Ölkə futbolu
Elxan Məmmədov: “AFFA prezidenti olmaq istəmirəm, hazırkı vəzifəmdən məmnunam”
AFFA-nın baş katibi Elxan Məmmədovun Futbolxeber.az saytına müsahibəsi
- Milli komandamızın AVRO-2020-nin seçmə mərhələsindəki çıxışı ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
- İlk növbədə fürsətdən istifadə edərək, millinin son matçına dəvətimizi qəbul edib gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu, Azərbaycan futbolu tarixində ən çətin qrup idi. Çünki qrupumuz beş komandadan ibarət oldu. Reytinqə baxsaq, qrupumuzda bizdən zəif, hətta bizə yaxın komanda da yox idi. Düşünürəm ki, psixoloji olaraq hər oyun özündən daha yaxşı komanda ilə meydana çıxmaq çox çətindir. Ona görə bu, baş məşqçi, futbolçular və milli komanda üçün həqiqətən də çətin maneə idi. Buna baxmayaraq komanda hər oyun inkişaf edirdi. Nikola Yurçeviç məsuliyyəti dərk edir və məsuliyyəti öz boynuna götürərək komandaya yeni futbolçular da dəvət edib. Yurçeviç komandaya gələndə yoldaşlıq oyunu keçirməyə belə vaxt olmadı. Dərhal seçmə mərhələyə başladıq. Bu yaxınlarda Bəhreynə qarşı yoldaşlıq oyunu keçirdik. Digərləri isə rəsmi oyunlar idi. Komandamız oyunların əksəriyyətində qol vurmağı bacardığını göstərdi. Təbii ki, biz hər oyuna 3 xal üçün çıxırdıq. Amma unutmayaq ki, özümüzdən qat-qat daha güclü rəqibə qarşı oynayırdıq. Buna baxmayaraq sevindirici haldır ki, nəsildəyişilmə prosesi başladı. Slovakiya ilə görüşdə yeni oyunçuları da gördük. Bu bizim üçün psixoloji baxımdan vacib qarşılaşma idi. Seçmə mərhələni uğurlu sonluqla bitirmək üçün önəmli idi. Təbii ki, bir xal yaxşı nəticə deyil. Dekabrda bununla bağlı İcraiyyə Komitəsinin iclası təşkil olunacaq. Baş məşqçinin taleyi, gələcək müqaviləsi orada həll olunacaq.
- Son vaxtlar sizə qarşı təzyiqlər həddindən artıq çoxdur. Hər xırda şeydə, hətta Uelsdən 1200 azarkeş gəlməsində az qala sizi günahkar bilirlər. Sizcə, bu, nədən qaynaqlanır? Avropa Liqasının finalı ərəfəsində çox gündəmdə oldunuz. Hər şeyin məhz o zamandan başladığı ilə razısız?
- Son vaxtlar deməklə gözəl bir kompliment elədiniz. Əslində, son vaxtlar deyil (gülür). Sizinlə razıyam. Futbol daim gündəmdə olan bir sahədir. Futbol haqqında müzakirə etmək, danışmaq tənqid etmək hər bir vətəndaşın haqqıdır. Hər şeyi qoyaq qırağa, bir azarkeş kimi haqqıdır. Jurnalist, klub nümayəndəsi, peşəkar futbolçu, veteran futbolçu, keçmiş məşqçi bunların hamısı həm də azarkeşdir. Hər insanın tənqid haqqı və hüququdur. Bunu edirlərsə, biz bunu sağlam qəbul etməliyik. Çalışırıq ki, edək. Təbii ki, hərdən bir az xətrimizə dəyirlər. Tək özümdən yox, futbol ailəsinin üzvlərindən danışıram. Klubları da müzakirə edirlər, bəzi futbolçular müzakirə olunur. Hər şey bizə toxunur. Toxunma elementi var. Bu da normal haldır. Normal da qəbul etməliyik.
- Kənardan görünən budur ki, konkret hədəf seçilmisiz və bu kampaniyanı aparanlar Elxan Məmmədovun haqda uğursuz imici formalaşdırmağa çalışırlar. Bəlkə də gələcəkdə AFFA-dan ayrılsanız belə, başqa bir sahədə yüksək vəzifə tuta bilməməyiniz üçün atılır bu addımlar.
- Futbolda özümü çox komfort hiss edirəm. İlk növbədə futbol azarkeşiyəm. Mənim peşəm idarəetmədir. Bu gün AFFA-nın rəhbərliyi mənə güvənir və baş katibliyi, idarəetmə işlərini, tapşırır. Mən bütün bunları edirəm və edəcəyəm. Lakin bəzi məsələlərdə sizinlə razıyam. Süni şəkildə tənqidlər var. Təəssüf edirəm ki, bəzən təhqirlərə də yol verilir. Biz sağlam tənqidi normal qəbul edirik. Mən burda mənfi bir şey görmürəm.
- Komandanızın zəif olduğu fikri ilə razısız? Loru dildə desək, çörək verdiyiniz adamlar sizi müdafiə eləmir...
-Xeyr, qətiyyən! Hər insan özünə görə işləyir. Uelslə oyunla bağlı əlavə etmək istəyərdim. Qaydalarda yazılıb ki, minimum 5 faiz rəqib azarkeşlərə yer verməliyik. Biz də beş faizi təqdim etdik. Daha sonra Uels federasiyası əlavə biletlər üçün bizə müraciət etdi. Biz də onları biletlə təmin etdik. Çünki heç bir azərbaycanlı azarkeş çöldə qalmamışdı. Kimsə deyə bilməz ki, bilet yox idi. Təxminən 450 yer boş qalmışdı. Biz Azərbaycan Respublikasının ümumi olaraq strategiyasını nəzərə alaraq turizmin inkişafını da istəyirik. Ölkəmizə 1280 nəfər gəlibsə, biz onları böyük məmnuniyyətlə biletlə təmin edirik və gələcəkdə də edəcəyik. Amma Azərbaycanın hər bir azarkeşi stadiona daxil olmaq istəyirsə olacaq.
