Ölkə futbolu
Tarix(çilər)in izi ilə
Ağlım kəsəndən, adətən, özümdən böyüklərlə oturub-durmaq həvəsində olmuşam. Oyunlar, uşaqlıq çılğınlığı, nə bilim uşaqlığı doyunca yaşamağa nə həvəsim olub, nə də imkanım.
Odur ki, həmişə böyüklərin məclisində oturmuşam, öz düşüncələrimi paylaşmışam. 2006-cı ildə futbol sahəsinə gələndən bəri (onsuz da futboldan başqa sahəm olmayıb) mənim üçün ən maraqlı futbol hissələrindən biri də veteranlar olub. Onlarla danışmaq, keçmişi varaqlamaq, onlarla futbol oynamaq mənim üçün həmişə bəlkə də ilk sırada gələn işlərdəndir.
Hələ “Çempion” qəzetində çalışanda veteranlardan silsilə yazılar hazırlayır, köhnə “Neftçibaza”nı öz evim hesab edirdim. İndi də elədir... Anar Xanlarovun təbiri ilə desək, Elgizi itirsəniz, “Neftçibaza”da tapa bilərsiniz... Söhbət köhnə “Neftçibaza”dan gedir...
.... 19 il öncə finalda görüşən veteranları bir araya gətirib, “Qəbələ”də oyun keçirmək təşəbbüsü gündəmə gələndə Aslan Şahgəldiyevin “bu işi Zamiq Hüseynovla Elgiz Abbasova tapşıraq” deməsi ürəyimdən hay verdi. Zamiqlə mən bu işə tam ürəyimizi qoyduq. Tez bir zamanda xüsusi formalar Azərbaycana gətirildi, hətta formalara adlar və nömrələr yazıldı. Sözsüz ki, formaların gətirilməsinə qədər olan müddətdə o qədər işlər görülmüşdü ki...
Abbas dayının arxivindən tutmuş digər toz basmış sənədləri araşdırmaq, finalda çıxış edən, indi bəlkə də heç bir klubun yadına düşməyən futbolçuları axtarıb tapmaq , onların Qəbələ səfərini təşkil etmək indi sadəcə, xronologiya kimi görünür...
.... Biz Almaniyadan “Maradona” və “Moruq” ləqəbi ilə daha çox tanınan İlham Məmmədovu, öz dövrünün ən güclü fiziki hazırlığa malik oyunçusu Rasim Abışovu Rusiyadan tapdıq, yenicə azadlığa çıxmış Mehman Alışanovu cəmiyyətə qaytarmaq üçün bu oyuna vasitə kimi baxdıq...
... Açığı, çox təəccüblənmişdilər. Hətta elə bir oyunçu oldu ki, dəvətimizə “zarafat edirsiniz?” İnanmıram ki, belə bir şey olsun, kimdi bizi yada salan?” kinayələri və narazılıq süzülən kəlmələri ilə cavab verdi...
Hətta elə bir veteran vardı ki, avtobusa minənə qədər inanmırdı buna... Lakin Qəbələdə meydançaya çıxdıqdan sonra anladı ki, tarix və onu yazanlar unudulmur. Unutmayanlar isə məhz əziyyətə qiymət qoyanlardır...
... Bəli, tarix 2 iyun, saatlar isə 08.30 dəqiqəni göstərəndə veteranların gözündəki sevinci, qucaqlaşmalarını, gözlərin dolmasını görməyə dəyərdi... Edilən zarafatlar, Vidadi Rzayevin İlham Məmmədovu “moruğa çevirmək” söhbəti, Rasim Abışovun zədəli olduğu halda imtahandan “5” alması, Vidoşun səfər həngamələri, Yaşar Vahabzadənin təəssüratları köhnə kaseti videoya taxıb ovaxtkı toylara baxmaq kimi bir şey idi. Tozlu, dumanlı xatirələr, həmin xatirələrdə ön plana çıxan adlar, unudulan epizodik şəxslər, unudulmaz oyunlar bizim Qəbələ səfərimizə işıq saçırdı...
... Rasim Abışovla söhbət məni ən çox qürurlandıran və kədərləndirən məqamlardan biri oldu. Abışov öz dövrünün ən yaxşı oyunçularından olub və hazırda Stavropol şəhərində uşaq komandasında çalışır. Bu adam Azərbaycandan əlini elə üzmüşdü ki, hətta 2014-cü ildə bitən xarici pasportunun (Rusiya vətəndaşıdır) vaxtını artırmamışdı. Biz Abışova zəng elədik, nitqi qurudu... Özünün dediyinə görə, gecəni yatmayıb və səhər tezdən klubun bazasına yollanıb ki, məni Azərbaycana dəvət ediblər, biletimi alıb, filan qədər xərc çəkirlər. Klubun cavabı isə belə olub ki, PFL bizim işçi üçün bu fədəkarlığı edirsə, biz də Azərbaycan üçün fədakarlıq edib sənin pasportunu 3 günə alacağıq... Rasim Abışov bunu nəql edəndən sonra mənə müraciətdə dedi ki, oyunun diskini mənə göndərdin . Balalarıma göstərəcəyəm ki, Azərbaycanda mənə necə hörmət edirlər.. Bu sözləri deyib doluxsunmuşdu ki, İlham Məmmədovun əli onun çiyninə qondu və söhbət “Maradona”nın Almaniya sərgüzəştləri ilə davam etdi...
Məmmədov şirin söhbət əsnasında bildirdi ki, 20 illik futbol karyerası dövründə belə bir təşkilatçılıq görməyib.
.... Mən bir daha əmin oldum ki, ovaxtkı kolletivlər indikindən çox çox yaxşı olub. İnternetin, komputer və digər cihazların olmadığı bir vaxtda veteranlar arasında daha çox canlı ünsiyyət olub ki, bu qədər maraqlı əhvalatlar meydana çıxıb. Xüsusən də “Qarabağ” veteranları arasında sanki bir ailə bağları vardı. Yaşar Hüseynovla Camaləddin Əliyevin başına yığışanlar bir qabdan yemək yediklərini danışanda insan özü də həmin kollektivin üzvü olmaq üçün özünü yaxına verir.
Eləcə də Vidadi Rzayevlə Yaşar Vahabzadənin söhbətləri insanda ovaxtkı “Neftçi” barədə fikir formalaşdırır.
.... Əlbəttə, nəvaxtsa həmin veteranlar arasında müəyyən intriqalar olub. Bəlkə də heyətə düşmək uğrunda mübarizələr meydana gəlib, mübahisələr yaranıb. Amma illər öncə olan həmin qarşıdurmalar Qəbələdə gülüşlə yada salınırdı. Məskunlaşdığımız otelin lobisində az qala səhərə qədər söhbət gedirdi, keçmiş yada salınırdı... Uğurlu gələcək ümidi ilə...
... Sözsüz, səfərin əsas məqsədi 19 il geriyə qayıtmaq, oyun təşkil etmək idi. Bunu hamımız birgə bacardıq. Lakin oyun bu cür böyük qarşılaşmanın sadəcə, bir hissəsi, epizodu kimidir. Həmin səfərdə o qədər yaddaqalan məqamlar oldu ki, 19 il sonra da xatırlanacaq...
Əsas məsələ odur ki, illər keçdikdən sonra xatırlanasan. Unudulmaq və unutmaq ən böyük dərddir. Tarix yazanları unutmayaq ki tarixlər yazılsın...
Sevgilərlə ELGİZ ABBASOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
09:30
"Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
20.09.2026
19.09.2026
18.09.2026
























