Ölkə futbolu
"Qarabağ"ın baş meneceri ECA sertifikatına layiq görüldü
“Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa Klubları Birliyi və Stokholm Biznes Universitetinin birlikdə təşkil etidiyi klub idarəçiliyi haqda proqramı uğurla başa vuraraq sertifikatla təltif edilib. Futbolxeber.az-ın məlumatına görə, 40-dan çox klub nümayəndəsinin qatıldığı kursun mükafatlandırma mərasimi Polşanın Varşava şəhərində baş tutub.
Proqram haqda ətraflı məlumatı isə baş menecerdən dinləyək:
“Son 10 ildə UEFA məşqçiliyin inkişaf etməsi üçün B, A və Pro kateqoriyalı məşqçilik kursları keçirməyə başladısa, ali futbol qurumu da klub idarəçiliyi ilə bağlı da işlər görməyə də start verib. Avropa Klublar Birliyi (ECA) də bu xəttə uyğun olaraq, ilk dəfə klub idarəçilərinin menecmentinə uyğun olaraq belə bir proqram hazırladılar. 2016-cı ilin yanvarından bu proqram başladı və 18 ay davam etdi. Bu proqram 7 (6+1) moduldan, hər modul isə iki hissədən ibarət idi. Bu modullar futbol idarəçiliyi ilə bağlı sahələri əhatə edirdi. Məsələn, bir modulda klub daxili və xarici mühitin idarə olunması, başqa bir modulda oyun günü idarəçiliyi, digərində hüquqi futbol, transfer çalışmaları və s.
Bu proqramın üstünlükləri ondan ibarət idi ki, burada nəyisə kitabdan oxuyub onu cavab vermək deyə bir sistem yox idi. Klub rəsmilərinin idarəçilik qabiliyyəti yoxlanılırdı. Burada “TOP-5” və yüksək əmsallı klublarının uyğun bölümlərinin rəhbərləri seminar keçirdi və buna da uyğun olaraq imtahan verirdik. Hər modul məşhur bir stadionda keçirilirdi. Seminarlar “Visente Kalderon” (“Atletiko” ), “Allianz Arena” (“Bavariya”), “Park Olimpik Lyon” (“Lyon”), “Draqao” (“Portu”) və “Legiya” (Legiya) stadionlarında baş tutdu. 40 klubun nümayəndəsi bu proqramda iştirak etdi. Yekun olaraq isə, 31 sertifikat təqdim olundu. İtaliyanın “İnter” və “Milan”, Yunanıstanın “Olimpiakos”, İngiltərənin “Tottenhem” və digər böyük klubların menecerləri də bu proqramda iştirak edirdi. Türkiyədən “Beşiktaş” və “Fənərbaxça”nın idarəçiləri bu proqrama qoşulsa da, sonda yalnız “Fənərbaxça” rəsmisi sertifikatla təltif edildi.
Bildirdiyim kimi, proqram 6+1 moduldan ibarət idi, həmin +1 modul Avropa Klublar Birliyinin Stokholm Biznes Universiteti ilə birlikdə keçirdiyi layihəydi. Layihəyə uyğun olaraq Stokholm Universitetinde İki gün ərzində universitetin professorları tərəfindən idarəçilik haqda mühazirələr dinlədik. Daha sonra isə universitetin professorları tərəfindən imtahanlardan keçdik və nəticəsi olaraq da may ayının son günü “Legiya” stadionunda sertifikatlarla təltif edildik. Bu layihə uğurlu başa çatdığına görə, noyabr ayından klub idarəçiləri üçün “CMP-2” proqramı başlayacaq və o da 18 ay davam edəcək. Arzum futbolumuzun inkşafı üçün digər Klub idarəçilərimizin də burada iştirakı, təcrübəsinin artırılmasıdır.
Dünən diplomların təltifetmə mərasimi Polşada baş tutdu və İsveçin Polşadakı səfiri, “Legiya” klubunun sahibi və Avropa Klublar birliyinin sədri, eyni zamanda “Bavariya” klubunun İdarə Heyətinin sədri Karl Haynz Ruminegge də mərasimdə iştirak etdi. Onlar da bildirdi ki, klub idarəçiliyi baxımından gələcəkdə Avropa klublarının idarəçilərinin belə bir diplomların alması vacib hala çevriləcəkdir".



|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
04.11.2026
03.11.2026
02.11.2026
























