31 May 2025, Şənbə
“Neftçi” 7 futbolçu ilə vidalaşdı
Azərbaycan kubokunda final
Elşad Quliyevdən qələbə şərhi
Millimizin finaldakı rəqibi məlumdur

Ölkə futbolu

"Sevilya"nın kapitanı: “Qələbəmizlə fəxr edirik”

"Motivasiya baxımından çətin oyun idi. Mərhələni təmin etdiyimizdən matça sonadək köklənmək ağır olur".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sevilya"nın kapitanı Daniel Karrisu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Portuqaliyalı futbolçu “Qarabağ”ın müdafiəyə qapandığı üçün ilk hissədə hücumda çətinlik çəkdiklərini bildirib:

"İkinci hissədə sürətli oynamağa başladıq. Buna görə iki qol vurduq. Üstün oynamaq  asan deyildi. Fasilədən sonra daha ciddi təsir bağışladıq. Bu səbəbdən, qələbəmizlə fəxr edirik".

Müdafiəçi 5 oyunda cəmi 2 top buraxdıqlarını da xatırladıb: "Qrupda favorit olduğumuzu bilirdik. 4 görüşdə qapımızı toxunulmaz saxlamışıq. İddialıyıq və hədəfimiz bütün matçlarda 3 xal qazanmaqdır".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31