Ölkə futbolu
Mikayıl Nərimanoğlu: “Bu faktları hansı jurnalist yazsa, həmin mətbu orqan ölkədə 1 nömrə olar”
Mikayıl Nərimanoğlu (Quliyev) AFFA İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi, "Futbol dünyası" qəzetinin baş redaktorudur. 2010-cu ildən isə Azərbaycan Respublikasının Əməkdar Jurnalistidir. Bu, onun rəsmi təqdimatıdı. O, ölkənin əsas futbol qurumunun sadiq işçilərindən biridir.
Mikayıl bəy 1988-ci ildən mətbuatda çalışır. İlk yazıları orta məktəb illərindən başlayır. Məqalələri Azərbaycanın müxtəlif mətbuat orqanlarında dərc olunub. Öncə Bakıda nəşr olunan "Zavod həyatı" qəzetində çalışıb. 1991-ci ildən 2005-ci ilə qədər bu qəzetin əsasında yaradılan "İki sahil" qəzetində müxbir və şöbə müdiri vəzifələrində işləyib.
Mikayıl Nərimanoğlunun fəaliyyətini bir də özündən dinləmək istədik. Bu səbəbdən onunla söhbətləşmək qərarına gəldik.
Mikayıl Nərimanoğlu Publika.az-a müsahibəsində jurnalistikaya gəlişindən və ona rüşvət təklif etmək istəyənlərdən danışdı:
“Arzularımın arxasınca getdim”
- 1965-ci ildə Zəngilan rayonunda anadan olmuşam. Orta məktəbdən jurnalistikaya, yazmağa marağım var idi. Jurnalistikaya gəlmək insanın daxili aləminin tələbatıdır. İnsan ürəyinin, daxili aləminin təsirinə düşür. Mən də öz arzularımın, istəyimin arxasınca getdim”.
- Mikayıl müəllim, ailənizdə, ya da qohumlar arasında jurnalistikanı seçməyinizə ağız büzən, “Başqa sənət seç” deyən olubmu?
- Valideynlərim övladlarının inkişafı üçün tam sərbəst mühit yaratdıqlarından heç birimiz peşə seçimində hansısa təsirlə qarşılaşmamışıq. Qardaş-bacılarım kimi mən də arzularımın arxasınca getmişəm. Ailəmizdə nəinki jurnalist, heç humanitar sahədə məndən başqa çalışan yoxdur. Demək olar ki, hamısı texniki elmlərə üstünlük veriblər. Mən heç vaxt daxilimdən gələn hisslərimi boğmamışam. Bu gün həmin hissləri övladlarıma da aşılamışam. Onlara bildirmişəm ki, seçimdə müstəqildirlər. Çünki insan həyatda bir dəfə yaşadığı kimi, ona sənət seçimində də bir dəfə şans verilir. Seçim düzdürsə, deməli, həyatda iş baxımından xoşbəxtsən.
- Övladlarınıza heç vaxt təsir etməmisiniz?
- Sadəcə olaraq, onlar da jurnalistikaya maraq göstərirdilər. Çünki övlad üçün ata böyük məfhumdur. Ancaq seçimi öz ixtiyarlarına vermişəm. Qoy ürəklərinin istəyi ilə sənətləri bir-birini tamamlasın.
- Jurnalistikaya başlayarkən özünüzü necə görürdünüz? Tənqidçi, ya...
- Açığı tənqidə, publisistik və fəlsəfi yazılara daha çox meyilliyəm. Amma çalışdığın mətbuat orqanının da öz xətti var. Uzun illər gündəlik qəzetdə çalışmış bir şəxs kimi deyə bilərəm ki, bu kimi hisslər hər bir yazarın qəlbindən keçsə də, bu istəyi reallaşdırmaq heç də asan məsələ deyil. Dövrün tarixini yazmaq, cəmiyyətdə baş verən prosesləri operativ olaraq ictimaiyyətə çatdırmaq səni sərbəst yaradıcılıq mühitindən uzaqlaşdırır.
- Gündəlik qəzetdə çalışmaq sizi saysız-hesabsız insanlarla qarşılaşdırıb. Bu mənada qarşılaşdığınız maraqlı, çətin və yaddaqalan anları necə xatırlayırsınız?
