Ölkə futbolu
Xaqani Məmmədov: “Tuyqun Nadirovun açıqlaması çox maraqlı, xoş bir etirafdır” (Müsahibə)
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov affa.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Bu mövsümdə hakimlərimzin idarə etdiyi oyunları necə qiymətləndirərdiniz?
- Təlim-məşq toplanışının birinci mərhələsində Premyer Liqanın ilk yarıdakı iki dövrəsi ərzində idarə olunan oyunlara baxılır, hakimlərin idarəçiliynə qiymət verilir, təhlillər aparılır. Hakimlərimizin idarə etdiyi oyunlarda buraxdıqları səhvləri araşdırır, birlikdə müzakirələr aparır, bu kimi səhvlərin baş verməməsi üçun səbəb və nəticələri müəyyənləşdirməyə çalışırıq. İstəyirik ki,qarşıdakı oyunlarda belə səhvlər bir daha təkrarlanmasın, referilərimiz daha yaxşı idarəçilikləri ilə seçilsinlər. Oxşar oyun epizodlarında verdikləri qərar birmənalı olsun, yəni bir hakim bir qərar, başqa hakim isə digər qərar verməsin. Qərarlar oyun qaydaları və təlimatlarına uyğun verilsin. FİFA-nın da tələbi budur ki, oyun qaydaları birmənalı şəkildə yozulsun və eyni tətbiq olunsun. Birinci mərhələyə yekun vurarkən qeyd edim ki, bu mərhələdə müəyyən səhvlərimiz oldu. Amma ümumilikdə bu çempionatın gedişinə elə də ciddi mənf təsir göstərmədi. XII turda oyunun nəticəsinə təsir edən müəyyən səhvlər oldu. Ondan sonra da çox ciddi islahatlar apardıq və sonrakı 6-7 turda nəticəyə təsir edən elə bir səhvimiz olmadı. Yəni müəyyən işlər aparıldı və o proses indi də davam edir. Bu toplanışda da həmin çatışmazlıqlar üzərində işləyərək onları aradan qaldıracağımıza inanıram.
- Birinci yarımillikdə bəzi oyunlardan sonra klubların bəzi nümayəndələri tərəfindən də hakim idarəçiliyi ilə bağlı narazılıqlar səslənmişdi...
- Yeni yaranmış Klublar Komitəsinin sədri Tuyqun Nadirov diqqətimi çəkən bir açıqlamasında bildirir ki, bəzi klub məşqçiləri uğursuzluqlarını ört-basdır etmək üçün günahı hakimdə axtarırlar. Çox maraqlı, xoş bir etirafdır. Amma əslində həmin kəslər səhvləri özlərində axtarmalıdırlar. Bütün dünyada hakim səhvlərinə rast gəlinir. Ancaq heç bir hakim hakimlikdən qovulmur və ya getmir, səhvləri araşdırılır. Oyunun nəticəsinə təsir edən səhvləri varsa, müyyən müddətə qarşılaşmaları idarə etməkdən uzaqlaşdırılır. Yəni bununla məşğul olan insanlar, orqanlar var və onlar da qərar qəbul edirlər. Bu, klubların görəcəyi iş deyil. Hər kəs öz işi ilə məşğul olsa, daha çox uğur qazana bilər. Hakim də insandır və o da səhv edə bilər. Bəzən bir epizoda təkrar-təkrar baxıb qərar verə bilmirik. Amma hakim bir neçə saniyə ərzində qərar qəbul etməlidir. Təbii ki, bu halda səhvə yol verən də ola bilər. Əsas məsələ odur ki, bu səhvlər qərəzli olmasın. Bizim məqsədimiz belə səhvlərin minimuma endirilməsi, olmamasıdır.
- Bu toplanışda gənc hakimlərə, yeni adlara rast gəlinir. Gənclər etimadınızı doğrulda biləcəkmi?
- Təbii ki, bu toplanışa dəvət olunanların hec də hamısı Premyer Liqa hakimləri deyil. Onların arasında Premyer Liqa oyunlarını idarə etməyə namizəd hakimlər də var və ikinci yarıda onların da oyunlara təyinatlarını görə bilərik. Daha yaxşı hazırlaşmaları üçün hələ qarşıda vaxt var. Hesab edirəm ki, bu müddətə onlar da hazır ola bilərlər. Nəsil dəyişməsə və rəqabət olmasa, heç vaxt inkişaf ola bilməz. Bu gün, məsələn, 10 hakim varsa, sabah üçün 15 eyni səviyyəli hakim hazırlaya bilsək, səhv edən hakim anlayacaq ki, yerini itirsə, daha geri qaytara bilməyəcək. Hakimlər yerlərini itirməkdən çəkinəcəklər. Əks halda, özünəarxayınlıq və ya əvəzolunmazlıq hissi növbəti kobud səhvlərə gətirib çıxara bilər.
- Çempionatın ikinci yarısında hər oyunun daha çətin keçəcəyi gözlənilir və bu, məsuliyyəti daha da artırır...
- Bu mərhələdə təzyiq daha çox olacaq. Çünki hər bir oyun həlledici xarakter daşıyacaq. Çempionatın sonluğu, avroliqalara düşmək istəyən komandalar arasında mubarizənin kəskinləşməsi müşahidə ediləcək. İstəyinə çata bilməyən bəzi klubların məşqçiləri isə günahkar axtarışına çıxacaqlar. Günahkar isə yəqin ki, hakimlər olacaqlar. Onların kiçik səhvləri şişirdiləcək, ajiotaj yaratmağa çalışacaqlar. Biz bunu bilirik və buna da hazırlaşırıq. Oyunların da maraqlı keçəcəyini qeyd edərdim. Birinci yarımillə müqayisədə, bu mərhələdə hakim cəhvlərinə də çox az təsadüf ediləcək. Toplanışda həm də müəyyən qədər oyunlar idarə etdiklərindən, hakimlərimiz ikinci mərhələ oyunlarına daha hazırlqlı gedəcəklər.
