21 Yanvar 2026, Çərşənbə
"Qarabağ" "Ayntraxt"a qəbul edir
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə

Ölkə futbolu

“Qəbələ” Varşava hazırlığına yekun vurdu

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab oyununa Polşada hazırlaşan “Qəbələ” Varşavadan Belostoka yollanıb.

Futbolxeber.az saytının məlumatına görə, iyulun 16-dan Polşa paytaxtında hazırlıq keçən “qırmızı-qaralar” dünən günün ilk yarısında məşq edib.

Futbolçular toplu və topsuz təmrinləri yerinə yetiriblər. Hazırlıq prosesi “Drukarz” klubunun stadionunda baş tutub. Günün ikinci yarısında isə “Qəbələ” oyunun keçiriləcəyi Belostoka yollanıb.

“Qırmızı-qaralar” “İbis otel”də məskunlaşıb. Bu gün “Qəbələ” matçın baş tutacağı Belostok şəhər stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Xatırladaq ki, iyulun 20-də keçiriləcək “Yagelloniya” - “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31