Ölkə futbolu
"Qarabağ" uzun müddət bir məşqçinin rəhbərliyi altında çıxış etdiyi üçün uğur qazanır”
“Qarabağ" və "Neftçi" arasında keçirilən Azərbaycan kubokunun final matçını canlı olaraq stadiondan izləyən yazıçı, millət vəkili Aqil Abbas bununla bağlı müsahibə verib.
- Əvvəlcə finalla bağlı təəssüratlarınızı bilmək istərdik.
- Öncə onu deyim ki, hələ belə final görməmişdim.Bunun üçün Peşəkar Futbol Liqasına alqış düşür. Oyundan əvvəl azarkeşlər maraqlı konsert proqramı izlədi. Kubok paraşüt vasitəsi ilə meydançanın düz mərkəzinə endirildi. Bütün bunlar bizə ləzzət etdi. Çox gözəl bir oyun alındı. "Qarabağ" uduzsaydı, mənə çox pis təsir edərdi. Çünki Bakıdan Qəbələyə "Qarabağ"a dəstək olmaq üçün getmişdim. "Qarabağ"ın bütün fan-klubları orda idi. Bundan əlavə Ağdamdan xeyli azarkeş gəlmişdi. Mən qəbələlilərə təşəkkür etmək istəyirəm. Sona qədər "Qarabağ bizimdir, bizim olacaq" şüarı səsləndirdilər. Qəbələ əhalisi "Qarabağ"a böyük dəstək oldu. Təbii ki, "Qarabağ"a azarkeşlik etdim. Mən bu komanda ilə yaşayıram. Ən ağır vaxtlarında "Qarabağ"ın yanında idim. Klubun təsisçilərindən biri olmuşam. Hətta fəxri prezidentliyi də mənə həvalə etmişdilər. "Neftçi" də bizim sevdiyimiz komandadır. Arzu edirəm ki, klubun çətinlikləri arxada qalsın.
- Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasına sədr təyin edildikdən sonra həmkar olaraq onunla söhbət etmisiniz?
- Onu telefon vasitəsilə təbrik etmişəm. Bir ziyalının kluba rəhbər gəlməsi təbii ki, gözəl haldır. Çingiz Abdullayev də futbolu sevən bir adamdır. Çalışacaq ki, "Neftçi" inkişaf etsin. Ancaq o, "Neftçi"yə gələndə komanda artıq formada deyildi. "Neftçi"nin bügünkü uğurszuluğu Müşahidə Şurasının günahı deyil. Yəqin "Neftçi" yenidən toparlanar və öz oyununu tapar. "Neftçi" həmişə yüksək səviyyəli oyun nümayiş etdirib. Qurban Qurbanov kubok oyunundan sonra gözəl bir söz dedi. Bildirdi ki, "Neftçi"nin aqibətini biz də yaşaya bilərik. Hər bir klubun enən və yüksələn dövrləri olur. İnanıram və arzu edirəm ki, "Neftçi" rəhbərliyi yaxşı bir strategiya seçəcək və komanda gələn mövsümü uğurlu çıxış edəcək. Çox istərdim ki, Azərbaycanda bütün klublar yüksək səviyyədə çıxış etsin. Fikir verin, son zamanlar "Qəbələ" çox inkişaf edib. Görün, komanda hardan hara gəldi. Heç kim gözləmirdi ki, "Qəbələ" bürünc medalları qazanacaq. Yəqin ki, "Neftçi" də özünü düzəldəcək. İnanıram ki, Çingiz Abdullayev "Neftçi"nin durumuna bir əncam çəkəcək. Təbii ki, o, mütəxəssis deyil, ancaq Müşahidə Şurasında futbolu bilən insanlar cəmləşib.
- Çingiz Abdullayevin "Neftçi"yə rəhbərlik etməsi ictimaiyyət tərəfindən birmənalı qəraşılanmır. Onun futol adamı olmadığını və buna görə də "Neftçi"ni irəli apara bilməyəcəyini deyirlər.
- Futbolda ən pis şey odur ki, bu gün çiyinlərində gəzdirdiklərini sabah ayaq altında təpikləyirlər. Futbolda bu cür qəribəliklər var. İspaniya, İtaliya və bu kimi ölkələrdə çempion olmayan komandanın baş məşqçisi istefa verir. Halbuki, üç gün əvvəl ona heykəl qoyurdurlar. Yəni futbol belə bir şeydir. Çüngiz Abdullayev də birdən-birə heç nə edə bilməz. Bizim klublarımızın ən böyük bəlası məşqçiləri tez-tez dəyişməkdir.
- Elə "Neftçi" də "Qarabağ"a məğlubiyyətdən dərhal sonra Arif Əsədovu istefaya göndərdi.
