Ölkə futbolu
“Qəbələ” üçün əlamətdar gün
Bu gün “Qəbələ” İdman Klubunun 10 yaşı tamam olur. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2005-ci il sentyabrın 1-də peşəkar klub kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçən komandanın əsası daha əvvəl qoyulub. 1995-ci il iyulun 3-də “Göy Göl” adı ilə yaradılan komanda 10 ildən sonra peşəkar kluba çevrilib. 2005-ci il sentyabrın 5-də AFFA-da da qeydiyyatdan keçən klub 2005-2006 mövsümündə Azərbaycan çempionatının I dəstəsində debüt edib. 2006-cı ilin əvvəlində klubun adı dəyişdirilərək “Gilan” qoyulub. İlk mövsümdə Xanları təmsil edən klub I dəstənin çempionu adına yiyələnərək, Premyer Liqaya yüksəlib. 2006-cı ilin yayında Xanlardan Qəbələyə köçən komanda 2007-ci il avqustun 31-də “Gilan” PFK adını “Qəbələ” PFK adına dəyişdirib. Premyer Liqada 10-cu mövsümünü keçirən klub artıq çempionatın liderlərindən birinə çevrilib. Son iki mövsümdə bürünc medalların qazanılması, 2013-2014 mövsümündə kubokun finalı da buna sübutdur. Ötən yay avrokuboklarda debüt edən komanda bu il 10 illik yubileyinə möhtəşəm töhfə verərək, ikinci cəhddən UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi düşən “Qəbələ” “Dinamo” (Tiflis, Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr), “Panatinaikos” (Yunanıstan) kimi klubları mübarizədən kənarlaşdırıb. Bu tarixi uğur klubun qrupda “Borussiya” (Dormund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar”la (Rusiya) qarşılaşmasına imkan yaradıb. Artıq “Qəbələ” milli komandalar üçün də baza klublarından birinə çevrilib. Son illərdə aşağı yaş qruplarından olan yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klub ölkənin əsas millisində də təmsil olunur.
“Qəbələ” İdman Klubu təkcə əsas komandanın uğurları ilə deyil, akademiyası və digər idman növləri ilə də sözünü deməyi bacarıb. Aşağı yaş qruplarından ibarət yığmalara oyunçu verməklə kifayətlənməyən akademiyanın yetirmələri son illərdə 14 dəfə Azərbaycan çempionu olub. Akademiyanın fəaliyyət göstərdiyi 8 ildə 3 dəfə 15 yaşadək futbolçular arasında “Qəbələ” kuboku turniri keçirilib ki, burada Avropanın bir sıra tanınmış klubları çıxış edib.
2013-cü ilin əvvəlindən İdman Klubu kimi fəaliyyətə başlayan “Qəbələ”də döyüş növləri - boks, taekvondo, cüdo, sambo, karate, əlbəyaxa döyüş, həmçinin atıcılıq üzrə bölmələr də mövcuddur. Qısa müddətdə döyüş növləri üzrə idmançılar Azərbaycan və beynəlxalq miqyaslı turnirlərdə dəfələrlə fəxri kürsüyə yüksəlməyi bacarıb. Azərbaycanı və “Qəbələ” İdman Klubunu Bakı-2015 Birinci Avropa Oyunlarında təmsil edən idmançılarımız yaddaqalan uğura imza ataraq turniri 2-i qızıl olmaqla 5 medalla tamamlayıblar. Qəbələ Atıcılıq Klubunun mərkəzi dünyanın ən yaxşı atıcılıq komplekslərindən biri olmaqla yanaşı, bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Ötən il Dünya Kubokunun final mərhələsini, ötən ay isə 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan mərhələ yarışı Qəbələdə baş tutub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
09:00
“Neftçi” “Turan Tovuz”u qəbul edir
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
24.10.2026
23.10.2026
22.10.2026
