- Hakimlərimizin psixloji hazılığı necədir?
- Fiziki-taktiki hazırlığın qaydasında olduğunu deyə bilərəm. Burada çox gözəl oyunlar idarə edirlər. Çempionatda da müsbət mənada fərqlənirlər. Psixoloji hazırlıq cəhətdən müəyyən çatışmazlıqlar olduğunu etiraf edirəm. Oyunlarda bir balaca təzyiq olanda və ya doğma dildə söyüş eşidəndə bəzi hakimlərimiz özlərini itirirlər. Psixoloji hazırlığa da önəm veririk. Ümid edirəm ki, ikinci yarıda hakim səhvləri ya minimuma enəcək ya da heç bir səhv olmayacaq.
- Təlim-məşq toplanışında daha hansısa mütəxəssisin iştirakı nəzərdə tutulubmu?
-Yanvarın 21-dən hazırlıq prosesinə UEFA təmsilçisi Aleksey Spirin də qoşulacaq. Onunla telefon vasitəsilə əlaqə saxladığım zaman qeyd etdi ki, UEFA-da ən cox gənc hakimlərin Azərbaycanda olduğu bildirilir. Bu da bizlər üçün çox müsbət məsələdir. Nəsillərin bir-birini əvəzləməsi prosesi uğurla davam edir. Azərbaycan hakimlərinin xoş soraqlarını yaxın vaxtlarda tez- tez eşidə biləcəyik. Bunun üçün bizlərə göstərilən diqqət və qayğıdan razıyıq. Artıq bir neçə ildir ki, ildə iki dəfə təlim-məşq toplanışı keçirik. Hakimlərimiz müxtəlif ölkələrdən gələn klubların oyunlarını idarə edirlər, dünyagörüşləri, təcrübələri artır. Bir sözlə, bu toplanışların işimizə çox xeyri dəyəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
18:00
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
-
17:29
I Liqa klubundan hücumçu transferi
-
16:55
"Qəbələ"dən ayrılan müdafiəçi "Olimpiakos"da
-
16:12
Azərbaycan avarçəkəni Litvada gümüş medal qazanıb
-
15:48
Belçika millisinin üzvü "Mançester Yunayted"də
-
15:04
Fuad Bayramov "Səbail"ə keçib
-
14:31
“Gəncə” braziliyalı legionerlə gücləndi
-
13:57
“Qəbələ” 5 yoxlama oyunu keçirəcək
-
13:26
"Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
-
12:43
Şahmat millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
-
12:00
Fransa klubunda yeni baş məşqçi
-
11:39
Forlan Uruqvay millisində
-
11:15
Babək Quliyev Konfrans Liqası matçında
-
10:58
Azərbaycan avarçəkənləri Gürcüstanda 18 medal qazanıblar
-
10:42
Sloveniya toplanışındakı son məşqdə FOTOLENT
-
10:24
I Liqa təmsilçisi "Neftçi"nin futbolçusunu heyətinə qatıb
-
09:31
“Neftçi” Sloveniyada sonuncu yoxlama oyununa çıxır
-
09:17
Sərbəst güləş millimiz iki rekordu yeniləyib
-
23:41
Azərbaycan güləşçisi Avropa çempionu olub
-
21:25
Azərbaycanın çimərlik voleybolçuları bürünc medal qazanıblar
-
18:52
"Şəfa"dan növbəti transfer
-
16:14
Şahin Diniyev üçün əlamətdar gün
-
15:38
Dünya çempionatı: güləş millimizin ilkin heyəti açıqlanıb
-
15:09
"Qarabağ"dan ayrılan futbolçu klubuna yenə lazım olmadı
-
13:47
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
-
11:23
Azərbaycan gimnastları Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
-
10:56
Makqreqordan uğursuz qayıdış
-
10:31
“Qarabağ” "Partizan"ın müdafiəçisini transfer edir
-
10:15
Argentina əlavə vaxtda sevindi VİDEO
-
10:02
DÇ-2026-da yarımfinal cütləri
-
09:44
Bellingemin dublu İngiltərəyə qələbə qazandırdı VİDEO
-
09:30
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
22:41
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
-
21:25
Qadın güləşçimizdən tarixi uğur
-
20:59
“Şamaxı”dan yeni qapıçı transferi
-
19:33
Qadın basketbolçularımız Rumıniyanı məğlub edib
-
18:06
Əvəzedicilər Liqası 21 avqustda start götürəcək
-
17:17
Azərbaycan Basketbol Liqasının yeni mövsüm oktyabrda başlayacaq
-
16:42
"Karvan-Yevlax"dan getdi
-
14:24
Vernidub: “Konfrans Liqasının qrupuna düşməyi çox istəyirəm”
-
13:58
Mahir oynadı, “Kayzerslautern” qalib gəldi
-
13:31
Amil Həmzəyev “Neftçi”dən ayrılıb
-
13:00
Günün canlı yayımlayacaq oyunları - TV AFİŞA
-
11:49
Milli Gimnastika Arenasında Avropa çempionatı ilə bağlı təşkilati məsələlər müzakirə edilib
-
11:25
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
-
10:53
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi açıqlandı
-
10:36
"Neftçi"nin qələbəsi FOTOLENT
-
10:12
İspaniya - Belçika matçında 3 qol VİDEO
-
09:47
Lamin Yamal rekorda imza atıb
-
01:04
DÇ-2026-da yarımfinalın ilk cütü müəyyənləşdi
13.07.2026
12.07.2026
11.07.2026























