Ölkə futbolu
“AZAL fəaliyyətini davam etdirir”
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Mətbuatda komandanın dağılması ilə bağlı iddialar yayılıb. Bu cür xəbərlər nə dərəcədə həqiqətə uyğundur?
- Biz də mətbuatdan belə informasiyaları oxuyuruq. Açığı, çox məyus oluruq. Çünki heç bir əsası olmadan, rəsmi mövqe öyrənmədən iddia edirlər ki, klub dağılır. Amma əslində isə komanda fəaliyyətini davam etdirir. Hazırda əsas məsələ heyətin komplektləşdirilməsi, gücləndirilməsidir. Məşqçilər də gündəlik fəaliyyətləri ilə bu məqsədə çatmaq üçün çalışır. Aktiv axtarış gedir. Demək olar, hər gün yeni mümkün keçidlər üzərində müzakirə aparırıq. Düzdür, bəzi futbolçularla razılıq əldə olunsa da, son anda onların keçidi baş tutmayıb. Amma bu o anlama gəlmir ki, biz statik vəziyyətdəyik, çəkilib sakitcə bir kənarda dayanmışıq. Məşqçilər yorulmadan çalışır. Heyətin komplektləşdirilməsi ilə bağlı gündəlik müzakirələr gedir. Yaxın günlərdə rəsmi müqavilə bağlayacağımız futbolçular da olacaq. Bildiyiniz kimi, mövsümün sonunda 2 futbolçu ilə müqaviləni uzatdıq. Kərim Diniyev və Şəhriyar Rəhimovla yeni anlaşma əldə etdik. Bir çox futbolçuların klubla müqavilələri davam edir, onlarla yola davam edirik. Bir sözlə, klub haqda yayılan məlumatlar əsassızdır. Biz bu tip məlumatlara məhz heç bir əsası olmayan informasiya kimi yanaşırıq. Və media işçilərindən xahiş edirik ki, bundan sonrakı informasiyalarında klubun rəsmi şəxslərinə istinadən məlumat versinlər.
- Bir müddət öncə komandanın aparıcı futbolçuları - Rəşad Abdullayevlə Kamal Bayramov klubdan ayrılıb. Bu transferləri də komandadakı maliyyənin qeyri-sabit olması ilə bağlayırlar.
- Əlbəttə, Rəşad bizim kapitanımız, aparıcı futbolçumuz idi. O, “Rəvan”dan ayrılıb futbolsuz qalanda AZAL onu komandaya dəvət etdi. İlyarım ərzində Rəşad Abdullayev bizdə özünü təcrübəli və peşəkar futbolçu kimi ən yaxşı tərəfdən göstərdi. Komandaya çox xeyri dəydi. Xüsusən son mövsümdə bəlkə də karyerasının ən yaxşı vaxtlarından birini keçirdi. Biz ondan tam razı idik. Müqavilə müddəti bitməmişdən öncə ona yeni saziş təklif etik. O da müəyyən şərtlər irəli sürmüşdü. Çempionatın sonunda onun başqa kluba keçməsi futbolçunun öz seçimidir. Biz bu seçimə hörmətlə yanaşırıq. İlyarım əvvəl bizi seçmişdisə, indi başqa klubu seçib.
Kamala gəlincə, “Araz Naxçıvan” fəaliyyətini dayandırandan sonra məşqçilərin istəyi ilə komandaya cəlb olunmuşdu. Onun müqaviləsi var idi. Amma özü getmək istədiyini dedi. Biz də heç bir əngəl yaratmadıq. Hər 2 futbolçuya böyük hörmətimiz var, hər ikisinə uğurlar arzu edirik. Amma AZAL onların yerini dolduracaq, onları layiqincə əvəzləyəcək, komandaya güc qatacaq yeni futbolçular cəlb etməklə boşluğu aradan qaldıracaq. Bu futbol həyatıdır. Futbolçuların başqa kluba keçməsi öz ixtiyarlarındadır. Biz də buna hörmətlə yanaşırıq. Daha maliyyə problemlərini qabardıb onların ayrılmasına başqa don geyindirmək lazım deyil.
- Yayılan söz-söhbətlərə görə, komandada maliyyə problemi var: futbolçuların maaşı verilməyib. Ona görə də çox şeyi maliyyə problemi ilə bağlayırlar.
- Bütün klublarda olduğu kimi, bizdə də müəyyən çətinliklər oldu. Amma mövsümün sonunda futbolçulara maaşlarının müəyyən hissəsini verdik. Hazırlıq başlayandan sonra bununla bağlı digər məsələləri də həll etməyə çalışacağıq.
- Komandanın gələcək planları nədir? Nə kimi işlər görülür? Yay hazırlığı necə olacaq?
- Təbii ki, biz də boş dayanmırıq. Məşqçilər transfer etmələrini istədikləri oyunçuların adını bizə verib, iş gedir. Yeni futbolçular olacaq, həm yerli, həm də əcnəbi. İyunun 20-də məşqlərə başlayanada onların da düşərgəmizdə olmasına çalıçacağıq. Ölkə daxilində və ölkə xaricində toplanış keçmək planımız var. Onun icrası üzərində işlər gedir. Baxışa dəvət etmək istədiyimiz oyunçularla danışıqlar gedir. Onların siyahısı da məlumdur. Ad çəkmək istəmirəm. Amma yaxın zamanlarda bağlanılan müqavilələrlə boş dayanmadığımızı hamı görəcək. Sonda onu da deyim ki, AZAL həmişə olduğu kimi ölkə çempionatında layiqincə mübarizə aparacaq, həmişə olduğu kimi futbolun inkişafı yolunda fəaliyyətini davam etdirəcək. Ümidvaram ki, qarşıda görəcəyimiz işlər son vaxtlar yayılan xəbərlərə layiqli cavab olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























