5 May 2026, Çərşənbə axşamı
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi

Ölkə futbolu

Mostovoy: "Neftçi" mərhələ adlamağa layiq idi"

"Düzü, "Arsenal"ın qələbə qazanacağını düşünmürdüm. Aydındı ki, onlar bütün gücləri ilə irəli atıldılar. Ancaq "Neftçi"nin futbolçularının səviyyəsi aşağı deyil, hətta tulalılardan yüksəkdir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin sabiq üzvü Aleksandr Mostovoy yerli mətbuata açıqlamasında deyib.

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin hər iki görüşdə Rusiyanın "Arsenal" klubuna qalib gəlməsini dəyərləndirən veteran futbolçu təmsilçimizin layiqli qələbə qazandığını bildirib: "Nəticə ürəkağrıdıcı olsa da, "Neftçi" mərhələ adlamağa layiq idi".

Xatırladaq ki, "Neftçi" Tuladakı görüşdə 1:0, ötən gün Bakıda keçirilən matçda isə "Arsenal"ı 3:0 hesabı ilə məğlub edərək 3-cü mərhələyə yüksəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31