Ölkə futbolu
Qurban Qurbanov: “Bu dəfə hakim haqlı idi”
Çempionlar Liqasının qrup mərhələsində səfərdə “Atletiko” ilə bərabərə qalan (1:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis ilk öncəni görüşü şərh edib:
- Ağır oyun oldu. Bir xal qazanmağımıza baxmayaraq, rəqib çox yaxşı oynadı. Bu cür oyunlarda futbolçularımın təcrübə qazanması mənim üçün çox önəmlidi. Rəqibin qol epizodları çox olsa da, yetirmələrim sonadək mübarizə apardılar. “Atletiko”ya gələcək oyunlarda uğurlar arzulayıram.
- “Atletiko” ilə ilk oyunda da qırmızı vərəqə olmuşdu, bu dəfə də...
- İlk oyundan sonra demişdim - yalnış qərar idi. Ancaq məncə, bu dəfə hakim haqlı idi. Pedro ayağını çox yuxarı qaldırmışdı.
- Rəqiblər müəyyənləşdikdən sonra hamı “Qarabağ”a autsayder kimi baxırdı. Amma ən güclü rəqibdən 2 xal aldınız. Demək olarmı ki, artıq hədəfə çatdınız. Yoxsa qarşıda başqa hədəfiniz var?
- Çox güclü qrupa düşmüşük. Hər bir komandanın lider olma potensialı var. Belə oyunlara ehtiyacımız var. Futbolçular bərkiməlidirlər, belə oyunlardan zövq almalıdırlar. Hətta uduzsaq belə, nəticə hamıya inam verir. Qarşıdakı oyunlarda da buna çalışmalıyıq. Çünki nəticə önəmlidi. İmkanımız varsa, maksimum hazırlaşacağıq. Durmaq isətmirik. Əksinə, potensialımızı açmaq istəyirik.
- Siz qeyd elədiniz ki, belə turnirlərdə iştiraka ehtiyacınız var. Gələn ildən “Qarabağ” kimi komandaların Çempionlar Liqasına düşməsi çətinləşəcək. Bu haqda nə deyə bilərsiniz?
- İndi bu haqda dəqiq nəsə demək çətindi. Bəlkə doğru qərardı. Amma hər bir komanda bu turnirdə iştirakdan sonra hər il qatılmaq istəyir. Gələcəkdə işimiz ağır olacaq. Potensialımızı gücləndirməliyik. Nə qərar qəbul etsələr, buna əməl etməyə borcluyuq.
- İkinci hissədə Eneikenin qırmızı vərəqə görməsi və Geryenin zədələnməsi planları pozdumu?
- İtki olanda plan pozulur. Qırmızı vərəqə haqda düşünmürdük. Zədə hardasa ola bilər. Amma “qırmızı” planı pozur. Futbolda mütləq qırmızı, sarı vərəqələr, oyunçu itkisi olacaq. Amma futbolçular belə böyüyürlər. Bu turnirdə oynamaq onlara çox fayda verdi. Nəticə öz yerində. Geryenin zədəsi bu gün yox, amma sabah bizim üçün problem ola bilər.
- Bu gün “Qarabağ” oyun planında ÇL-də son 4 ildə 2 dəfə final oynamış “Atletiko”nu üstələdi. Buna görə hansı hissləri keçirirsiniz?
- Məğlub olmağın, nəticə qazanmağın öz məsuliyyəti var. Bu cür oyunlar məsuliyyətimizi artırır. Belə nəticələr bizi rahat olmağa qoymur. Sevinmək bir anlıq olur. Qarşıda ağır oyunlarımız var. Mütləq diqqətli və sadə olmalı, işimizə daha yaxşı yanaşmalıyıq. Bunlar təsadüf yox, daimi olmalıdı.
- Komandanız fasiləyə gözlənilmədən öndə yollandı. Yəqin bunu siz də gözləmirdiniz. Fasilədə komanda ilə nə danışdınız, kimə nə dediniz?
- Hər oyunun, hər hissənin öz analizləri, açıqlamaları var. Oyundan öncə hər şeyə hazır olmalıyıq. Rəqibi analiz edib, futbolçulara tapşırıqlar veririk. Fasilədə həmin tapşırıqların bir az da üzərinə gedirik. Bəzi futbolçularla əlavə söhbətlər olur. Ancaq bunu burda açıqlaya bilmərəm. Qoldan sonra komandada gərginlik oldu. Bunu üzərimizdən atmaq üçün fasilədə danışdıq. Özünüz də gördünüz ki, qapımızda qol gördükdən sonra da aktiv oynamağa çalışdıq.
- “Qarabağ” imkanına görə Çempionlar Liqasında ən axırıncı komandadı. Ancaq bu gün həm komandanız, həm də siz özünüzü sübut elədiniz. Bu turnirin yekununda başqa ölkələrdən hansısa təklif gözləyirsinizmi?
- Açığı, belə bir təklif haqda düşünmürəm. Elə bir komandadayam ki, burda işimi daha da yaxşılaşdırmağa çalışıram. Bu günə kimi bu barədə düşünməmişəm. Həmişə Azərbaycan futboluna kiçik də olsa fayda verməyə çalışmışam.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