- Həddindən artıq bir-birindən maraqlı hadisələrin, müdrik insanların ibrətamiz hərəkətləri ilə qarşılaşmışam. Respublika Prezidenti Heydər Əliyevin 2002-ci ilin avqust ayınında Naxçıvan Muxtar Respublikasına səfərini işiqlandıran media heyətinin üzvlərindən biri də mən idim. Xeyli görüşlərdən sonra ayın 13-də Sədərək rayonu ilə sərhəddə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə iştirak etdik. Görüşün nəticələri ilə bağlı verilən rəsmi bəyanatlardan sonra Respublika Prezidenti Heydər Əliyev görüş yerindən ayrılmadan azərbaycanlı jurnalistlərlə xeyli söhbət etdi.... Bir daha anladıq ki, ölkəmizdən qat-qat güclü və böyük olan dövlətlərin qarşılaşdığı və çoxları üçün adi görünən problemlərin həllində niyə acizdirlər.
Erməni əsirliyindən azad olan soydaşlarımızla görüşdə ata-ananın dilindən "balamı hara apardıqlarını bilmədim, amma harayı kəsilənə qədər səsini dinlədim" kəlmələrini eşitmək hər insan üçün dəhşətdir. Şəhid övladının dəfnindən sonra yolunu gözləyən ana, onun qış gödəkcəsinə bürünərək yayda üşüyən ata görmüşəm.
- İlk tənqidi yazınız nə barədə olub?
- İlk və ən təsirli tənqidi yazılarımdan biri 1987-ci ilə təsadüf edib. Oxuya-oxuya işləyirdim. Elə iş yerimdən tənqid yazmışdım. Hətta qurumun rəisini ona görə cəzalandırdılar. Orada yanğından mühafizə quraşdırılsa da, işləmirdi. Mən o zaman yazdım ki, “əgər bu işləmirsə, nə üçün qurulub”. Buna görə işdə iclas oldu, rəis cəzalandırıldı.
- Bəs bu, sizə problem yaratmadı?
- Yaxşı yadımdadır, əvvəlcə xeyli fikirləşdim, bilirdim ki, heç də mənim üçün yaxşı olmayacaq. Amma düşündüm ki, bu, problem olacaqsa, qoy indidən yaşayım. Yaşadım, ancaq tənqiddən nəticə çıxarıldığına və bir çox işçilərin yazını bəyəndiklərinə görə xeyli sevindim və həvəsləndim. Məhz bunun nəticəsi olaraq tənqid obyektlərimin məkanı da böyüdü. Xəstəxanalarda, nazirliklərdə, universitetlərdə olan və digər sahələrdə baş verən neqativ hallarla bağlı xeyli tənqidi yazılarım olub. Hətta dəfələrlə olub ki, tənqid etdiyim qurum tərəfindən aparılan araşdırma nəticəsində mükafatlar da almışam.
- Səhv etmirəmsə, idmandan yazmamısınız...
- Yazmışam, amma mütəmadi olaraq yox. Futbol üzrə milli komandamızla ilk səfərim 1994-cü ilin oktyabr ayına təsadüf edir. Millimiz o vaxt Polşaya getmişdi. Komandamızın ikinci səfər qarşılaşması idi. Millinin ilk səfər oyunu isə bir ay əvvəl Rumıniyada olmuşdu.
- AFFA-ya keçəndə sizin üçün çətin deyildi? İstər-istəməz burada sərbəstliyiniz əlinizdən alınmışdı.
- Təbii ki, ilk anlar çətinlik oldu. Çünki bir anlığa yazı masasını məmur masasına dəyişirsən. Baxmayaraq ki, hər iki masa jurnalist üçündür. AFFA-ya keçmiş prezident Ramiz Mirzəyevin dəvəti ilə gəlmişəm. Demək olar ki, AFFA-nın ağır vaxtları idi. Çünki milli komandamız 0:8 uduzmuşdu. Mətbuatda haqlı tənqidlərlə yanaşı, əsassız, subyektiv fikirlər də yazılırdı. Düzdür, o vaxt mətbuat orqanları bu qədər deyildi. Bir çox dezinformasiyaların qarşısını almaq və informasiyaların mətbuata çatdırılması üçün münbit şərait yaradılmalı idi. Təyinatımdan 20 gün sonra AFFA-nın rəsmi saytının operativ fəaliyyətə başlaması və bu günə qədər bir neçə dəfə dizaynını dəyişməklə operativliyini qoruması və genişlənməsi (affavideo.az və affatv) AFFA KİV münasibətlərinin tənzimlənməsinə mühüm şərait yaradır. Hətta www.affavideo.az saytı UEFA tərəfindən ən yaxşı media layihəsi kimi yüksək qiymətləndirildi və mükafatlandırıldı.
