Ölkə futbolu
Rəşad Sadıqov: “Çalışdıq ki, əski parçası yerə düşməsin”
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə Lüksemburqun "Düdelanj" klubuna 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli müdafiəçi əvvəlcə matç haqda danışıb.
- Həqiqətən də gözlənilməz nəticə oldu. Rəqib ilk oyunda APOEL-i 4:3 hesabı ilə udmuşdu. Çox ciddi hazırlaşmışdıq. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Rəqibə oynamağa imkan verməmək istədik. Çünki topla rəftar edən komandadır. Kifayət qədər qol şansları oldu. Mühüm olan qələbədir. Böyük hesabla qalib gəlmək önəmlidir. Çünki ilk turda 0:3 hesabı ilə uduzmuşduq.
- Son matçlarda çıxış etmirdiniz. Bunun səbəbi nə idi?
- Xəstələnmişdim. Bakıda virus dolaşır. Məşqlərdən kənarda idim. Qurban müəllim hər oyunçunun tam hazır olmasını istəyir. Bu, onun iş prinsiplərindən biridir. Mənə nə zaman etimad göstərsə, meydana çıxmağa hazıram. Şans verdi və bundan istifadə etməyə çalışdım.
- İkinci qoldan sonra təxribata əl atıldı. Həmin anlar barədə fikirləriniz necədir?
- Gözlənilməz oldu. İkinci qoldan sonra gördüm ki, qapımızın üstündən dron uçur və üzərində bayraq var. Bayraq dedim, bunu əski adlandırardım. Onun dalınca qaçmağa başladım ki, o yerə enməsin. Heç enmədi də. Hakimə yaxınlaşdıq ki, bu yerə enməməlidir. Hakim dedi ki, sizi başa düşürəm, amma meydandan çıxmalısınız. Əvvəlcədən razılaşmırdıq. İstəmirdik ki, yerə ensin. Hakim (Con Biton) də anlayan insan idi. Bizə qarşı sərt olmadı. Çalışdıq ki, əski parçası yerə düşməsin. Fasilə elan verildi. Lüksemburqun idman naziri bizdən üzr istədi. Ona dedik ki bu, həsas məsələdir. Qondarma bayraq qalxsa, oynamayacağımızı bildirdik. Qurban müəllim bizimlə söhbət etdi. O dedi ki, təxribat bizə təsir etməməlidir və bizim üçün 3 xal önəmlidir. Aqressiya olmadan oyuna davam etməli idik. Hakim bizə son xəbərdarlığı etdi ki, belə şey olsa, oyunu dayandıracağam. Fasilədən sonra qırmızı və sarı vərəqələr almadıq. Çox legionerimiz olsa da, onlar da bu məsələyə ciddi yanaşdı. İkinci hissədə bu hal təkrarlanmadı. Konsentrasiyamız pozulmadı. Hamı var qüvvəsi ilə mübarizə apardı.
- Bir an hamı azərbaycanlı azarkeşlər tərəfə getdi.
- O məqamlar çox qarışıq idi. Bizi də itələyirdilər. Ehtiyat oyunçular ora getmişdi. Çalışdıq ki sakitləşək, paltardəyişmə otağına gedək. Hər jest və əl hərəkəti vərəqə ilə nəticələnir.
- Bu qələbə ilə qrupdan çıxmaq yolunda inamlı addım atdınız?
- Hamı qrupdan çıxmaqdan danışır. Kimsə “Qarabağ”ı sevirsə, qrupdan çıxmağını istəyirsə, bu barədə danışmasın. Qarşıdakı oyunlarla bağlı fikir bildirsinlər. Futbol ictimaiyyəti, azarkeşlər və futbolçular APOEL-lə oyunu düşünməlidir. Qrupdan çıxmağı fikirləşməsinlər. Bu, hamıya aiddir. Hər oyuna final kimi yanaşmalıyıq. Qrupdan çıxmağı düşünmək yalnız komandanın ziyanına olacaq. Oyunda-oyuna fikirləşməliyik (qol.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
04.11.2026
03.11.2026
02.11.2026
