- Dünəndən idman saytlarını izləyirəm. Hamı yazır ki, Arif Əsədov qovuldu. Klub heç kimin evi deyil ki, məşqçiyə deyəsən dur mənim evimdən çıx, rədd ol. Qovmaq başqa anlama gəlir. Sadəcə, onunla yolları ayırıblar. Arif Əsədovun Azərbaycan futbolunda kifayət qədər zəhməti olub. O, bizim güclü məşqçilərimizdəndir. Məşqçini bu qədər alçaldıb, təhqir etmək lazım deyil. Heç kim məşqçini qova bilməz. Bəlkə, əllərinə bir dəyənək götürüb Əsədovu döyüblər də? Bu, düzgün ifadə deyil. Bizim dilimizdə qovmaq sözü başqa mənanı daşıyır. Qeyd etdiyim kimi, tez-tez məşqçi dəyişməyin tərəfdarı deyiləm. "Qarabağ" uzun müddət bir məşqçinin rəhbərliyi altında çıxış etdiyi üçün uğur qazanır.
- "Qarabağ"dan bu mövsüm avrokuboklarda nə gözləyirsiniz?
- İnanıram ki, "Qarabağ" ötənilkindən də güclü olacaq. Düzdür, komandadan gedən futbolçular var. Amma "Qarabağ" komanda oyunu sayəsində irəli gedir. Lap mən də "Qarabağ"da oynasam, komanda uğur qazana bilər. Çünki "Qarabağ" "Barselona"nın metodlarından istifadə edir. Digər klublarımıza da uğurlar arzulayıram. Ancaq "Qarabağ"dan daha böyük uğur gözləyirəm.
- Daima "Qarabağ"ın oyununu izləyirsiniz. Komandanın son illərdəki uğurunu nə ilə əlaqələndirmək olar?
- Futbolçular getdikcə daha da peşəkarlaşır. Yəni Avropa futboluna yaxınlaşırlar. Azərbaycanda çempion olmaq o qədər də çətin deyil. Avropa klubları ilə oyunlarda isə "Qarabağ" təcrübəsini artırır. Artıq bir çox Avropa komandalarına qalib gələn "Qarabağ" ildən-ilə inkişaf edir. Təcrübə əsas şərtdir. "Qarabağ"ın avrokuboklarda kifayət qədər təcrübəsi var. Bu, növbəti mövsümdə komandamıza uğurlar gətirəcək.
- "Qarabağ"ın avrokuboklarda budəfəki hədəfi nə olmalıdır?
- Təbii ki, hamımız istərdik ki, "Qarabağ" çempion olsun. Bu, olmasa da, 1/8 finala qədər getməlidir.
- Bu mövsüm "Qarabağ"ın hansı futbolçusunun oyunu xoşunuza gəldi?
- Bəyəndiyim futbolçu da var, sevdiyim də. Bunlar başqa-başqa şeylərdir. Maksim Medvedyev, Rəşad Sadıqov, İbarahiş Şehiçin oyununu çox bəyəndim. Bədavi Hüseynovun gözəl gələcəyi var. İndi də yaxşı oynayır və gündən-günə artırır. Ən çox sevdiyim futbolçu isə Vüqar Nadirovdur.
- Həmişə legionerlərin əleyhinə olmusunuz. "Qarabağ"ın legionerləri haqda fikirləriniz necədir?
- Dünyanın hər yerində legioner var. Bu, futbol mədəniyyətidir. Mən legionerin çoxluğunun əleyhinəyəm. Bundan əlavə, Gürcüstanın çayxanalarından və ya Afrikanın barlarından tapıb gətirilən legionerlərin əleyhinə olmuşam. Bütün qaradərili futbolçu Pele deyil axı. Bütün argentinalılar Messi ola bilməz axı. Legioner gəlib bizdən futbol öyrənməsin, biz ondan nəsə öyrənək. "Qarabağ"ın legionerlərinə gəldikdə isə onlar normal futbolçulardır. Hərdən oyunları alınmır. Kubokun finalında Reynaldo tarix yazdı. Ancaq elə olur ki, o da zəif çıxış edir. Muarem yaxşı oyunçu idi. Digərləri haqda da xoş sözlər demək olar.
- "Qarabağ" belə davam etsə, komandanın bir neçə il Azərbaycan çempionu olacağını demək olar?
- İnanıram ki, gələn mövsümü də "Qarabağ" belə davam edəcək. Çempionluq titulunu qoruyacağına da inanıram. Ancaq demək olmaz ki, "Qarabağ" "Barselona" kimi hər il çempion olacaq. Mənim arzumdur ki, "Qarabağ" hər il birinci olsun. Ancaq heç bir komanda uzun müddət çempion ola bilmir. Ən güclü klubların belə bir neçə il ardıcıl çempion olması mümkün deyil. Çünki komandalar bəzən zəifləyir, oyunçu çatımazlığı olur.
Mənbə: qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























