Ölkə futbolu
Rəsmi Bakı Mxitaryan olayına münasibət bildirdi
“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, idman ilə siyasət eyniləşdirilməməli və idman siyasi məqsədlər üçün istifadə edilməməlidir”. Futbolxeber.az-ın “Trend” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbol üzrə Avropa Liqasının qrup mərhələsində iştirak ilə əlaqədar Azərbaycana səfərinə dair KIV-in sorğusunu cavablandıran XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Son 10 ildə Azərbaycanda 300-dən artıq beynəlxalq xarakterli müxtəlif idman yarışları keçirilib. Bunların sırasında London Olimpiadasına lisenziya xarakterli gənclər arasında boks üzrə 3-cü dünya çempionatı, sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı, Boks üzrə XVI Dünya Çempionatı, Cüdo üzrə "World Masters" beynəlxalq turniri, eləcə də Grand-Prix və Grand-Slam yarışlarını, habelə bədii gimnastika üzrə Avropa Çempionatlarını, Atıcılıq üzrə Qəbələ Beynəlxalq turniri və başqalarını göstərmək olar. Yalnız son beş ildə Azərbaycanın ev sahibliyi etdiyi bu kimi mötəbər idman yarışlarında və ölkəmizdə uğurla keçirilmiş birinci Avropa Oyunlarında Ermənistandan və əslən erməni olaraq digər ölkələri təmsil edən 100-dən artıq idmançı iştirak edib.
Qarşıdan gələn illərdə də ölkəmizdə bir sıra mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulub.
Çox sevindirici haldır ki, Avropa Liqasının qrup mərhələsinə ölkəmizin futbol klubları da vəsiqə qazanıblar. Bu kimi yarışlarda iştirak edərək hər bir dövlət UEFA-nın müəyyən etdiyi ümumi qaydalardan çıxış edir və bu qaydalar əsasında oyunlara ev sahibliyi edir. Futbol idman növünün xarakterik xüsusiyyətlərindən biri onun komanda formasında olmasıdır.
Burada ayrı-ayrı fərdlər deyil, ümumi komanda yanaşması əsas götürülür. Oyunlardan asılı olaraq, Dordmund “Borussiya” klubunun da Azərbaycana səfəri də ayri-ayrı fərdlərin deyil, komandanın səfəri xarakteri daşıya bilər.
İdman ilə siyasət arasında müəyyən ümumi cəhətlərin olmasına baxmayaraq, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, idman ilə siyasət eyniləşdirilməməli və idman siyasi məqsədlər üçün istifadə edilməməlidir.
Arzuolunmaz şəxslər siyahısına gəldikdə isə burada bir hal fərdi qaydada nəzərdən keçirilir”.
Qeyd edək ki, "Borussiya"nın heyətində Ermənistan futbolçusu Henrik Mxitaryan da iştirak edir
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
09:00
“Neftçi” “Turan Tovuz”u qəbul edir
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
24.10.2026
23.10.2026
22.10.2026
























