Ölkə futbolu
AFFA-nın gizlətdiyi siyahı məlum oldu: Danışılmış oyunları kimlər araşdırır?
AFFA Azərbaycanda danışılmış oyun şübhələriylə bağlı araşdırma aparır.
Futbolxeber.az saytının futbolpress.az-a istinadən verdiyi məlumata görə, araşdırmanın başlamasına səbəb UEFA-nın ardıcıl tələbləridir. Ancaq prosesdə ciddi boşluqların olduğunu gedişatı izləyənlər bilir. Səbəblər çoxdur, arasında ən əsası isə prosesin aparılması formasının müəyyən edilməməsidi.
Qurumun hüquqşünası Rəmiş Malıyev “FutbolPress”ə açıqlamasında demişdi ki, dünyada bu işi hüquq-mühafizə orqanları həyata keçirir, ancaq Azərbaycanda bununla bağlı konkret qanunvericilik yoxdur. Buna görə AFFA-nın öz bayrağı altında keçirilən yarışlarla bağlı araşdırma aparmaq hüququ var, cəza tədbirlərini də İntizam Komitəsi həyata keçirir.
Qanunvericiliyin olmaması başda olmaqla, araşdırmanın assosiasiya tərəfindən hərəkətlənməsi də ciddi qüsurlar doğurur.
UEFA-nın tələbiylə başlayan prosesdə araşdırmanı AFFA-nın danışılmış oyunlarla bağlı xüsusi komissiyası aparır. Ancaq Avropa praktikasında belə hal yoxdur.
Açıq və çoxşaxəli hüquqi prosesini ictimai birlik apara bilməz. Bununçün müəyyənləşdirilmiş hüquq-mühafizə orqanına, təhlükəsizlik orqanına müraciət edilməlidir.
Daxili proses təyinatıyla araşdırma aparılırsa, onda yenə yanlışlıq var - şübhəlilərin adının əvvəlcədən açıqlanması və s.
Assosiasiya prosesi “daxili məsələ” adıyla əvvəlcə özü “araşdırır”, “şübhəlilər” arasından “ilişdirə bildiklərini” hüquq-mühafizə orqanlarına işarə verəcək…
Buyaxınlarda danışılmış oyun qalmaqalı barədə ilk siyahı dərc edildi. 22 noyabrda açıqlanan siyahıdan 15 ad çıxarıldı və 2 yenisi əlavə edildi. Sonra məsələylə əlaqədar çoxlu çatışmazlıqların yarandığı ortaya çıxdı.
Prosesin anormallığı isə ondadı ki, təqsir sübut olunmadan futbolçuların adları ictimaiyyətə açıqlandı. Belədə onların şəxsi və peşə nüfuzu zədələnmiş olurmu?
UEFA, azı iki Premyer Liqa iştirakçısının da araşdırılmasını istəyir. O haqda niyə heç bir proses getmir? Gedirsə, bu niyə gizli, I Divizion prosesi isə sübutsuz-filansız, siyahı açıqlanaraq gedir?
Şübhəlilərin adları sübutsuz açıqlanırsa, onda araşdırma komissiyasının üzvləri - tərkib niyə gizli saxlanır? Bunun hansı hüquqi əsası var?
İctimai Birliyin hansısa araşdırmanı tərəflərdən birinin açıq, digərinin gizli saxlanması şərtiylə aparılması “qaydasını” AFFA nə cür izah edər?
Bununla bağlı sorğumuza qurumun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu cavab vermişdi. Ancaq əməkdaşımızın suallarına bilərəkdən-bilməyərəkdən qeyri-ciddi cavablar verdiyi açıqlamasından aydın görünür: "…araşdırmanın detalları məxfi saxlanılır. Bütün məlumatlar yalnız proses başa çatdıqdan sonra veriləcək”.
Proses gizli saxlanırsa, siyahı niyə əvvəlcədən açıqlanır? Və bütün məlumatlar yalnız proses başa çatandan sonra veriləcək deməklə hüquq anlayışının yanlış olduğunu ortaya qoymuş olur.
Mövzu ətrafında ən aktual suallardan biri belədir: niyə yalnız I Divizion klubları hədəfdədi və niyə klub rəhbərlikləri yox, məhz ayrı-ayrı futbolçuların adları açıqlanır (oxu: təqsiri sübut edilməmiş - red.)
Qurum rəsmisinin bu detala açıqlamasında da anlaşmaz məqamlar var: "Bu barədə məlumatlar UEFA-dan gəlir. Komissiyaya konkret oyunlarda dəqiqəsinə, saniyəsinə qədər məlumatlar verilir. Bundan sonra araşdırmalar aparılır”.
UEFA-dan bu qədər detallı şübhələrin göndərilməsi müəmmalı görünür. Əgər olubsa belə, niyə bir qism I Divizion futbolçusunun adı açıqlanır? Niyə AFFA-nın şübhəli oyunlar haqda xüsusi komissiyası şübhəliləri dindirib, İntizam Komitəsinə təqdim edilməli adları müəyyənləşdirməmiş siyahılar açıqlanır?
Klub rəhbərlikləri, TPL iştirakçıları haqda şübhələrin açıqlanması AFFA üçün çətindirmi?
Və Mikayıl bəyin əsas anlaşmaz açıqlaması Xüsusi Komissiyanın tərkibinin gizli saxlandığını deməsidi. Bu, necə ola bilər? Niyə şübhəlilərin adı açıq olanda prosesi araşdıran komissiya gizli qalır?
“Komissiya gizli saxlanmalıdır” açıqlamasına cavab olaraq eksklüziv araşdırmamızı açıqlayırıq. İctimaiyyətə məlum olsun ki, anormallıqlarla zəngin prosesi aşağıdakı adlardan ibarət komissiya araşdırır:
Vaqif Sadıqov (Məşqçilər Komitəsinin sədri)
Ağasəlim Mircavadov (Məşqçilər Komitəsinin üzvü)
Böyükağa Hacıyev (Məşqçilər Komitəsinin üzvü)
Şakir Qəribov (Məşqçilər Komitəsinin üzvü)
Xaqani Məmmədov (Hakimlər Komitəsinin sədri)
Məlik Həsənov (Peşəkar Futbol Liqasının Texniki-İdman şöbəsinin rəisi )
Rəmiş Malıyev (AFFA-nın hüquqşünası)
Məlumata görə, şübhəli qismində dindirilməyə dəvət edilənlərlə komissiya üzvlərinin söhbətlərində ortaya heç nə çıxmır. Əksinə, komissiya nə şübhəlilərin, “Sübut yoxdusa, niyə adımız açıqlanıb ictimaiyyətə?” tipli suallarına cavab verə bilir, nə də “təqsirli” bilinənlərə tutarlı dəlil təqdim olunur.
Kortəbii davam edən prosesin nəticələrinin açıqlanması maraqla gözlənir.
Araşdırma nəticəsində UEFA prosesin hüquqi qiymətinin doğru verilmədiyini öyrənsə, AFFA-ya sanksiya tətbiq oluna bilər.
Mövzunu diqqətdə saxlayırıq, izləyin…
Elçin Cəlilov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
10:29
Mahir Məmmədov FIDE prezidenti ilə görüşüb
-
10:13
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
09:52
Edqar U-21 yığmasına qoşuldu
-
09:30
Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
05.10.2026
04.10.2026
03.10.2026
02.10.2026
























