3 Noyabr 2025, Bazar ertəsi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda

Ölkə futbolu

“Bakı”dan rəsmi açıqlama: “Komanda dağılmayacaq”

“BAKI” İSTƏNİLƏN HALDA KLUB KİMİ FƏALİYYƏTİNİ DAVAM ETDİRƏCƏK”

“Bakı” istənilən halda klub kimi fəaliyyətini davam etdirəcək. İstər Premyer Liqa olsun, istərsə də I divizion. Komandanın dağılmasından söhbət gedə bilməz”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Bakı”nın mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov deyib.

Klub rəsmisi qeyd edib ki, hələlik heç bir futbolçu rəhbərlik tərəfindən transferə çıxarılmayıb: “Cari mövsümdə “Bakı”nın aşağı yaş qrupu üzrə komandaları hər zamankı kimi uğurlu çıxışı ilə seçildi. Əsas komanda da klubun öz yetirmələri çıxış etdi. Bu cür futbolçuları itirə bilmərik. Bəziləri düşünə bilər ki, “Bakı” dağılır. Belə deyil. Hələ ki heç bir futbolçu transferə çıxarılmayıb. Komanda kimlərin qalacağına, kimlərin gedəcəyinə məşqçilər korpusu qərar verəcək. Biz ötənilki səhvləri təkrarlamaq istəmirik. Yəni, hansısa futbolçunun “Bakı”nı özbaşına tərk etməsinə imkan verməyəcəyik. “Bakı”nın futbolçusu ilə maraqlanan klub, ilk növbədə rəhbərliklə razılığa gəlməlidir. Yalnız “Bakı”nımn razılığından sonra futbolçularımızın digər kluba keçidi mümkündür. Bu futbolçuların yetişməsi, hazırki səviyyətə çatması üçün “Bakı” klubu xeyli vəsait xərcləyib. İndi də onları pulsuz əldən verə bilmərik”.  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30