Ölkə futbolu
Azərbaycanda 21 il əvvəl beşikdəcə boğulan Messisayağı penalti
“Barselona” və “Selta” arasındakı İspaniya çempionatının XXIV tur matçında yerinə yetirilən qeyri-adi penalti olayından sonra bənzər halın Azərbaycanda da baş verdiyi üzə çıxıb. Futbolxeber.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bu, 1995-ci il aprelin 18-də "Neftçi" - "Pambıqçı" (Bərdə) matçında yaşanıb.
Oyunun ikinci hissəsində meydan sahibləri penalti vurmaq hüququ qazanıblar. Bu zaman Yunis Hüseynov topu qapıya vurmaq əvəzinə, Azərbaycan tarixinin ilk legioneri sayılan Otar Korqalidzeyə ötürüb. Gürcüstanlı hücumçu isə topu tora qovuşdurub.
Bu barədə ilk dəfə keçmiş jurnalist və "Neftçi"nin sabiq mətbuat katibi, hazırda "Qəbələ"də menecer vəzifəsində çalışan Səbuhi Səfiyarlı öz "Facebook" profilində yazıb. Statusa şərh yazan eks-futbolçu Füzuli Məmmədov həmin oyunun iştirakçısı olduğunu və qeyri-adi penalti ilə 4-cü qolun vurulduğunu bildirib.
"Report"un araşdırması nəticəsində məlum olub ki, dünyanın müzakirə etdiyi penalti Azərbaycanda hələ 21 il öncə vurulsa da, böyük əks-səda doğurmayıb. Bunu həmin oyunun iştirakçılarının fikirləri də təsdiqləyir.
İlk növbədə ondan başlayaq ki, oyunun protokolu belə qalmayıb. Bu səbəbdən "Neftçi-70, Unudulmayan keçmiş" kitabındakı oyunla bağlı qeydlərdə sadəcə heyətlər və qolların müəllifləri göstərilib. Həmin kitabın müəlliflərindən olan S.Səfiyarlının sözlərinə görə, bunlar müxtəlif mənbələrdən toplanıb: "Hansının haradan toplandığı dəqiq yadımda deyil. Heç AFFA-nın arxivində də protokollar qalmayıb. Ona görə də çoxu qəzetlərdən yığılıb".
Kitabda yazılanlara əsasən, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş qarşılaşmanı gəncəli referi Məhəmməd Məmmədov idarə edib. 600 tamaşaçının izlədiyi oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Amma qolların vurulduğu dəqiqələr göstərilməyib. Belə aydın olur ki, "Neftçi" fasiləyə 3:0 hesabı ilə öndə yollanıb. İlk 2 qolu Arif Əsədovla Yunis Hüseynov vurub. Qalan 4 qol Nazim Əliyevlə Otar Korqalidze arasında bərabər bölüşdürülüb. O.Korqalidzenin qollarından birinin penaltidən vurulduğu göstərilib. Halbuki qaydalara əsasən, bu, protokolda yerinə yetirilən yox, vurulmayan penalti kimi göstərilməlidir. Amma kitabda "Neftçi" - "Pambıqçı" matçına dair göstəricilərdə belə bir qeyd yoxdur. Bu isə o deməkdir ki, protokolun doldurulma qaydasında nəinki kobud səhvə yol verilib, hətta baş hakim qaydalardan xəbərsiz olub.
M.Məmmədov bildirib ki, oyunda baş verənləri dəqiq xatırlamır. Amma o, penaltidən ötürmə ilə vurulan qolun protokolda penalti kimi göstərilməli olduğunu iddia edib. Ona "Selta" ilə qarşılaşmada penalti vurmaq əvəzinə, ötürmə edən Messinin protokolda penalti qaçırdığının göstərildiyi xatırlanıb. Bu zaman keçmiş referi özünün protokolu necə doldurmasından xəbərsiz olduğunu söyləyib.
