Ölkə futbolu
Bizə 11 Şeydayev lazımdı!
Macarıstan məğlubiyyətinin acısı keçməmiş dünən millimiz bizi növbəti dəfə “sevindirdi”. Budəfəki yenilginin əzabı daha ağır oldu. Macarlardan fərqli olaraq, slovaklar daha acımasız idilər və vurduğumuz 1 qolun qarşılığında millimiz qapısında 5 qol gördü.
Futbolda istənilən nəticə qeyd alına bilər. Bu, şübhəsizdir. Amma uduzanda da gərək kişi kimi uduzasan. Əslində, bu ifadə millimiz haqda çox işlədilib. Lakin dünən baş verənlər biabırçılığın son həddi idi. Dünən 1-2 nəfərdən başqa, digərləri meydana sanki 90 dəqiqəni yola vermək və yekunda da böyükhesabla uduzmaq üçün çıxmışdılar.
İlk həyəcan siqnalı artıq 3-cü dəqiqədə çalınmışdı. Rəqibin asması zamanı cərimə meydançamızda qapıçıdan əlavə 6 futbolçumuz (!) olsa da, Hançko çox rahat şəkildə qapıya başla zərbə endirir. Yaxşı ki, Səlahət dünən Maksim və Qara kimi seyirçi mövqeyi tutmamışdı. Amma 4 dəqiqə sonra Ağayev də milliyə kömək edə bilmədi. Lobotka qapımıza elə bir qol vurdu ki... Qara Qarayev, Rəşad Eyubov və Bədavi Hüseynov Slovakiya yığmasının hesabı açdığı epizodda elə davranırlar ki, sanki topu rəqibdən alana söyüş qoyublar. Qara rəqib futbolçuya qarşı elə nəvazişlə hərəkət edir ki... Mövqeyi dayaq yarımmüdafiəçisi olan Qarayev həmin epizodda müdafiəmizə yox, rəqibin hesabı açmasına dayaq oldu. Az sonra məlum oldu ki, bu, hələ jurnaldı, kino qabaqdaymış. İlk qolda hər şey Qaranın lazımsız centlmenliyindən başladığı kimi, ikincidə də qolun startını Maksim Medvedev verdi. Millinin kapitanı heç nədən, adi epizodda topu itirdi və yekunda kobudluqla dayandırılan slovaklar cərimə zərbəsindən hesab arasındakı fərqi artırdılar.
Millimizin biabırçı məğlubiyyəti haqda cızma-qara etmək də, oxumaq da çətindi. Əsəb, gərginlik, stress... Amma təəssüf ki, dünən “Bakcell Arena”ya yığışıb, millini qələbəyə səsləyən əksər fanatlardan fərqli olaraq, növbəti böyükhesablı məğlubiyyət Azərbaycan yığmasının əksər üzvlərinin vecinə də olmadı. Əksini iddia etsələr də, inanmayın. Çünki vətənini sevən, daşıdığı formanın yükünü dərk edən, tribunada onu dəstəkləyən minlərlə futbolsevərləri düşünən futbolçu heç vaxt meydanda belə cılız görsənməz. Uduzsa belə, 90 dəqiqə ərzində vuruşar. Ramil Şeydayev kimi. Dünən meydan oyunçuları arasında yalnız 1 nəfər azarkeşin sevgisini qazandı. Bu da Ramil oldu. Sanki Slovakiya ilə oyunda uğurlu nəticə qazanmağı 10 nəfər arasında ancaq Şeydayev istəyirdi. Səhv etmirəmsə, heç 15-20 dəqiqə deyildi ki, oyun başlamışdı, Slovakiya yığması künc zərbəsi yerinə yetirirdi. Bir anda Şeydayev ekrana gəldi və onunla komanda yoldaşları arasındakı qələbə istəyinə olan fərq açıq-aşkar göründü. Ramilin forması su içində olsa, digərləri sanki meydana yenicə çıxmışdılar. Matçın geridə qalan hissəsində Şeydayevin vuruşqanlığını onun tərdən islanan maykası göstərirdi. “Zenit”in yetirməsi dünən 90 dəqiqə ərzində meydanda canını qoydu. Söhbət təkcə vurduğu qoldan getmirdi. Dayanmadan meydanda çalışan, vuruşan, sona qədər mübarizə aparan Ramilin əziyyətini slovaklardan çox, komanda yoldaşları yerə vurdular. Kaş ki dünən meydanda 1 yox, 11 Ramil olardı. Bu zaman millimiz belə biabırçı məğlubiyyətlə üzləşməzdi. Maksimlə, Qarayla, Almeydayla, Vurğunla bizim görəcəyimiz ancaq məğlubiyyətdi.
Təbii ki, istənilən yenilgidə baş məşqçinin da payı var. Amma bu gün Azərbaycan yığmasının futbolçularının səviyyəsi elədir ki, lap Qvardiolanı da gətir xeyri yoxdu. Necə ki, oyundan sonra xorvat mütəxəssisin də söylədiyi kimi, Millətlər Liqasında bunun şahidi olduq. Hələ o zaman rəqiblər daha zəif, yığmamızın dişinə uyğun idilər. Onda belə yığmamız ölkənin ən yaxşı məşqçisinin rəhbərliyi altında Malta kimi komandanı 2 oyunda məğlub edə bilmədi. Futbolçu meydanda canını qoymayandan sonra, 90 dəqiqəni yola verməklə məşğul olacaqsa, millinin baş məşqçisinin adı heç bir əhəmiyyət kəsb etmir.
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:52
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
02.11.2026
01.11.2026
31.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























