Ölkə futbolu
Xaqani Məmmədov: "Bizdə çempionatın sonunda hakim səhvləri az qeydə alınır"
Yanvarın 13-dən etibarən azərbaycanlı hakimlər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Futbolxeber.az-ın məlumatına görə, hakimlərimiz Antalyada nəzəri məşğələlərdə olub, fiziki məşqlər etməklə yanaşı, müxtəlif ölkələrdən gələn komandaların iştirakı ilə keçirilən yoxlama görüşlərini də idarə edirlər. Hazırlığın startı və qarşıda duran planlarla bağlı Peşəkar Futbol Liqasının rəsmi saytına danışan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib ki, Antalya toplanışı hakimlərin hazırlığında xüsusi yer tutur: "Biz yanvarın 27-dək Antalyada təlim-məşq toplanışında olacağıq. İlk növbədə çempionatın baş tutan turlarındakı hakim idarəçilikləri müzakirə olunacaq, təhlillər aparılacaq. Buraxılmış səhvləri araşdıracağıq. Yanvarın 21-dən 26-dək təlimatçı Aleksey Spirin düşərgəmizdə olacaq. Toplanış zamanı əsas diqqət ayıracağımız məqamlardan biri fiziki hazırlıqdır. Bu iş təcrübəli mütəxəssis Namiq Quliyevin səlahiyyətindədir. Hər gün minimum 2 məşq həyata keçiriləcək. Bundan əlavə çox sayda yoxlama görüşlərini idarə etmək planımıza daxildir".
Komitə sədri söyləyib ki, əcnəbi klublar oyunlarının azərbaycanlı hakimlər tərəfindən idarə edilməsində maraqlıdırlar: "Əvvəlki illərdən fərqli olaraq, təlim-məşq toplanışı başlanmazdan bununla bağlı müraciətlər daxil olub. Yanvarın 21-də "Sürix" - "Qarabağ" oyununu azərbaycanlı hakimlər idarə edəcək. Oyunların sayı və keyfiyyəti baxımından problem yaşayacağımızı düşünmürəm".
Komitə sədri sözlərinə belə davam edib: "Zədə səbəbindən toplanışa gələ bilməyənlər var. Munis Abdullayev və Elşən Acalov buna görə Azərbaycanda qalıblar".
Bir neçə gün öncə FİFA referisi adına layiq görülmüş Orxan Məmmədovu isə Afina səfəri gözləyir. Xaqani Məmmədov əlavə edib ki, referi fevralın 1-dən 5-dək müxtəlif imtahanlar verəcək: "Orxan Məmmədov UEFA tərəfindən keçirilən toplanışa qatılacaq. Referi fiziki hazırlıq imtahanından keçəcək və ingilis dilində yoxlanılacaq. Antalya toplanışından sonra Orxan səfərə hazır yollanacaq".
Xaqani Məmmədov hakim səhvlərindən də danışıb: "Əslində, çempionatın həlledici mərhələsində səhvlər çox ola bilər. Amma bizdə əksinədir. Medallar uğrunda mübarizə zamanı hakim səhvləri çoxalmalıdır. Bizdə isə çempionatın sonunda hakim səhvləri az qeydə alınır. Hakimlər çempionatın müəyyən hissəsi arxada qaldıqdan sonra özlərinə gəlirlər. Bunun səbəbi isə yay təlim-məşq toplanışı zamanı yoxlama görüşlərinin sayının az olmasıdır. Həmin səhvlər müzakirə edilir, səbəblər tapılır. Əgər biz səhvin olmayacağını desək, özümüzü aldatmış olarıq. Nə qədər ki hakimlik var, səhvlər də olacaq. Səhvləri minimuma endirməliyik. Biz çempionatın həlledici mərhələsinə tam hazır olmalıyıq".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
19.10.2026
18.10.2026
17.10.2026
























