4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

Svanadze: “Qolu rəqibə hədiyyə etdik”

Türkiyədə təlim-məşq toplanışında olan “İnter” bu gün “Zirə” ilə yoxlama matçı keçirib. Futbolxeber.az-ın məlumatına görə, 0:2 hesablı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Zaur Svanadze qarşılaşma barədə fikirlərini klub saytına açıqlayıb:
 
“Məşq yükləmələri nəticəsində yaranmış yorğunluq fonunda oynadıq. Bəzi futbolçular yorğun görünürdülər. Birinci dəqiqədə qolu rəqibə hədiyyə etdik. Sonra irəliyə can atdıq, qol vəziyyətləri yaratdıq, lakin hesabı bərabərləşdirə bilmədik. İkinci hissədə digər futbolçulara da şans verdik. Toplanış çərçivəsində daha bir oyun keçirəcəyik. Hazırlığımızı davam etdirəcəyik, çatışmayanlar üzərində işləyəcəyik”.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30