya yaxındır evdəyəm. Açığı, bu vəziyyət məni darıxdırır. Tezliklə karantin dövrü başa çatsın və öz sevimli işimə - futbola qayıdım. Artıq məşq etmək, oynamaq istəyirəm.
- Dediniz ki, evdə oturmaqdan bezmisiniz. Darıxmamaq üçün hansı işləri görürsünüz?
- Müxtəlif seriallara baxırıq. Aralarında serb serialları da var. Maraqlı filmləri izləyirik. Ailəm yanımda olduğu üçün şanslıyam. 2 övladımla oynayıram. Bəlkə də, bu səbəbdən evdə çox darıxmıram. Yalnız futbolsuz qalmaq məni darıxdırır.
- Yəqin ki, Serbiyadakı qohumlarınız, doğmalarınızla əlaqə saxlayırsınız. Orada vəziyyət necədir?
- Əlbəttə, valideynlərimlə danışıram. Orada vəziyyət buradakına nisbətən bir qədər pisdir. 8-9 min yoluxma faktı var.
- Virusa yoluxanlar arasında yaxınlarınız var?
- Xeyr. Xoşbəxtlikdən doğmalarımdan heç kim bu xəstəliyə yoluxmayıb. Çünki onlar da müvafiq qaydalara əməl edir, evdə oturur, ehtiyac olmadıqca küçəyə çıxmırlar.
- Karantin rejimi elan olunmazdan əvvəl ölkənizə getmək barədə düşünürdünüz?
- Bəli, Serbiyaya getmək istəyirdim. Amma virus dünyada çox sürətlə yayıldı. Digər tərəfdən, mənim işim Azərbaycandadır. Pandemiya başa çatana qədər burada qalacağam. Sonrasına baxarıq. Görək, çempionatı başa vurandan sonra bizə vaxt verəcəklər, ya yox. Hələlik buradayam və yenidən futbol oynamağa başlayacağım günü gözləyirəm.
- “Neftçi” ilə müqaviləniz nə vaxt başa çatacaq?
- Mənim gələn ilin yayına qədər müqaviləm var. Hələ “Neftçi”nin futbolçusuyam. Ciddi hazırlaşmaq lazımdır. Ümid edirəm ki, cari mövsüm qalan 8 turu da oynayacağıq. Sonra isə yeni mövsümün hazırlığına başlamalıyıq.
- Avropada futbolçuların məşqlərə maska ilə çıxması gündəmdədir. Azərbaycanda da belə bir qərar qəbul olunsa, münasibətiniz necə olar?
- AFFA belə bir qərar qəbul etsə, UEFA və ya FIFA-nın buna qarışacağını düşünmürəm. Amma maska ilə məşq etmək çətin olar. Çünki futbol fiziki hazırlıq tələb edən oyundur. Bunun üçün çox qaçır, çox məşq edirik. Bu zaman hava ağciyərlərimizə məhz burnumuz vasitəsilə daxil olur. Maska taxsaq, məşq etmək çətin olacaq. Amma qərar verilsə, buna cəhd etməliyik.
- Dünən Azərbaycan mətbuatında “Neftçi”nin karantin qaydalarını pozaraq öz bazasında məşq etməsi ilə bağlı video yayılmışdı. Buna da aydınlıq gətirməyinizi istərdik...
- Hə, bu məlumatı mən də oxudum. Guya, “Neftçi” məşq edib. Təbii ki, qeyri-dəqiq məlumatdır. Heç kim komandanı bir araya toplayıb, məşq keçmək barədə düşünməyib. Çünki hazırda virusla bağlı çox çətin vəziyyətdir. Bu video haradasa 2 ay əvvəl çəkilib. Yadımdadır ki, həmin məşq hansısa oyundan sonra olmuşdu. Yenə deyirəm, yalan məlumatdır.
- Çempionatı başa çatdırmaq mümkün olmasa və hazırkı sıralamaya əsasən “Qarabağ” çempion elan olunsa, bununla barışacaqsınız?
- Çempionatı bərpa etməyin mümkün olmayacağı və qalan 8 oyunun keçirilməyəcəyini desələr, düşünürəm ki, bu, düzgün qərar olmaz. Amma eyni zamanda, heç nə edə bilmərik. Qərarı AFFA qəbul edirsə, bununla razılaşmalıyıq. Şəxsi qənaətimə görə, 8 tur keçiriləcək və bundan sonra kimin çempion olacağı bilinəcək. 8 oyun az deyil, 24 xal deməkdir. Görək, hansı qərar qəbul ediləcək.
"Report"
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
05.11.2026
04.11.2026
03.11.2026
























