4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

Plan açıqlandı: Daha bir klubumuz Türkiyəyə gedir

Yeni mövsüm üçün “Kəpəz”in hazırlıq planı məlum olub. Futbolxeber.az-ın məlumatına görə, iyulun 3-4-ü tarixlərində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 5-dən məşqlər üçün bir araya gələcəklər. 
 
Gəncə təmsilçisi iyulun 14-nə kimi paytaxtda hazırlaşacaq. “Sarı-göylər” bu müddətdə bir yoxlama oyunu keçirməyi planlaşdırıb.
 
Təlim-məşq toplanışının növbəti mərhələsi üçün “sarı-göylər” Türkiyəyə yollanacaq. “Kəpəz” ayın 15-dən 25-nə kimi Ərzurumda məşq edəcək. Qardaş ölkədəki toplanış dövründə komanda üç yoxlama oyunu keçirəcək. Gəncəlilər iyulun 20-də, 22-də və 24-də sınaq matçlarına çıxacaq.
 
Türkiyədən qayıtdıqdan sonra “Kəpəz” çempionata hazırlığın son mərhələsi üçün məşqləri Bakıda davam etdirəcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31