- Milli komandaların bir çox baş məşqçiləri ilə birgə işləmisiniz. Sizin üçün hansı rahat olub ?
- Kimliyindən asılı olmayaraq, qələbə çalanda. Təəssüf ki, belə hallarla az rastlaşmışıq. Baş məşqçilərin hər birinin fərqli xüsusiyyətləri çox olub. Demək olar ki, yaş qrupundan və kateqoriyasından asılı olmayaraq, futbol üzrə bütün yığma komandaların baş məşqçiləri ilə münasibətim var və birgə işləyirik. Lakin işimlə əlaqədar olaraq səfərlərdə və mətbuat konfranslarında yalnız əsas yığmaların baş məşqçiləri ilə birgə oluram. Yaş qruplarından ibarət yığmalarla isə departamentimizin digər əməkdaşları işləyir. Bir çox anormal hadisələrin şahidi olmuşam. Hətta məğlubiyyəti oyundan sonra keçirilən mətbuat konfransında verilən sualda görənlə də rastlaşmışam (gülür).
“Jurnalist Mikayıl Nərimanoğlu sərbəst idi”
“Bəzən ürəyimdən yazmaq keçir. Ancaq mən işin içindəyəm, tənqidləri də hər gün görürəm. Təbii ki, jurnalist Mikayıl Nərimanoğlu ilə departamentin rəisi Mikayıl Nərimanoğlu arasında fərq var. Fərq bundan ibarətdir ki, jurnalist Mikayıl daha sərbəst idi. Amma onda departamentin rəisində olan qədər məlumat yox idi. Mən hər gün hadisələrin içindəyəm. Hər gün elə faktlarla rastlaşırıq ki, bu faktları mətbuata hansı jurnalist çıxartsa, son 1 ayda həmin mətbu orqan ölkədə 1 nömrəli olar. Ancaq mən belə faktları yazmaq əvəzinə konkret həlli üçün rəhbərliyə çatdırıram. Amma nə vaxtsa, mütləq yazacam. Futbol aləmində xeyli maraqlı hadisələr olur. Hər gün bir qeyri-adi hadisə barədə eşitməmək mümkün deyil. Əvəzində publisist yazılar yazıram: “Başdaşındakı şəkilin sirri”, “Anam ölüdən qorxduğum üçün ölmədi”, “Açar imdad diləyir”.
Gecə saat 2-də gələn zənglər
- Futbolda vaxt amili olmur. Bu mənada ən gec saatlarda da zəng edənlər olurmu?
- Mənim telefonum 24 saat açıq olur. 24 saat jurnalistlərə cavab verməyə hazıram. Gecə saat 2-də də zəng edirlər ki, filan məlumatı dəqiqləşdirmək lazımdır. Mən sevinmişəm ki, həmin vaxt mənim telefonum açıq olub, cavablamışam və məlumatın birtərəfli qaydada yayılmasının qarşısını almışam.
- Jurnalist olduğunuz vaxt sizə rüşvət təklif edən olubmu? Adətən, jurnalistləri ələ almaq üçün bunu edirlər.
- Bəli, olub. Təbii ki, bir neçə tənqidi yazıma görə, belə hallarla üzləşmişəm. Konkret bir neçə fakt da deyə bilərəm. Bir doğum evindən yazı yazmışdım. Hətta yazımın da adı dəqiq yadımdadır: “Bura doğum evidir, yoxsa... Ora gələnlərin ailə üzvlərini xeyli incitmişdilər. Bu fakt mənim əlimə keçdi. Bunun haqqında yazmışdım. Təsəvvür edin ki, o yazıya görə, bir ay bizim evə gəlib-getdilər. Anam axırda dilə gəldi ki, yazma da bunlardan, görürsən gəlib-gedirlər. Hətta baş prokurorun tapşırığı ilə yazdıqlarıma görə çox cinayət işi açılırdı. Şəhər prokuroru belə mənlə görüş təyin eləmişdi, məsələnin açılması üçün. Etiraf edim ki, mən həmin görüşdən imtina etdim, getmədim. Dedim əgər şikayətləri varsa, mən prokurorluğa nəyə görə getməliyəm. Qarşı tərəf isə əvvəl məhkəməyə vermək istəyirdi, sonra bildi ki, fakt var, vermədi.
