5 Noyabr 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi

Ölkə futbolu

Rəşad Sadıqov: “Maraqlı qrupa düşdük”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin püşkatması ilə bağlı fikirlərini açıqlayıb.

Futbolxeber.az-ın məlumatına görə, Ağdam klubunun kapitanı “A” qrupunda  “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj”a (Lüksemburq) rəqib olmaları haqda klubun rəsmi saytına açıqlamasında deyib:

"Ümumi götürsək, maraqlı qrupa düşdük. Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq. Aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30