Ölkə futbolu
Kazbek Tuayev: “Özünü insanların hüquqlarının müdafiəçisi kimi təqdim etmək lazım deyil”
AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu Kazbek Tuayev Nazim Süleymanovun rəhbəri olduğu AFFA Həmkarlar İttifaqı adlanan qurum barədə danışıb.
Futbolxeber.az saytının məlumatına görə, football24.az-a açıqlamasından Tuayev Həmkar İttifaqının AFFA prezidenti Rövnəq Abdullayevə müraciətinə toxunub:
“Bu günlərdə özünü AFFA Həmkarlar İttifaqı adlandıran - bu adın özü adamı qəribə düşüncələrə dalmağa vadar edir - belə demək mümkünsə, təşkilatın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyinə müraciətini oxudum. Futbol veteranı, bu sahədə fəaliyyət göstərən biri kimi məndə dərhal belə bir sual yarandı: nəyə görə özünü sabiq futbolçuların, bu sahəyə, yəni futbola bu və ya digər şəkildə aiddiyyəti olmuş və hazırda da futbolda fəaliyyət göstərən şəxslərin hüquqlarının müdafiəçisi kimi təqdim edən bir təşkilat AFFA-ya birbaşa deyil, mətbuat vasitəsilə müraciət edir?!
Yaxşı xatirimdədir ki, təxminən 2 ay əvvəl assosiasiyanın saytında bu təşkilatla bağlı bəyanat dərc olunmuş və orada detallı şəkildə, hüquqi dillə göstərilmişdi ki, nəyə görə özünü təşkilat adlandıran bu qurumun AFFA-nın adını özünə pərçimləyərək fəaliyyət göstərməsi üçün heç bir hüquqi əsası yoxdur.
Nazim Süleymanov gözəl futbolçu olub, müxtəlif turnirlərdə uğurlu çıxışı ilə bizi hər zaman sevindirib. Lakin futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olaraq işləri heç də yaxşı alınmadı. Bəli, bir neçə klubda, Azərbaycan milli komandasında, müxtəlif yaş qruplarından ibarət millilərdə işlədi. Hər yaxşı futbolçu heç də həmişə yaxşı məqşçi olmağı bacarmır. Ya da əksinə, bəzən o qədər də zəngin futbolçu karyerasına malik olmayan biri çox güclü mütəxəssis ola bilir. Amma düşünürəm ki, Süleymanov üçün heç də hər şey bitməyib. O, uşaq-gənclər futbolunda fəaliyyət göstərə, uşaq və yeniyetmələrimizə futbolun sirlərini öyrədə bilər. Heç bir işlə məşğul olmadan, heç bir əsasa söykənmədən futbol xadimi kimi davranmaq, özünü insanların hüquqlarının müdafiəçisi kimi təqdim etmək lazım deyil. Ələlxüsus, o insanların belə müdafiəyə ehtiyacı olmadığı halda...
Futbolçuların və məşqçilərin AFFA-nın işçisi olmadığını, onların assosiasiya ilə əmək müqaviləsinin olmadığını dərk etmək bu qədərmi çətindir?! Qeyd etdiyim kimi, AFFA-nın bəyanatında bu barədə ətraflı yazılıb və detallara varmaq istəmirəm. AFFA İcraiyyə Komitəsinin üzvü olaraq məlumatım var ki, baş katib Elxan Məmmədov təxminən 3 ay əvvəl Nazim Süleymanovu nümayəndə heyəti ilə birgə qəbul edib. Həmin heyətə, yumşaq desək, futbol keçmişi heç də şəffaf olmayan bəzi şəxslərin də daxil olduğunu bilirəm. Baş katib görüşə gələnləri dinlədikdən sonra xahiş edib ki, müvafiq hüquqi sənədlər təqdim olunsun. 3 ay keçib... və sənədlər barədə hələ də xəbər yoxdur. Hesab edirəm ki, AFFA-ya anlaşılmaz üsullarla müraciət etmək əvəzinə, sənədləri təqdim etmək lazım idi. İcraiyyə Komitəsinin üzvü olaraq, Nazim Süleymanovun digər futbol veteranları ilə münaqişə yaratmasını yolverilməz hesab edirəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
08.11.2026
07.11.2026
06.11.2026
