- Hansısa yazınıza görə peşman olmusuz?
- Tənqidi yazılarıma görə o qədər xahişlər olub ki, adam bir an düşünür, gərək bunu yazmazdım. Amma nəticəni görəndən sonra deyirsən ki, yaxşı yazmışam. Mən jurnalistikanın dəyərini AFFA-ya gələndən sonra anladım. Gördüm ki, jurnalist nə qədər də dəyərli peşədir.
Özüylə bağlı tənqidi yazıları
- AFFA haqqında, sizin haqqınızda yazılan bütün tənqidi yazıları oxuyursunuz?
- Əlbəttə...Niyə də oxumayım? Demək olar ki, hər gün mətbuatda tənqidi yazılar olur. Eləsi var ki, obyektiv qəbul edirik. Milli komandamız 4 oyuna 0 xal toplayıbsa, bizi kimsə tərifləsə, bu məzələnmək sayılır. Bizim məhsulumuz qələbədir. Əgər maşın istehsal edən bir şirkətin maşınını heç kim almırsa, onlar haqda yaxşı yazmaq olar? Eləcə də futbolda... Milli komandamız 4 oyunda ili 0 xalla başa vurursa, deməli, hələlik istəyimizə çatmamışıq. Amma yaxşı jurnalist odur ki, obyektiv tənqidlə yanaşı, çıxış yolunu da göstərsin.
“Mən bunu açsam, mətbuat bomba kimi dağılar”
- Sizcə, subyektiv olanlar çox olur?
- Bəli, yaxşı jurnalistlərimiz olduğundan çox. Biz də buna mətbuatdan sui-istifadə kimi baxırıq.
- Özünüzü mətbuatın dostu sayırsınız, yoxsa işinizi görürsünüz?
- Mən özümü mətbuatın bir üzvü sayıram. Dostu olmağımı jurnalistlər deyə bilər. Burada hansısa bir məsələ müzakirə olunanda məmur və jurnalist kimi mövqe bildirirəm.
- Bu gün AFFA-da olmasaydınız, idmanla - futbolla bağlı yazsaydınız, hansı klubun fəaliyyətini tənqid edərdiniz?
- Futbol təsərrüfatındakı nöqsanları. Tənqid olunası çox məsələlər var. Ancaq mətbuat xidmətinin rəhbəri məxfiliyi də qorumalıdır.
- AFFA-da da tənqid edəcəyiniz məsələlər olardımı?
- Niyə də yox. Sizə deyim ki, AFFA-da olan tənqidi məsələlərlə bağlı heç nəyi ürəyimdə saxlamıram. Ya münasibət kimi mətbuata açıqlama verirəm, ya da qurumun özündə fikrimi bildirirəm.
“Oxşarıq - “Qardaş deyilik”
- Mikayıl müəllim, yəqin ki, bilirsiniz, sizi Nəriman Mehdiyevə oxşadırlar.
- Nəriman Mehdiyevlə dostluq münasibətimiz var. Onun atası mənim müəllimim olub. Heç bir qohumluğumuz yoxdur (gülür). Bunu bizə çoxları deyib.
- Sizcə də, oxşayırsınız? Öz aranızda bu barədə zarafatınız olubmu?
- Əlbəttə ki, (gülür). Biz hardasa oturanda deyirik ki, qardaşıq.
- Dəyişik salanlar olubmu?
- Çox olub. Ən çox da gənc jurnalistlər arasında. Bəzən mənə deyirlər ki, o gün televizorda danışırdınız. Deyirəm mən deyildim, qardaşım idi. Elə ona da deyirlər ki, “deyəsən AFFA-ya keçmisən”. O da deyir ki, “Mən deyiləm, qardaşımdır”.
10 il prezidentlə səfərlərdə...