- AVRO-2020-nin final mərhələsi ilə bağlı son xəbərlər nədir?
- Noyabrın 30-da Buxarest şəhərində püşkatma olacaq. Biz də orada iştirak edəcəyik. Böyük futbol ölkələri Bakıda olacaq. Arzulayırıq ki, bunlardan biri Türkiyə yığması olsun. Qardaş və qonşu ölkədir. Təəssüflər olsun ki, millimiz final mərhələsində olmayacaq, amma qardaş ölkə keçibsə, Bakıda oynasa, yaxşı olar. Bu püşkatmada bəlli olacaq.
- İcraiyyə Komitəsində baş məşqçi ilə bağlı gərgin müzakirə gərgin olacaq, yoxsa..?
- Bəli, çox gərgin bir müzakirə olacaq. Amma komandanı növbəti mərhələyə hazırlamağa 10 ay vaxtımız var.
- Son vaxtlar AFFA prezidenti Rövnəq Abdullayev nisbətən kölgəyə çəkilib və əsas yük sizin üstünüzdədir. Belə iddialar səslənir ki, Elxan Məmmədov martda AFFA prezidenti ola bilər. Həqiqətən də seçkilərdə iştirak etmək niyyətiniz var?
- Rövnəq müəllim çox aktiv şəkildə futbol sahəsində iştirak edir. Futbolla bağlı məsələlər gündəlik olaraq ona məruzə olunur. Xeyr, AFFA prezidenti olmaq istəmirəm. Hazırkı vəzifəmdən məmnunam.
- Qeyd elədiniz ki, millinin növbəti seçmə mərhələyə hazırlaşmaq üçün 10 ay vaxtı olacaq. Yığmadakı baş məşqçi məsələsi qısa zamanda həllini tapacaq?
- Yeni baş məşqçi təyin olunacaq, ya yox, bunu bilmirəm. Amma yeni baş məşqçi təyinatı olsa, axtarışlarımız uzun çəkə bilər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Nuriyev Macarıstan klubunda
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
-
18:00
"Arsenal"dan növbəti transfer
-
17:35
Messinin atası vəfat edib
-
16:08
Koxalski “Qarabağ”dan ayrılmağa yaxındır
-
15:26
Qızlardan ibarət basketbol millimiz Estoniyaya qalib gəlib
-
14:51
"Mançester Yunayted" onunla vidalaşdı
-
13:42
“Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
-
13:14
"Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib
-
11:39
Zidanın oğlunun yeni klubu müəyyənləşdi
-
10:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:23
II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
-
09:00
Elvin Yunuszadənin debütu uğursuz alındı
-
08:45
Nəriman rəsmən “Erzurumspor”da
-
21:27
Yuri Vernidub: “Məsuliyyət tamamilə mənim üzərimdədir”
-
21:00
Azərbaycan stolüstü tennisçiləri Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
20:39
Qızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
-
20:16
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
-
19:48
Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar təşkil olunub
-
19:35
Qazaxıstan millisinin baş məşqçisi müəyyənləşdi
-
18:53
Musa Qurbanlı: “Bizim xarakterimizdə təslim olmaq yoxdur”
-
18:24
Elnur Abdullayev: “Özümə və komandama güvənirəm”
-
18:01
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
-
17:48
“Gələcəkdə Qubada Avropa standartlarına cavab verən stadionumuzun olmasını istəyirik”
-
17:17
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
-
17:00
"Səbail" 5 legionerlə müqavilə imzaladı
-
16:36
"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı
-
16:29
Mirzə Bayrampur: “Hədəflərimiz böyükdür”
-
15:45
Azərbaycanın gənc qolfçusu beynəlxaq turnirin qalibi olub
-
15:13
Tanınmış klubun baş məşqçisi xəstəxanaya yerləşdirilib
-
14:52
Ponomarenko “Qarabağ”a vurduğu qoldan danışdı
-
14:34
“Gəncə”də yeni müqavilə
-
14:08
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
-
13:41
Bakı "Azerbaijan Junior Open 2026" beynəlxalq turnirinə ev sahibliyi edəcək
-
13:27
“Qarabağ” hələ tam hazır deyil, amma çox təhlükəlidir”
-
13:00
Azər Məmmədov: "Gəncə stadionunu tam dolduracağıq"
-
12:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:59
"Karvan-Yevlax"dan qapıçı transferi
-
11:13
Murad oynadı, “Pafos” uduzdu
-
10:45
"Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib
-
10:22
"Qarabağ"ın məğlubiyyəti VİDEO
-
10:08
Azərbaycan UEFA reytinqində neçəncidir?
-
09:54
Mahir İsveç klubuna qarşı 90 dəqiqə oynadı
-
09:31
"Qarabağ"ın potensial rəqiblərinin qarşıdurmasında darmadağın
-
09:17
İqor Kostyuk: "Qarabağ"a daha çox qol vura bilərdik"
-
09:00
Qurban Qurbanov: “Hücumda bir az aqressivlik çatmadı”
-
22:56
“Qarabağ” “Dinamo”ya məğlub oldu
-
21:39
"Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
-
21:17
"Şəfa" rəhbərliyi komandanın məşqində
-
20:24
Slavik Alxasov I Liqa klubuna keçdi
-
19:00
Boks millimiz Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır
-
18:43
Asim Xudiyevə UEFA-dan yeni təyinat alıb
08.08.2026
07.08.2026
06.08.2026
























