15 Dekabr 2025, Bazar ertəsi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”
Tahir Gözel Əkbərlə görüşdü
Azər Bağırovdan qələbə şərhi

Ölkə futbolu

Ramin Musayev: "Azarkeşlərlə bağlı qərarı AFFA təkbaşına qəbul etməyib"

PFL-in prezidenti Ramin Musayev qonaq azarkeşlərin “Böyük oyun”a buraxılmamasına haqda qərarın qüvvədə saxlanılmasına münasibət bildirib. Futbolxeber.az saytına verdiyi açıqlamada Musayev qeyd edib ki, bu, təkcə AFFA-nın qərarı deyil: “Bu praktikadan dünyanın müxtəlif ölkələrində də yararlanırlar. Eləcə də qardaş Türkiyədə. “Qalatasaray” və “Fənərbaxça” arasında baş tutan oyunlar zamanı qonaq azarkeşlər stadiona buraxılmır. Biz də istərdik ki, “Neftçi” və “Xəzər Lənkəran” arasında baş tutan oyunlarda qonaq azarkeşlər də iştirak etsin. Amma ötən mövsümün baş verən hadisələri hamımız çox yaxşı xatırlayırıq. Bu qərarı AFFA təkbaşına qəbul etməyib. Son insidentdən sonra hüquq-mühafizə orqanları ilə görüşümüzdə onlar da belə bir qərarın qəbul edilməsinin tərəfdarı olduqlarını bildirdilər”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31