Ölkə futbolu
“Qəbələ” 2 ildən sonra yenidən “Sürix”lə üz-üzə
Yanvarın 5-dən Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək.
Futbolxeber.az saytının məlumatına görə, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq çərçivəsindəki 2-ci görüşdə rəqib İsveçrə təmsilçisi “Sürix” olacaq. Antalyadakı “Kaya Bələk” otelinin meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
“Sürix” “qırmızı-qaralar” üçün tanış rəqibdir. Komandalar 2 il öncə də Antalya toplanışında üz-üzə gəliblər. 2016-cı il yanvarın 20-də baş tutan qarşılaşmada “Qəbələ” 4:0 hesabı ilə qələbə qazanıb. Həmin matçda Aleksey Antonov iki, Vadim Abdullayev və Samir Zərgərov hərəyə 1 dəfə fərqlənib.
Hazırda “qırmızı-qaralar”ın şərəfini qoruyanlardan Dmitri Bezotosnı, Voislav Stankoviç, Asif Məmmədov, Vitali Vernidub, Ürfan Abbasov, Qismət Alıyev 728 gün öncə Roman Qriqorçukun şans verdiyi oyunçulardan olublar.
Həmin matça Sami Hyuypiyanın rəhbərliyi altında çıxan “Sürix”də isə baş məşqçi artıq Ulrix Fortedir. Finlandiyalı mütəxəssisin postundan ayrılmasına isə enişli-yoxuşlu 2015-2016-cı illər mövsümü səbəb olub. Çempionatı sonuncu pillədə başa vuran “Sürix” Superliqanı tərk edib.
Bundan cəmi 4 gün sonra isə komanda ölkə kubokunu qazanmaqla Avropa Liqasına yüksəlib. Əslində klubun aşağı liqa macəraları da uzun sürməyib. 2016-2017-ci illər mövsümündə Çelenc Liqanın çempionu olan komanda Superliqaya qayıdıb.
Ümumilikdə isə 1896-cı ildə yaranan Sürixin eyniadlı klubu 122 illik zəngin tarixə malikdir. 12 dəfə İsveçrə çempionu, 9 dəfə kubokun qalibi olan komanda avrokuboklarda da kifayət qədər uğurlu çıxış edib. “Sürix” 2 dəfə Çempionlar Kubokunun yarımfinalına qədər irəliləyib. “Qəbələ”nin rəqibinin son uğurları XXI əsrə təsadüf edib. 2005-2006, 2006-2007, 2008-2009 mövsümlərində çempion olan klub 2004-2005, 2013-2014, 2015-2016 mövsümlərində kuboka yiyələnib.
Bir illik fasilədən sonra yenidən Superliqada çıxış edən “Sürix”in işləri heç də pis getmir. Qış fasiləsinə qədər keçirilən 19 turda 28 xal toplayan komanda 3-cü pillədə qərarlaşıb. Düzdür, “Yanq Boyz”dan 12, “Bazel”dən 10 xal geri qalan Fortenin yetirmələri çempionluq mübarizəsindən uzaq düşüb. Amma komanda bürünc və avrokuboklara vəsiqəyə iddialır.
“Sürix”lə görüş “Qəbələ”nin 95-ci beynəlxalq yoxlama matçı olacaq. Bunadək 94 oyuna çıxan “qırmızı-qaralar” 42 qələbə qazanıb, 19 heç-heçə edib və 33 dəfə uduzub. Hesabında 154 qol olan təmsilçimiz 100 top buraxıb.
Xatırladaq ki, Antalyadakı ilk sınağında Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə qarşılaşan “qırmızı-qaralar” meydandan 1:1 hesablı bərabərliklə ayrılmışdı.
Yoxlama oyunu
17 yanvar
16:30. “Qəbələ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
Antalya. “Kaya Bələk” otelinin meydançası
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- VII turun hakim təyinatları
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