Qol müəlliflərindən yalnız O.Korqalidze ilə danışmaq mümkün olmayıb. Əvəzində Y.Hüseynov deyib ki, həmin illərdə "Neftçi" əksər rəqiblərindən güclü olduğu üçün oyunlar zamanı müxtəlif fantaziyalara əl atıblar: "Pis çıxmasın, komanda irəlidə olanda istəsəydin, dombalaq da aşa bilərdin. O penaltini yerinə yetirəndə də böyük hesabla öndə idik. Amma dəqiq hesabı xatırlamıram. Mən topa yaxınlaşıb azacıq irəli atdım və Korqalidze cərimə meydançasının çolündən şığıyıb topu tora göndərdi. O vaxtlar belə penaltilər yerinə yetirmək mümkün idi. Amma Messi ilə Luis Suaresin ifa etdiyinin ləzzəti başqadır. Buna bütün dünya baxdığı üçün tez də məşhurlaşdı. Bizim dövrümüzdə vurulan o penalti isə heç özümüzün düz-əməlli yadımızda qalmayıb".
İlk qolun müəllifi A.Əsədov qeyri-adi penaltidən sonra vurulan qolla bağlı maraqlı məqamın üstünü açıb: "Həmin vaxt "Neftçi" çox güclü idi. Oyundan əvvəl razılaşmışdıq ki, penalti qazansaq, bu cür yerinə yetirək. Bir növ şou kimi etmək istəyirdik. İlk yarıdan sonra 3:0 hesabı ilə öndə idik. Dəqiqəsini xatırlamıram, ikinci hissədə "Pambıqçı"nın qapısına penalti təyin olunarkən "ağ nöqtə"yə Yunis Hüseynov yaxınlaşdı. O, topu qapıya vurmaq əvəzinə irəli atdı. Korqalidze də cərimə meydançası xaricindən qaçaraq qol vurdu. Sonradan Nazim Əliyevlə Korqalidze hərəyə bir dəfə də fərqləndilər və oyun 6:0 hesabı ilə yekunlaşdı".
"Dubl" müəllifi N.Əliyev isə deyib ki, belə qollara bir deyil, bir neçə dəfə rast gəlinib. Ona görə də ötənlərin məşhur hücumçusu "Neftçi" - "Pambıqçı" matçında baş verənləri çox az xatırladığını dilə gətirib: "Hərdən belə hallar olurdu. Maraqlı alınsın deyə, müxtəlif vəziyyətlərdən qeyri-adi qollar vururduq".
Həmin oyunda "Neftçi"nin baş məşqçisi Vaqif Sadıqov olub. V.Sadıqov bildirib ki, o illərdə müxtəlif standart vəziyyətlər üzərində işləyiblər. Onun sözlərinə görə, künc zərbələrinin Azərbaycansayağı ifa olunma üsulu da həmin vaxtlardan məşhurlaşıb: "Penaltinin qeyri-adi yerinə yetirilməsi belə çalışmalardan idi. Amma konkret o oyunda baş verənləri təfsilatı ilə xatırlamıram".
Tarixi oyunun protokolundan əlavə, görüntülərini də əldə etmək mümkün olmayıb. "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov müstəqillik illərindən başlayaraq klubun keçirdiyi oyunların görüntülərini toplamaqda çətinlik çəkdiyini söyləyib. O, 1990-cı illərin kadrlarını əldə etmək üçün Milli Arxiv İdarəsi və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə məktub ünvanladıqlarını bildirib.
Qeyd edək ki, Lionel Messi və Luis Suares hazırda 29 yaşındadırlar. 21 il öncə Azərbaycan çempionatında penalti qeyri-adi formada yerinə yetirilərkən onlar futbolun sirlərini yenicə öyrənirdilər. Amma bu gün Messi - Suares tandemi ilə yanaşı, digər ölkələrdə vurulan bənzər qolların görüntüləri yayımlanır. Daha böyük tarixə malik Yunis Hüseynov - Otar Korqalidze tandeminin qolundan isə nə protokolda dəqiqə, nə foto, nə də videogörüntülər tapılır. Müstəqilliyin ilk illərində Azərbaycanda vurulan penalti elə beşikdəcə boğulub...
