5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Səbail”dən daha iki transfer

Yeni mövsümdən transfer çalışmalarını davam etdirən “Səbail” daha 2 futbolçu ilə güclənib.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt klubu Vüqar Nadirov və Emin Cəfərquliyevi heyətinə qatıb.

Vüqarla 1 illik müqavilə imzalanıb. Son klubu "Qarabağ" olan təcrübəli futbolçu milli komandamızın heyətində 61 oyuna çıxıb. Vüqar Nadirov indiyədək "Karvan", "Masallı", "Xəzər Lənkəran", "Qəbələ", "İnter" kimi klubların heyətində də çıxış edib.

Emin Cəfərquliyevlə də 1 illik müqavilə imzalanıb. Son olaraq AZAL klubunda kapitanlıq sarğısını daşıyan 27 yaşlı müdafiəçi millimizin heyətində də çıxış edib.

Cəfərquliyev, həmçinin "Neftçi", "Bakı", "Karvan", MOİK, "Simurq", "Sumqayıt", "Araz-Naxçıvan" və "Şuşa"nın da formasını geyib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31