Ölkə futbolu
Novruz Məmmədov: “Sonuncu dəfə nə vaxt xal qazandığımız yaddan çıxmışdı”
“Kəpəz”in futbolçusu Novruz Məmmədov klub saytına açıqlamalar verib. Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir.
- Novruz, “Neftçi” çempionatın ikinci hissəsinə uğurlu, “Kəpəz” isə uğursuz başlamışdı. Əzəli rəqiblə görüşdə ardıcıl məğlubiyyətlər seriyasına son qoyacağınıza inanırdız?
- Biz onsuzda hər oyuna ciddi hazırlaşırıq, son matçlardakı uğursuzluqdan sonra diqqətimizi məşqlərə daha da çox yönəltmişik. Hansı rəqiblə oynamağımızdan asılı olmayaraq uğursuzluğa “dur” deməyin vaxtı idi. Düzdür, “Neftçi” qış fasiləsində yeni oyunçularla güclənmişdi. Amma yaxşı başa düşürdük ki, sona kimi əzmlə mübarizə aparsaq, onlardan xal ala bilərik. Final fitinə qədər meydanda dayanmadan vuruşduq və xal qazanmaq istəyimizə nail olduq. Çətin oyun oldu, qol vəziyyətlərinə uyğun olaraq həm biz, həm də rəqib qələbə qazana bilərdi. Bu bir xal komandanın dirçəlməsi yönündə rol oynayacaq. Təbii ki, qələbə qazana bilsəydik, daha yaxşı olardı.
- Aradan müəyyən vaxt keçib. İndi soyuq başla əvvəlki oyunları təhlil etmək olar. Səncə, xal qazana bilmədiymiz matçlarda nə çatmadı?
- Hər oyuna ciddi yanaşırıq, məqsədimiz yaxşı nəticə əldə edib, daha çox xal qazanmaqdır. Bunun üçün də çalışırıq. Amma futbolda bəzən uğursuzluqlar da olur. “Kəpəz” də “qara zolağa” düşmüşdü. Oyunumuz istənilən kimi alınmırdı, səhvlər edirdik, qol vura bilmirdik, bir tərəfdən də bəxtsizlik olurdu. Bütün bunlar qeydə alınan nəticələrə öz təsirini göstərdi. Hamımız uğurlu nəticə qazanmağa çalışırdıq. Sonuncu dəfə nə vaxt xal qazandığımız yaddan çıxmışdı.
- Yeri gəlmişkən, “Kəpəz” bundan əvvəl elə sonuncu xalını da “Neftçi” ilə görüşdə əldə etmişdi. Gəncədə 2:0 hesabı ilə qalib gəldiyimiz matçı nəzərdə tuturam.
- Bəli, bu müddətdə çempionatda vacib xallar itirdik, məğlubiyyətimiz çox oldu. Komandamıza layiq olmayan yenilgilərlə üzləşdik. Evdə olduğu kimi “Neftçi”yə səfərdə də qalib gələ bilərdik, sadəcə, real qol vəziyyətlərindən lazımınca istifadə edə bilmədik. Qələbə qazansaydıq, bizim üçün daha yaxşı olardı. Çünki ardıcıl məğlubiyyətlərdən sonra qalib gəlmək komandanın özünə gəlməsi, uğurlu nəticəyə inam hissinin artması baxımından həlledici amildir.
- Son iki oyunda çərçivədə Davud Kərimi yer aldı. Onun qapıda durmasının komandaya müsbət təsiri var?
- Bizim hər 3 qapıçımız yaxşıdır. Davud uzun illər Premyer Liqada çıxış etməsə də, təcrübəli qolkiperdir. Ona verilən şansdan da istifadə etməyi bacardı. Kərimi meydana çıxdığı oyunlarda özünü ən yaxşı tərəfdən göstərə bildi. Mən deməzdim ki, Tadasın qapıda durması komandaya pis təsir edir, Davudun durması isə əksinə. Onların hər ikisi işinin ustasıdır. Simaitis ötən mövsüm “Kəpəz”in Avroliqaya vəsiqə qazanmasında xüsusi rol oynayıb. Bunu yaddan çıxarmaq olmaz. Futbolda həm komandanın, həm də fərd olaraq futbolçunun eniş və yüksəliş dövrü var. Komanda ardıcıl uduzur, oyunçu səhvlər edir, yaxşı və pis oynayır. Yəni bu başa düşüləndir.
- Elə sənin özün də son vaxtlar əsas heyətdə meydana çıxmağa başlamısan. Halbuki ilk iki dövrədə daha çox ehtiyat oyunçular skamyasında əyləşirdin.
- Düzdür, çempionatın ikinci hissəsindən başlayaraq daha çox oynamaq imkanı əldə edirəm. Komandada kimə oynamaq imkanı yaradılırsa, bundan maksimum şəkildə yararlanmağa çalışır, eləcə də mən. Daimi oynamağımla yanaşı, “Kəpəz”in də uğurlu çıxış etməsi daha sevindirici olardı. Mənə bəslənən ümidləri doğrultmağa çalışıram. Amma ən əsası tək kiminsə yox, bütövlükdə komandanın uğurlu çıxışıdır. Hamımız kollektiv olaraq buna səy göstəririk.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
04.11.2026
03.11.2026
02.11.2026
























