23 Oktyabr 2025, Cümə axşamı
"Qarabağ" "Atletik" səfərində
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı
“Neftçi” 9700 manat cərimələndi

Ölkə futbolu

Böyükağa Hacıyev: "Skenderbeu" ilə ilk oyunumuzadək tam hazır olacağıq"

“Neftçi” baş məşqçisi Böyükağa Hacıyev Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində "Volqa"ya qarşı keçirilən oyunu (0:1) şərh edib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis klubun rəsmi saytına verdiyi açıqlamada yoxlama oyununda nəticənin önəm kəsb etmədiyini bildirib: "Təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunumuz idi. Hər iki hissədə fərqli oyunçulara şans verdik. Fasilədən sonra 9 futbolçunu əvəzlədik ki, bu da nəticəyə təsirini göstərdi. Bununla belə, yoxlama oyunlarında nəticə önəm kəsb etmir. Məqsəd futbolçuların hamısına şans verib, onların hazırlıq səviyyəsini yoxlamaq idi. Bahadır Nəsimovun əsas heyətdə yerini qaytarmaq istəməsi məni sevindirir. Əminəm ki, yeni gələn hücumçular da Nikolas Kanalesin yoxluğunu unutduracaq. İnanıram ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki ilk oyunumuzadək tam hazır olacağıq".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31