“Bir məsələyə toxunum ki, mən 1996-cı ildən - “İki Sahil” qəzetində işləyərkən AFFA-ya gələnə qədər ümummilli lider Heydər Əliyevin, sonra da cənab prezident İlham Əliyevin bir çox yerli və xarici səfərlərində jurnalist kimi iştirak etmişəm Demək olar ki, bütün regionlarımızda oluşam. O vaxtlar jurnalistlər ayrı təyyarə ilə getmirdi. Prezidentlə bir təyyarədə uçurdu. Olurdu ki, ümummili lider Heydər Əliyev jurnalistlərlə şəxsən görüşürdü. O zaman da görürdük ki, jurnalistə necə böyük hörmət var. Jurnalist olarkən həmişə diqqət görmüşəm”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın rəqibi bəlli oldu
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
-
22:03
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
-
21:36
"İmişli" yeni hücumçu transfer etdi
-
21:14
“Zirə”nin “Torpedo” ilə oyunlarının vaxtı bilindi
-
20:47
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı açıqlandı
-
18:20
“Bakıdakı döyüşdə rəqibimin üzərindən tank kimi keçməyə hazıram”
-
17:58
Azərbaycan kamandan oxatanları Dünya Kubokunda mübarizə aparacaqlar
-
17:32
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
-
17:19
AMADA Gəncədə təmiz idman dəyərlərinin təşviqinə dair maarifləndirmə proqramı təşkil edib
-
16:41
“Qarabağ” Avstriyaya 25 futbolçu ilə yollanıb
-
16:05
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
-
15:23
"Qarabağ" iki qapıçısı ilə vidalaşdı
-
14:56
İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
-
14:34
Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar
-
14:17
Azərbaycanlı alpinistlər Monte Paterno zirvəsinə qalxıblar
-
14:00
"İmişli"də növbəti ayrılıq
-
13:42
"Sabah"ın rəqibləri məlum oldu
-
13:28
Avarçəkənlərimiz Litvada beynəlxalq reqatada iştirak edəcəklər
-
12:59
"Araz-Naxçıvan"dan növbəti transfer
-
12:31
Badmintonçumuz Serbiyada bürünc medal qazanıb
-
12:15
“Qəbələ”ni Ermənistan klubuna dəyişdi
-
11:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
Uruqvaydan xal itkisi VİDEO
-
11:07
Elvin Cəfərquliyev də “Qarabağ”la Avstriyaya getdi
-
10:54
"Qarabağ" Avstriyaya yollandı
-
10:30
Ruan Renato: “Turan Tovuz”un adına məyus oldum”
-
10:12
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:45
İspaniyanın DÇ-2026-dakı ilk qələbəsi VİDEO
-
20:59
Zlomisliç rəsmən “Qarabağ”da
-
19:24
“Neftçi” kapitanlarla müqaviləni yenilədi
-
15:41
Bədavi daha bir 1 il “Qarabağ”da
-
14:35
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
-
13:56
Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdir”
-
13:18
Boksçumuz Dünya Kubokunda qızıl medal qazanıb
-
12:23
Yaponiya 3 xalı 4 qolla qazandı VİDEO
-
12:00
"İmişli"də yeni məşqçi təyinatları
-
11:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
“Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
-
10:49
“Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
-
10:21
Almaniya millisindən geridönüş VİDEO
-
10:04
DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi
-
08:55
Jali Muaddib: “Qarabağ”da ikinci Zubir olmaq istəyirəm”
-
23:59
"Neftçi" yeni mövsümün hazırlıqlarına start verdi FOTOLENT
-
23:43
Rəşad Sadıqov: “Avrokuboklardan imtina etmək istəyirdik”
-
23:24
Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib FOTOLENT
-
22:31
Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub FOTOLENT
-
22:16
Qurban Qurbanov: “Hədəfimiz avrokubokların qrup mərhələsidir”
-
21:05
“Şahdağ Qusar” legioneri ilə müqavilə müddətini uzatdı
-
20:28
"Qarabağ" - "Zirə" oyununda 7 qol vuruldu
-
20:12
"Turan Tovuz" 2 futbolçusu ilə yolları ayırdı
-
19:30
“Neftçi” onunla müqaviləni yenilədi
22.06.2026
21.06.2026
20.06.2026



















.jpg)



