Ölkə futbolu
Rəşad Sadıqov: “Hətta "Mançester Siti"nin belə güclənməyə ehtiyacı var”
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa iqasının pley-off mərhələsinin "Linfild"lə Bakıda keçirilən cavab oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Matç barədə fikirləriniz necədir?
- Oyunun xüsusən sonluğu çox gərgin keçdi. Matça yaxşı başlayıb erkən qol vurduqdan sonra topa nəzarət etməyə, irəli atılmağa və tempi salmağa başladıq. Rəqib cəmi bir top fərqi ilə uduzduğu üçün risk etmək istəmirdi. Bizi öz üzərlərinə çəkərək əks-hücumlara çıxmaq niyyətində idilər. İlk görüşdən sonra onları yaxşı analiz etmişdik. Bilirdik ki, əsas silahları əks-hücum və standart vəziyyətlərdir. Ona görə də ehtiyatlı davranırdıq. İkinci hissədə isə yaxşı qol imkanlarımız oldu. Rəqib isə təhlükəli standart vəziyyətlər əldə etdi. İkinci qolu vurduqdan sonra bir qədər rahatlaşdıq. Uzatma dəqiqələrində qol buraxsaq da, sevinirik ki, hər şey bizim üçün yaxşı qurtardı.
- Adətən, "Qarabağ" belə komandalara asanlıqla qalib gəlirdi. Amma bu dəfə hər iki görüş olduqca çətin keçdi. Kipr APOEL-inə Çempionlar Liqasındakı məğlubiyyətin təsiri hiss olunurdu?
- Həm APOEL-ə evdə, həm də "Linfild"ə səfərdə məğlub olduğumuz matçların təsiri var idi. Uduzmaqdanuduzmağa fərq var. Elə olur ki, yaxşı oynayırsan, qol imkanları yaradırsan, üstünlük səndə olur, amma üst-üstə iki dəfə yenilirsən. Bu da komandanı istər-istəməz psixoloji cəhətdən zədələyir. Bu gün o psixoloji basqı üzərimizdə var idi. Uşaqların üzlərindən də göründü ki, ikinci qoldan sonra bir az rahatlaşdılar. Halbuki bu qoladək üzərimizdə qorxu var idi. Çox sevindiricidir ki, bunu üzərimizdən ata bildik. Digər tərəfdən, pley-off mərhələsində hər bir rəqib sonadək mübarizə aparır, şansından yararlanmaq istəyir. Şadıq ki, istəyimizə nail olduq və 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə yüksəldik.
- Düşünmürsünüz ki, bu, ən çətin pley-off oyununuz idi?
- Bundan da gərgin keçənləri olmuşdu. Amma indi evdə oynadığımızı nəzərə alsaq, ən çətin oyunumuz oldu. Əvvəlki mövsümlərdə evdə İsveç "Göteborq"u, Moldova "Şerif"i və İsveçrə "Yanq Boyz"u ilə qarşılaşmalarda 3:0 hesablı qələbə qazanmışdıq. Amma bu dəfə belə olmadı. Əslində, qrup mərhələsinədək avrokubok oyunlarımızı çox yaxşı keçirdik. Cəmi 2 görüşdə uduzmuşuq, amma hər birində rəqibdən üstün oynamışıq. Ümumən, komandamızın oyunu pis deyil. Çalışıb daha da yaxşılaşdırmalıyıq ki, qrup mərhələsində uğurla çıxış edək.
- Qrup mərhələsi barədə komandada hansı fikirlər var idi?
- Bu barədə heç düşünmürdük. Çünki "Linfild"ə ilk matçda məğlub olmuşduq. Əslində, cütün taleyini elə Şimali İrlandiyada həll etmək istəyirdik. Hətta 1:0 hesabı ilə öndə olduqdan sonra da geri çəkilmir, böyük qüvvə ilə irəli atılırdıq. Məğlub olduqdan sonra isə sırf oyunu fikirləşirdik. Məncə, artıq hər oyuna final kimi yanaşmalı, maksimum xal qazanmağa çalışmalıyıq.
- Qrupda 2-ci yeri tutmağı qarşınıza minimum vəzifə kimi qoymusunuz?
- Çox istərdik ki, belə olsun.
- Rəqiblər arasında İspaniya "Sevilya"sı, Portuqaliya "Portu"su, Rusiya ÇSKA-sı kimi komandalar var. Belə iddialı klublara qarşı oynamağa hazırsınız?
- Bunu zaman göstərəcək. Hətta "Mançester Siti"nin belə güclənməyə ehtiyacı var. Həmçinin də "Qarabağ"ın. Baş məşqçimiz Qurban Qurbanov açıqlamalarında transfer danışıqlarının aparıldığını və axtarışda olduğumuzu bildirib. Amma vaxt az qalıb. Alınıb-alınmayacağını zaman göstərəcək.
- Maqaye Qaye nə zaman daha yaxşı oyun göstərə biləcək?
- Qeye komandaya gec qoşuldu. Özü də açıqlamalarında həmin vaxt formasından uzaq olduğunu bildirib. Buna baxmayaraq, avrokuboklarda iki qol, bir məhsuldar ötürmə müəllifi olub, Premyer Liqada da fərqlənməyi bacarıb. Çox yaxşı performans göstərir. Bu gün də meydanda ən yaxşılardan idi. Topa yapışır, mübarizə aparırdı. Rəqib çox sıx oynayırdı. Düşünürəm ki, Qeye öz işini gördü. Xüsusən, ilk qolda ideal ötürmə verdi. İnanıram ki, bundan da yaxşı formada olacaq (report.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























