26 Yanvar 2026, Bazar ertəsi
Millimiz Danimarkaya qalib gəldi
"Qarabağ" "Kəpəz"ə məğlub oldu
Millimizin üzvü Bundesliqa klubunda
Sadıqov: “Vəziyyət pisə doğru gedir”

Ölkə futbolu

“Qarabağ” Avstriyaya gedir

"Qarabağ" hazırda istirahətdədir. Futbolxeber.az-ın məlumatına görə, 2014-2015 mövsümünü “qızıl dubl”la başa vuran Ağdam klubunda legionerlər vətənlərinə yollansa da, milli futbolçular yığma ilə birlikdə hələ də təlim-məşq toplanışdadılar. Yeni mövsüm üçün “Qarabağ” iyunun 18-də yığışacaq. Çempionlar Liqasının II təsnifat mərhələsindən yarışa başlayacaq komanda təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. “Qarabağ” ötən il olduğu kimi bu il də Almaniya-Avstriya sərhədində yerləşən Kössendə hazırlıq keçəcək. Püşkün nəticəsindən asılı olaraq komandanın ölkəyə dönüş tarixi müəyyənləşəcək. ÇL-in qeyd olunan mərhələsinin oyunları 14,15 və 21,22 iyul tarixlərində keçiriləcək. Püşkə görə “Qarabağ” ilk oyunu evd" keçirməli olsa, iyulun 8-də Bakıya qayıdacaq.

 


qarabagh.com






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31