4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

“İnter”də seleksiya məşqləri başa çatdı

"İnter"in Uşaq-Gənclər Futbol Məktəbi 5-15 yaşlı uşaq və yeniyetmələr arasında seleksiya məşqləri keçirib. Futbolxeber.az-ın məlumatına görə,  UGFM-nin direktoru Rövşən Babayev klubun rəsmi saytına açıqlamasında iki günü əhatə edən seçimlərdə ümumilikdə 496 nəfərin qatıldığını bildirib. 
 
2007-ci ildən bu günədək İnter Uşaq-Gənclər Futbol Məktəbində belə kütləvi xarakterli seçimlərin olmadığını vurğulayan R. Babayev regionlardan da uşaq və yeniyetmələrin də qatılmasından sevinc duyduqların əlavə edib.
 
R.Babayev seleksiya məşqlərini uğurla həyata keçirən məşqçilərə - Azər Cabbarova, Xəyyam Bəkirova, Arif Əmirxanova, Elmir Mirzəyevə, Vaqif Hidayətova, Vəli Hüseynova, Eldar Ağaxanova, Xəyal Mustafayevə, o cümlədən Xaçmaz rayonundan gəlmiş məşqçilərə - Zöhrab Mahmudova və Rəcəb Mahmudova, habelə məktəbin rəhbər heyətinin üzvlərinə - Rüstəm Əliyevə və qapıçılar üzrə koordinator Rauf Mehdiyevə təşəkkürünü bildirib.
 
Xatırladaq ki, UGFM-in U-19 komandasına seleksiya xarakterli məşqlər may ayının 26 və 27-də keçiriləcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30