Ölkə futbolu
Yurçeviç: “Sabah evdə ən yaxşı oyunumuzu göstərəcəyik”
“Sabah bizi böyük oyun gözləyir. Son dünya çempionatının finalçısı ilə qarşılaşacağıq. Motivasiyamız yüksəkdir”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində sabah Bakıda Xorvatiya ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
- Uelsdə məyusedici nəticə qazandıq. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Düşünürəm ki, seçmə mərhələdə ən yaxşı oyunumuzu Uelsə qarşı keçirdik. Hətta Xorvatiya ilə matçdan da. Bəzi zədəlilərimiz var. Məşq zamanı bilinəcək. Rəqibin ulduz oyunçuları var, Bratislavada əla oyun keçirdilər. Amma bu o demək deyil ki, şansımız yoxdur. Əks-hücumlardan istifadə etməyə çalışacağıq.
- Son vaxtlar yaxşı formada olan Ağabala Ramazanovun sabah start heyətində yer almaq şansı nə qədərdir?
- Oyunçuların bəzilərinin kiçik zədələri var. Onlarla danışdıqdan sonra qərar verəcəm. Sabah Ağabalanın çıxış etmək şansı var.
- Çərçivədə Səlahət Ağayevə, yoxsa Emil Balayevə şans verəcəksiniz?
- Bu barədə hələ qərar verməmişəm. Start heyətini ilk olaraq oyunçularıma açıqlayacam.
- Seçmə mərhələdə səfər matçlarında evdəkindən daha yaxşı çıxış etmişik. Bunun səbəbi nədir?
- Ev oyunlarımız iyun ayına təsadüf etdi. Həmin vaxt yaxşı formada deyildik. Üstəlik, erkən qollar buraxdıq. Standart vəziyyətdən gələn qollar mənfi nəticənin səbəbi idi. Söz verə bilərəm ki, sabah evdə ən yaxşı oyunumuzu göstərəcəyik.
- Emin Mahmudov ölkənin ən yaxşı yarımmüdafiəçilərindən sayılır. Onun əsas heyətdə yer almaması nə ilə bağlıdır?
- Emini çox bəyənirəm, çox yaxşı futbolçudur, texnikası var. Oynamamasının səbəbi isə odur ki, biz daha çox ikinci nömrə kimi çıxış edirik. Belədə meydanda daha çox qaçmaq lazım gəlir. Əlbəttə ki, o da şans əldə edəcək.
- Nəticənin uğurlu olması üçün sizə nə qədər vaxt lazımdır?
- Reytinqə baxsaq, qrupdakı komandalar arasında beşinci yerdəyik. Hər oyunda yaxşı nəticə əldə etmək mümkün olmur. Rəqibdən də asılı olur. İki oyunda 1 xal qazanmağa yaxın olduq. Növbəti matçda uğurlu nəticə qazanmağa çalışacağıq.
- Zaqreb və Kardiffdəki model bənzər idi. Sabahkı matçda bu modeli görəcəyik, yoxsa başqa variant hazırlamısınız?
- Üçüncü model olacaq, bir az ikinciyə yaxın. Taktiki cəhətdən bir qədər dəyişilmiş formada. Kompakt olmalıyıq, təkcə müdafiədə yox, hücumda da nəsə əldə etməyə çalışmalıyıq.
- Hər bir komandanın zəif nöqtəsi var. Xorvatiyanın zəif cəhətini tapa bilmisinizmi?
- Əlbəttə, hər komandanın zəif yeri olur. Xorvatiya Slovakiya ilə oyunda yaxşı çıxış etməmişdi. Hamı deyirdi ki, əvvəlki komanda deyil. Ancaq ikinci oyunda ideala yaxın çıxış etdilər. Ardıcıl iki oyunu eyni səviyyədə keçirmək çətin olur. Ümid edirəm ki, Slovakiya ilə matçdakı motivasiyaları sabah olmaz.
- İş elə gətirib ki, məğlubiyyətləri müqayisə edirik. Sizcə, hansı məğlubiyyətimiz daha yaxşıdır?
- Məğlubiyyətləri müqayisə etmək istəmirəm. Amma Uelsə qarşı son matçımız seçmə mərhələdəki ən yaxşı oyunumuz idi.
- Bundan sonra qrupu neçənci yerdə bitirməyi düşünürsünüz?
- Hazırda sonuncu yerdəyik. Real vəziyyət onu göstərir ki, böyük ehtimalla 5-ci pillədə qalacağıq. Amma yenə də durumla barışmayacaq, qollar vurmağa və xallar qazanmağa çalışacağıq. Əgər bir qələbə qazansaq, vəziyyət dəyişə bilər.
- Xorvatiya yığmasının çıxışı barədə nə deyə bilərsiniz?
- Slovakiya ilə son matç istisna olmaqla, digər oyunları yaxşı keçirməyiblər. Ümid edirəm ki, sabah da digər 4 oyundakı kimi çıxış edərlər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