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- “Neftçi”nin rəqibləri müəyyənləşdi
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- Əlçatmaz baş katib
-
20:31
Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
-
19:28
"Murov Az Terminal"dan yeni müqavilə
-
18:54
Fərid Mansurov azarkeşlərlə görüşüb
-
18:17
Duşan Tadiçin yeni klubu müəyyənləşdi
-
17:42
"Qarabağ" azarkeşlərinə şad xəbər
-
17:00
"Real" itki ilə üzləşib
-
16:36
Elxan Səmədov Serbiya Superliqasının baş katibi ilə görüşdü
-
15:53
Emil Balayev “Dinamo”ya qarşı oynayacaq?
-
15:21
3 yunan-Roma güləşçimiz dünya çempionatının yarımfinalına yüksəlib
-
15:09
"Qarabağ"ın oyununda qorxulu bir şey görmədim"
-
14:45
Azərbaycanın paragüllə atıcısı Dünya Kubokunun finalına yüksəlib
-
14:18
Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
-
13:54
Prezidentdən Azərbaycandakı dünya çempionatı ilə bağlı Sərəncam
-
13:37
Cüdo üzrə yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək
-
13:20
Tanınmış hakim karyerasını başa vurdu
-
12:56
Ədalətin qələbəsi
-
12:12
"Zaqatala" baş məşqçisi ilə yolları ayırdı
-
11:43
“Neftçi”nin yetirməsi MOİK-də
-
11:01
UEFA-dan Kamal Umudluya növbəti təyinat
-
10:39
Azərbaycanlı idmançı beynəlxalq triatlon yarışında qızıl medal qazanıb
-
10:25
Azərbaycan avarçəkənləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:14
Azərbaycan millisi Afinaya yollandı
-
09:58
Ceyhun Nuriyev: “Zirə”dən ayrılandan “Araz-Naxçıvan”ı düşünürdüm”
-
09:47
Azərbaycan millisi Qazaxıstana qalib gəlib
-
09:30
"Turan Tovuz" Türkiyə klubuna qarşı
-
22:43
Azər Məmmədov: “Bəzi mövqeləri yeni transferlərlə gücləndirəcəyik”
-
22:00
Toral Bayramov “Şaxtyor”a qarşı oynadı
-
20:36
"Sumqayıt" "Kəpəz"lə bərabərə qaldı
-
20:21
"Şamaxı" Qətər klubuna qalib gəldi
-
19:17
Avropa Cüdo Ümidləri Turnirində medalçılar müəyyənləşib
-
18:49
Emrelinin komandası çempionata məğlubiyyətlə başladı
-
18:05
Azərbaycan kanoeçisi Macarıstanda Avropa ikincisi olub
-
14:52
Basketbol millimiz İslandiyaya uduzub
-
14:34
AMADA və Qış İdman Növləri Federasiyası milli komanda üzvləri üçün antidopinq seminarları keçirib
-
14:00
Zaur Həşimov: “Bəzi futbolçular bizimlə cəmi 4-5 məşqə çıxıb”
-
11:48
Erməni güləşçilər dünya çempionatı üçün Bakıya gəliblər
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
Nəriman ehtiyatda qaldı, komandası qalib gəldi
-
10:31
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
-
10:17
“Sumqayıt” “Kəpəz”ə qarşı
-
10:09
Kaxaber Sxadadze: “Yeni oyunçuların yolunu gözləyirik”
-
09:45
"Neftçi" "Dinamo" ilə cavab oyununa hazırlaşır FOTOLENT
-
21:45
"Kəpəz" zambiyalı legionerlə gücləndi
-
21:23
“Şahdağ Qusar” “Sabah”ı darmadağın etdi
-
21:01
Kamilo Duran "Milan"a qol vurdu
-
20:37
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
-
20:18
“Şahdağ-Qusar” kamerunlu yarımmüdafiəçi ilə gücləndi
-
19:59
Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib
-
19:00
U-18 basketbol millimizdən ilk qələbə
-
18:26
"Mançester Siti" onunla müqaviləni yenilədi
27.07.2026
26.07.2026
25.07.2026























