3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi olub

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyinin qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 151 kq çəkini ram etməyi bacarıb.

Təkanla qaldırma hərəkətində 189 kq ağırlığı başı üzərinə qaldıran Alməmmədov toplamda 340 kq nəticə göstərib.

Beləliklə, birdən qaldırmada bürünc, təkanla qaldırma hərəkətində isə qızıl medal qazanan milli üzvü toplamda da Avropa birinciliyinin qalibi olub.

Təmsilçimiz eyni zamanda təkanla qaldırma hərəkətində və toplamda yarışın rekordunu müəyyənləşdirib.

Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu"nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov və AAF-ın Avropa birinciliyindəki nümayəndəsi, "Göyəzən" klubunun prezidenti Azər Əlizadə təqdim ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31