Ölkə futbolu
Vaqif Sadıqov: “Serbiyaya məğlubiyyət bir siqnal idi”
AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov affa.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Milli komandamız iyunun 1-dən 8-dək Avstriyada təlim-məşq toplanışında oldu. Hazırlıq prosesini yaxından izlədiniz. Toplanışı necə qiymətləndirərdiniz?
- Milli komandaya müxtəlif vaxtlarda rəhbərlik etmiş bir məşqçi kimi deyə bilərəm ki, komandanın yaxşı hazırlaşması üçün yüksək səviyyədə şərait yaradılıb. Robert Prosineçki kollektivdə yüksək ab-hava yarada bilib. Peşəkarlığa söz ola bilməz. Milli komanda Norveç yığması ilə oyuna ciddi hazırlaşır. Serbiya millisi ilə yoldaşlıq oyununa gəldikdə, nəticə bizi qane etməsə də, komandanın fasiləyə qədər nümayiş etdirdiyi oyun ümidverici idi. Bu komandamızda potensialın olduğunu, istənilən güclü rəqibə qarşı mübarizə aparmağa hazır olduğumuzu göstərir. Görülən işlərin müsbət nəticəsini Norveçdə görəcəyimizə inanırıq. Millimiz məğlubiyyətdən, oyun zamanı yol verilən səhvlərdən nəticə çıxarıb, məşqçi heyəti ilə birgə təhlil aparıb lazımi tədbirlər görəcək və Osloda Norveç millisinə qarşı keçiriləcək oyuna tam hazır olacaq. İnanıram ki, Robert Prosineçki doğma meydandakı uğurlu debütün davamını bu dəfə səfərdə gətirəcək.
- Komanda üzvlərinin psixoloji vəziyyəti necədir?
- Yoxlama oyunundakı məğlubiyyətdən sonra məşqçilərin vaxtında müdaxiləsi sayəsində futbolçuların psixoloji durumu yaxşıdır. Bu məğlubiyyət özü bir siqnal idi, baş məşqçi, eləcə də futbolçular lazım olan məlumatları əldə ediblər. Bundan istifadə edib buraxılan səhvləri Norveçlə oyunda təkrarlamamalıyıq. Bilirik ki, Norveç qrupda üçüncü yer uğrunda mübarizə aparır və onlar xal itkisinə yol verməməyə çalışacaqlar. Biz də yeni bir komanda, kollektiv formalaşdırırıq. Komanda şəklində güclü olduğumuzu bu qarşılaşmada sübut etməliyik.
- Hazırlığın ilk günündən etibarən millinin düşərgəsindəsiniz. Serbiya yığması ilə yoldaşlıq oyununu qısaca necə təhlil edərdiniz?
- Söhbətimizin əvvəlində də yoxlama oyununa toxundum. Həmin qarşılaşmanı iki hissəyə bölmək olar. Serbiya yığması oyunun sonuna qədər əsas heyəti qorumağa çalışdı. Robert Prosineçki isə sərəncamında olan bütün futbolçulara özlərini göstərmək imkanı yaratdı. Buna görə də ikinci hissənin əvvəlində çoxsaylı dəyişikliklər etdi. Deməli, o, birinci hissədə komandası haqda lazımi məlumatları əldə edə bildi. Sonra isə ən yaxın ehtiyat qüvvəni sınadı və onların nəyə qadir olduğunu özü üçün müəyyənləşdirdi. Bu o deməkdir ki, baş məşqçi lazım olan nəticəni əldə edib. Bundan sonrakı mərhələ sırf Norveç millisi ilə oyuna hazırlıq olacaq, baş məşqçinin tapşırıqları da buna hesablanacaq. Unutmayaq ki, Serbiya yığması ilə oyunumuzu rəqibimiz olan Norveç millisinin məşqçisi də izləyirdi. Onlar da özləri üçün müəyyən nəticələr çıxaracaq. Buna görə Prosineçkinin heyətdə dəyişikliklər edəcəyi istisna deyil. Ola bilər ki, baş məşqçi tərəfindən gözlənilməz addımlar atılsın.s
- Serbiya yığması ilə oyunda iki fərqli hissə izlədiyimizi vurğuladınız. Bu, rəsmi oyun ərəfəsində ehtiyat qüvvənin yoxlanılmasına görə belə alındı?
- Birinci hissədə əsas oyun modeli nəzərdən keçirildi. Fasilədən sonra isə ehtiyat qüvvə sınaqdan keçirildi. Əlbəttə, böyükhesablı məğlubiyyəti heç kim gözləmirdi və istəmirdi. Çünki bunun komandaya psixoloji baxımdan mənfi təsiri ola bilərdi. Amma qarşılaşmadan dərhal sonra məşqçilərin müdaxiləsi işlərin peşəkar səviyyədə qurulmasını göstərir. Onlar gördükləri işlə futbolçularda özünəinamı qaytarmağa çalışdılar. İzah etdilər ki, heç kim məğlubiyyətdən sığortalanmayıb, sadəcə, bundan dərs çıxarmaq, nəticə əldə etmək lazımdır. Komandamızın Norveç yığması ilə oyuna tam hazır olacağına inanırıq.
- Yeri gəlmişkən, Serbiya yığması ilə oyunda millinin heyətində debüt edən futbolçular da oldu. Onların çıxışı haqda nə deyə bilərsiz?
- Coşqun Diniyev, Məhəmməd Mirzəbəyov və Məhəmməd Qurbanovun yığmanın heyətində ilk dəfə meydana çıxması onu göstərir ki, biz nəticə ilə bərabər, yeni komndanı da formalaşdırmağa çalışırıq. Bu gənclər tədricən yığmaya uyğunlaşacaq və gələcəkdə komandanın aparıcı simalarına çevriləcəklər. Onlarıa təcrübə toplaması, millinin ab-havasına öyrəşməsi üçün bu cür matçlarda şans vermək lazımdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























