8 May 2026, Cümə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

"Sumqayıt" yığmamızın üzvü ilə razılaşdı

Mövsümün əvvəlində "Səbail"lə müqavilə imzalayan Orxan Əliyev daha sonra zədə səbəbindən komandada qalmamışdı. 

Futbolxeber.az saytının məlumatına görə, Əliyev oradan ayrıldıqdan sonra zədəsini müalicə etdirməklə məşğul idi. Ancaq bir müddətdir ki, məşq etdiyi "Sumqayıt" onunla müqavilə imzalamaq fikrinə düşüb. Artıq tərəflər razılıq əldə edib və hətta ilkin müqavilə də imzalanılıb. Sadəcə bəzi məsələlər tam həll olunmadığından Əliyevin transferi açıqlanmayıb. Xatırladaq ki, U-17, U-19 və U-21 yığmalarımızda çıxış etmiş yarımmüdafiəçi əvvəllər də "Sumqayıt"ın şərəfini qoruyub. "Gənclik şəhəri" təmsilçisi ilə yanaşı o, "Xəzər Lənkəran", "Kəpəz" və "Zirə" klublarında da oynayıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31