Ölkə futbolu
Qurban Qurbanov: “Qırğızıstan millisini zəif saymıram”
Mayın 29-da Bakıda Qırğızıstan millisi ilə yoldaşlıq oyununda üz-üzə gələcək Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransı keçirib.
- Millətlər Liqasından öncə son toplanışımızdır. Çalışırıq ki, hər oyuna yaxşı hazır olaq. Futbolçuların meydanda bir-birini yaxşı anlaması üçün əlimizdən gələni edirik. Nə qədər hazırlaşsaq da, azdır. Oyundan oyuna futbolçuların təcrübəsi artır, öz işlərinə daha inamla, məsuliyyətlə yanaşırlar. Qarşıdakı oyunlarda futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar.
- Millətlər Liqasına az qalıb. Bu dəfəki heyəti Millətlər Liqası üçün yekun heyət saymaq olar?
- Belə deməzdim. Biz həmişə axtarışdayıq. Çalışırıq ki, hər dəfə daha çox futbolçu sınaqdan keçirək. Bəzən olur ki, oyun təcrübəsi az olan futbolçuya da şans veririk. Bəzən yaşına, bəzən təcrübəsinə görə. Ola bilsin, gələn toplanışlarda yeni futbolçular olsun.
- Çox olacaq?
- İnanmıram çox olsun. Futbolçuların çoxunu tanıyırıq.
- Qırğızıstan millisinin bir futbolçusu Türkiyənin 3-cü liqasında çıxış edir. Sizcə, bu cür rəqiblə oyunda millinin gücünə nə dərəcədə bələd olmaq mümkündür?
- Heç bir komandaya qarşı mənfi fikirdə olmamışam. Biz rəqibin güclü və mənfi cəhətlərinə nəzər yetiririk. O ki qaldı futbolçusunun 3-cü liqada çıxış etməsinə, bu, millidir. Belədə futbolçuların gücünə daha yaxşı bələd olmaq olur. Qırğızıstan millisini zəif saymıram. Bu, milli komandadır. Rəqibi ciddi qəbul edirəm.
- Sabah ölkə kubokunun finalı olacaq. “Keşlə” və “Qəbələ”nin oyunçularına Qırğızıstanla oyunda şans verəcəksiniz? Bir də, Kamran Ağayev meydana çıxmasa, kapitan kim olacaq?
- Yox, onları Qırğızıstanla oyunda meydana buraxmayacağam. O ki qaldı kapitan məsələsinə, buna hələ qərar verməmişəm. Oyun günü bəlli olacaq.
- Riçard Almeydanın zədəsi ciddidir deyə millinin toplanışından kənarda qalıb, yoxsa yeni klubuyla danışıq aparmaq üçün düşərgədən ayrılıb?
- Riçardın zədəsi ciddidir. Çempionatın son iki turunu da buraxmışdı. Ayın 1-2-nə kimi kənarda qalmalı idi. Bundan sonra oynamasına isə ehtiyac görmədim. Buna görə, onu istirahətə göndərdim.
- Cavid Hüseynov son vaxtlar intizamsız hərəkətlər edir. Bu barədə nə deyə bilərsiniz?
- Onun hərəkətləri məni narahat edir. Qarşıda vacib kubok oyununa çıxacaq. Sonra yenə bizimlə olacaq. Onunla bu barədə ciddi söhbət edəcəm.
- Növbəti toplanışlarda Azər Əliyev və Dəniz Yılmaz kimi legioner futbolçuları millidə görə bilərik?
- Əvvəllər də demişəm ki, çempionatın səviyyəsi aşağıdır. Legionerlərə ehtiyac var. İndidən deyə bilmərəm, Azər millidə olacaq, ya yox. Sadəcə, onu deyə bilərəm ki, təkcə Azəri yox, başqa oyunçuları da nəzarətdə saxlayırıq. Başqa, daha yaxşı çempionatlarda çıxış edən oyunçuları milliyə çağırmaq bizim xeyrimizə ola bilər.
- Kamran Ağayev milli üzvü kimi kapitanlığa layiqdir? O, özündə nəyi dəyişib?
- Kamrandan nə desən, gözləmək olar (gülür). Ancaq özünü bir xeyli düzəldib. Onunla bu barədə danışmışam. Məncə, hazırda kapitanlığı haqq edir. Lakin bu, o demək deyil ki, kapitan heç vaxt dəyişməyəcək. Hələ ki, odur. Ona güvənirəm.
- Gəzən söz-söhbətə görə, Riçard və Şehiçə olduğu kimi “Qarabağ”ın yerli oyunçularına da təklif olub. Lakin onlar klubdan ayrılmaq istəməyiblər...
- Yerli oyunçulardan heç birinə konkret təklif olmayıb. Ola bilsin, bəzi menecerlər vasitəsilə təklif olub, lakin birbaşa kluba olmayıb.
- Bu gün millidə əsas problem hansı mövqedədir?
- Bu gün problemi olmayan milli yoxdur. Nə qədər də böyük olsa, hər bir yığmada problemlər olur. Bizim potensialı olan futbolçularımız var. Çox istəyərdim ki, həmin oyunçular xarici çempionatlarda oynasınlar. Bu gün həmin futbolçuların hər nə qədər potensialı olsa da, milli çempionatın səviyyəsi aşağıdır. Hansısa futbolçumun zəif olduğunu deyə bilmərəm. Hər bir oyunçuma güvənirəm.
- Rahid Əmirquliyev və Ağabala Ramazanov “Qarabağ”da çıxış edən zaman millidən kənarda qaldılar. Buna səbəb nədir?
- Futbolçu karyerası elədir ki, oyunçu eyni səviyyədə çıxış edə bilməz. Bir klubda sərgilədiyi oyunu digər klubda sərgiləməyə bilər. Deməzdim ki, hansısa oyunçunun milliyə yolu bağlanıb. Əksinə, onlar yığmaya potensial namizədlərdir. İstərdim ki, yenidən millidə olsunlar. Ümid edirəm ki, öz oyunlarını daha da təkmilləşdirəcəklər.
- Araz Abdullayev, Ufuk Budak və Bədavi Hüseynovun vəziyyəti necədir?
- Arazda hər şey yaxşıdır. Düzdür, son oyunlarda bir qədər az şans qazanıb, lakin yaxşı durumdadır. Bədavi tam sağalıb. Yaxşı formadadır. Oyun təcrübəsi cəhətdən problemi var. Ola bilsin, qarşıdakı oyunlardan birində şans qazansın. O ki qaldı Ufuka, deməzdim yaxşı formada deyil. İki aya yaxındır oynamır. Bir ara “Qarabağ”la məşq etdi. İstəyirdim, fiziki formasını bərpa etsin. Çox güman, ilk oyunda şans qazanmayacaq. Lakin ola bilsin, qarşıdakı oyunlarda çıxış etsin.
- Millətlər Liqasındakı rəqiblərimiz barədə məlumatınız var?
- Bəli, daim maraqlanırıq.
- “Qarabağ”ın heyətində dəyişikliklər olması azarkeşlərin narahatlığına səbəb olub...
- Narahatlıq həmişə olur. Biz də narahatıq. Transfer pəncərəsində hər şeyi yoluna qoymağa çalışacağıq. Millinin oyunlarında sonra bütün fikrimi “Qarabağ”a yönəldəcəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- VII turun hakim təyinatları
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























