14 May 2026, Cümə axşamı
Valdas Dambrauskasdan qələbə şərhi
Sadıqov: “Futbolçularımla fəxr edirəm”
"Sabah" kuboku da qazandı
“Neftçi”dən ardıcıl üçüncü çempionluq

Digər idman növləri

Cüdoçumuz Avropa çempionu oldu

Moldovanın paytaxtı Kişinyovda cüdo üzrə U-23 Avropa çempionatı start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, ilk yarış günündə Azərbaycan millisi aktivinə bir qızıl medal yazdırıb.

66 kiloqram çəki dərəcəsində çıxış edən İslam Rəhimov finalda Niderland idmançısı Yoxem van Harten üzərində əzmkar qələbə qazanaraq çempion olub.

Turnirə 1/16 finaldan başlayan İslam Rəhimov ardıcıl olaraq slovakiyalı Roman Dekan və xorvatiyalı Dani Klaçarı mübarizədən kənarlaşdırıb. Növbəti görüşdə Ermənistan idmançısı Jirayr Hambaryanı məğlub edən cüdoçu final yolunda son olaraq Nazar Viskova qalib gəlib.

Qeyd edək ki, İslam Rəhimov 4 il əvvəl yeniyetmələr arasında Avropa çempionu tituluna yiyələnmişdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31