2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

"Azərbaycan millisini ciddi qəbul etməliyik"

"Biz qrupda ikinciyik və bu pillədə də qalmaq istəyirik. Buna görə Azərbaycanla matç bizim üçün önəmlidir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandia millisinin futbolçusu Şay Makkartan DÇ-2018-in seçmə mərhələsində yığmamızla oyun öncəsi "Belfast Telegraph"a açıqlamasında deyib.

O, asan rəqiblə oynamayacaqlarını bildirib: "Bu komandanı ciddi qəbul etməliyik. Bakıda sərt istilər olacaq. Ona görə də hazırda Türkiyədə təlim-məşq toplanışı keçməyimiz yaxşı haldır. Çünki bu, bizə iqlimə tez uyğunlaşmaq imkanı verəcək".

Ş. Makkartan Azərbaycana qarşı oyunda ona şans veriləcəyi təqdirdə, məmnun olacağını söyləyib: "Meydana çıxıb komandama kömək etməyə hər zaman hazıram".

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya görüşü iyunun 10-u saat 20:00-da başlayacaq (qol.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28