Ölkə futbolu
Bizimlə oyna, qabağa get! YAZI
Avroliqada “Dnepr fırtınası” davam edir. Dnepropetrovsk klubunun cari mövsümdə tək bu turnirin yox, avrokubokların ən böyük sensasiyası olduğunu desək, yanılmarıq. Hər halda, Çempionlar Liqasında (ÇL) gözlənilən yarımfinalçılar oldular, Avroliqada isə “Sevilya” və İtaliyanın “Napoli” ilə “Fiorentina” klublarının yarımfinala çıxması sürpriz sayılmadı. Ancaq Ukrayna nəhəngləri sayılan Kiyev “Dinamo”su ilə “Şaxtyor”un yox, “Dnepr”in avrokuboklarda bu qədər irəliləməsi ukraynalıların özü üçün də sürprizdir. Son nəticə belədir ki, 97 illik tarixi olan bu klub Avropada ən böyük nəticəsinə məhz indi nail oldu.
“Dnepr”in ardıcıl qələbələrinin bizə gətirdiyi təəssüf
Yazıya “Dnepr”lə başlamağım, onun nailiyyətinə önəm verməyim əbəs yerə deyil. Bu komandanın Avroliqanın pley-off mərhələsində ardıcıl qələbələrini görəndə, demək olar bütün futbolsevərlərimiz “Qarabağ”ı xatırlayırlar. Axı Dnepropetrovsk təmsilçisi son Azərbaycan çempionu ilə Avroliqada bir qrupda idi və ən əsası, son tur öncəsi ondan geridəydi. Hər şey “Qarabağ”ın öz əlində idi və Milan “İnter”ini evdə məğlub etməklə, tarix yazmış olacaqdıq. Əslində, çempionumuz bunu yazdı da. Ancaq çexiyalı baş hakim Miroslav Zelinka son saniyələrdə vurduğumuz təmiz qolu saymamaqla, 1:0 hesablı qələbəni əlimizdən aldı. Həmin qərəzli qərar Azərbaycana 1/16 finala vəsiqənin əldən çıxması bahasına başa gəldi.
Bu üzdən azarkeşlərimizin təəssüfünü başa düşmək olar. Hamımız belə düşünürük ki, haqqımızı yedilər, “Dnepr”in yerinə “Qarabağ” olmalıydı...Doğrudur, heç kim zəmanət verə bilməz ki, Ağdam klubu da yarımfinala kimi irəliləyəcəkdi, bu yolda Ukraynanın son vitse-çempionu kimi “Olimpiakos”, “Ayaks”, “Brügge” kimi güclü rəqibləri mübarizədən kənarlaşdıracaqdı. Ancaq fakt odur ki, “Qarabağ”ın qazandığı layiqli qələbə əlindən alınmasaydı, “Dnepr” nəinki yarımfinala, heç 1/16 finala çıxa bilməyəcəkdi.
Qrupdakı rəqiblərimizdən ən uzağa gedən
Belə götürəndə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Miron Markeviçin yetirmələrindən şəxsi oyunlarda da geri qalmadı. Rəqiblər hərəyə bir dəfə səfərdə 1 top fərqli qələbəyə sevindilər. Sadəcə, “Dnepr” bizi rəqib meydanında daha çox qol vurduğuna görə üstələdi - Kiyevdə 0:1, Bakıda 2:1.
“Dnepr” həm də Azərbaycan klublarının Avroliqada qrupdakı rəqiblərindən ən uzağa gedənidir. Məlum olduğu kimi, qrupda ilk təmsilçimiz olan “Neftçi” də “İnter”lə bir qrupa düşmüşdü. Onda da milanlılar 1/8 finalda mübarizədən kənarda qalmışdı. Həmin vaxt qrupumuzun qalibi olan Rusiyanın “Rubin” klubu isə 1/4 finala kimi irəliləmiş, sonda turniri qazanmış “Çelsi”yə uduzmuşdu.
Sözsüz ki, Dnepropetrovsk təmsilçisi hazırkı yarımfinalçılar arasında ən zəifi, reytinqi ən aşağı olanı sayılır. Ancaq futbol sürprizlərlə doludur. Üstəlik, Avroliqanın yarımfinalında ÇL-dəki kimi nəhənglər yoxdur. Hətta “Sevilya” turnirin son qalibi olsa da, 1/4 finalda görüşdüyü “Zenit” onunla bərabər səviyyədə oynamağın mümkünlüyünü göstərdi. “Napoli” ilə “Fiorentina”nın isə avrokuboklarda böyük uğurları yoxdur. Yarımfinalda neapollularla düşən “Dnepr”in Avroliqanın qalibi olması ilk baxışdan o qədər inandırıcı görünməsə də, hər halda, bunun baş verməsi “Qarabağ”a yalnız başucalığı gətirəcək. Yəni Azərbaycan klubu turniri qazanan komandadan heç də geri qalmamağı, hətta ona səfərdə qalib gəlməsi ilə öyünə bilər.
“Neftçi” və “Qarabağ”la uğurlu oyunlardan sonra qazananlar
Tarixə nəzər salsaq, Azərbaycan klubu ilə avrokubokda rəqib olanın turniri qazanmaq praktikası var. Belə ki, 2004/05 mövsümündə Moskva MOİK-inin Kazbek Tuayevin baş məşqçisi olduğu “Neftçi”ni ÇL-nin II təsnifat mərhələsində çətinliklə mübarizədən kənarlaşdırması çoxlarınızın yadına düşər. Onda Bakıda qolsuz bərabərliyə qalan ordu klubu Moskvada “Dinamo” stadionunda yalnız ikinci hissədə vurduğu 2 cavabsız qolla qalib gəldi. MOİK də sonradan ÇL-dən kənarda qalsa da, mübarizəni UEFA kubokunda (o vaxt Avroliqa belə adlanırdı) davam etdirmək hüququ qazandı və bundan maksimum yararlandı. Finaladək irəliləyən Valeri Qazzayevin yetirmələri sonda Portuqaliyanın “Sportinq” klubunu 3:1 hesabı ilə məğlub etdi.
Həmin “Qarabağ”la Avroliqada oynamaq isə bəzi Avropa klublarına daxili arenada düşərli oldu. Qurban Qurbanovun yetirmələri ilk dəfə son təsnifat mərhələsinə çıxanda – 2009-cu ildə görüşdüyü Hollandiyanın “Tvente” klubu həmin mövsüm tarixində ilk və hələ ki yeganə ölkə çempionluğunu qazandı. Yeri gəlmişkən, Ağdam təmsilçisi Avroliqanın qrupuna məhz bu komandanı yenərək çıxmaqla, ondan 5 il öncəkinin əvəzini da çıxdı. “Tvente”dən sonrakı mövsümdə təsnifat mərhələsində rəqib Almaniya “Borussiya”sı oldu və o da qabağa getdi. Təsadüfi deyil ki, Dortmund klubu həmin mövsümədək 9 ildir ölkə çempionu ola bilmirdi. Yurgen Klopplu “Borussiya”nın dirçəlişi həmin vaxtdan başlayıb.
Göründüyü kimi, avrokuboklarda bizimlə oynamaq bir sıra rəqiblərimizə qabağa getmək baxımından düşərli olub. İndi bu gözəl fürsət “Dnepr”in əlindədir və təkcə Ukraynada yox, kənarda da onun qələbəsini gözləyənlər var...
Mehman SÜLEYMANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
12.11.2026
11.11.2026
10.11.2026
























